Joao Neveşin “Benfika”dan ayrılmaq ehtimalı daha da artıq.
PSJ-nin hədəfində olan yarımmüdafiəçinin yeni mövsümə məhz bu klubda başlayacağı xəbər verilir. Qeyri-rəsmi mənbələr 19 yaşlı futbolçunun Paris klubuna 100 milyon avroya satılacağını iddia edir. Neveşin parislilərlə 5 illik müqavilə bağlayacağı da bildirilir.
“Benfika”nın yetirməsi olan Joao əsas komandada 2022-ci ildən çıxış edir.
PSJ 100 milyon avronu kimə xərcləyəcək?
Dünya futbolu





