• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” fiaskonun astanasından döndü - REPORTAJ

Manşet / Konfrans Liqası

4-08-2024, 15:0

Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
Sabah – Makkabi (Hayfa, İsrail) 3:6 (0:1, 2:4, 1:1), p. – 3:2

1. Yusif İmanov
7. Boyan Letiç
3. Con İrasabal
44. Sofyan Çakla
2. Amin Seydiyev (k)
13. İvan Lepinitsa
8. Ayaz Quliyev
(4. Elvin Camalov, 23)
20. Coy-Lens Mikels
70. Cesse Sekidika
(5. Rəhman Daşdəmirov, 113)
28. Kahim Parris
(10. Namik Ələskərov, 75)
18. Pavel Şafranko
(88. Xəyal Əliyev, 90+5)
Ehtiyat oyunçular
16. Rüstəm Samiqullin
55. Nicat Mehbalıyev
6. Abdulla Xaybulayev
17. Tellur Mütəllimov
22. Abdulla Rzayev
33. Camal Cəfərov
77. Şakir Seyidov
99. Nyeqos Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç

40. Şərif Keuf
27. Pyer Kornyu
(16. Kenni Sayef, 106)
34. Aleksandr Sirota
(30. Abdulay Sek, 84)
44. Lorentse Şimiç
2. Daniel Sandqrin
(42. Roey Elimelex, 84)
26. Mahmud Caber
(21. Din David, 69)
4. Əli Məhəmməd
8. Dolev Haziza
(28. İlay Hacac, 65)
6. Qadi Kinda
(11. Liar Rafaelov, 65)
91. Dia Saba
9. Fratsdi Pyero
Ehtiyat oyunçular
13. Tomas Sultani
17. Suf Podqoryanu
18. Qoni Naor
23. Maor Kandil
36. Hamza Şibli
38. Omer Dahan
55. Rami Gerşon
Baş məşqçi: Barak Baxar

Qollar: D.Haziza, 17 (0:1). P.Şafranko, 47 (1:1). F.Pyero, 67 (1:2). L.Şimiç, 70 (1:3). K.Parris, 71 (2:3). L.Rafaelov, 72 (2:4). F.Pyero, 90 (2:5). C-L.Mikels, 103, (3:5). D.David, 112 (3:6).

Penalti seriyası: L.Rafaelov – 0:1. S.Çakla – 1:1. D.David – 1:2. C-L.Mikels – 1:2 (tir). K.Sayef – 1:2 (qapıçı). X.Əliyev – 2:2. D.Saba – 2:2 (qeyri-dəqiq). İ.Lepinitsa – 3:2. F.Pyero – 3:2 (qeyri-dəqiq).

Vərəqələr: L.Şimiç, 83. C-L.Mikels, 86. E.Camalov, 86. R.Elimelex, 105+3. N.Ələskərov, 108 – sarı.

Hakimlər: PETER KRALOVİÇ, Tomaş Straka, Matey Zemko, Boris Marhefka (hamısı Slovakiya).
Hakim-inspektor: Aleh Çikun (Belarus).
UEFA nümayəndəsi: Kris Bellon (Belçika).

Birinci hissəyə 3, ikinci hissəyə 7 dəqiqə, əlavə vaxtın hər hissəsinə 3 dəqiqə əlavə olunub.
1 avqust. Bakı. “Bank Respublika Arena”. 8000 tamaşaçı.
İlk oyun - 3:0.

9 (4) qapıya (“çərçivə”yə) zərbə 28 (14)
5 künc zərbəsi 18
1 ofsayd 2
15 qayda pozuntusu 4
3 (0) sarı (qırmızı) vərəqə 2 (0)
44 topa sahibolma (faizlə) 56

“Sabah” səfərdə qazandığı möhtəşəm qələbədən sonra yerli futbol ictimaiyyətini elə arxayınlaşdırmışdı ki... Demək olar, heç kim “bayquşlar”ın növbəti mərhələyə adlayacağına şübhə ilə yanaşmırdı. Amma bu qədər çətinliklə yox... Ya “Makkabi” həminki deyildi, ya da “Sabah”!

Hayfa təmsilçisi ilk dəqiqələrdən böyük qüvvəylə irəli atılıb azı 4 qol vurmaq niyyətinin olduğunu gizlətmədi. Masazır təmsilçisinin ciddi təzyiqə dözümü isə 17 dəqiqə çəkdi. Pyerin sol cinahdan uzun ötürməsinə Pyero çatmasa da, Haziza özünü yetirib “çərçivə”ni dəqiq nişan aldı. Qonaqların sürətli hücum cəhdləri və fərqi artırmaq istəyi nəinki birinci hissəyə, bütün matça sirayət etdi. Hər halda, ilk yarının qalan dəqiqələrində buna tab gətirən meydan sahibləri fasiləyə ümidli yollana bildi. Ona görə ki, ümumi hesabda üstünlük bizimkilərə məxsus idi.

İkinci hissəyə uğurlu başlayan “bayquşlar” inamı daha da artırdı. Ona görə ki, təkbaşına reyd edən Mikels xeyli irəlilədikdən sonra topu cərimə meydançasına göndərə bildi. Burda “kürə”ni qarşılayan Parris dəqiq ötürməylə Şafrankoya çatdırdı ki, yeni transfer ilk oyunda olduğu kimi, bu dəfə də fərqləndi. Hadisələrin axarı həm “Sabah”ın, həm də “Makkabi”nin qayda pozuntularıyla müşayiət olundu. Komandaların mərhələni adlamaq istəyi emosiyaları son həddə çatdırmışdı. Qısası, “Bank Respublika Arena” istər fiziki, istərsə də psixoloji gücün savaş meydanına çevrilmişdi. Yenə də hayfalıların 67-ci dəqiqədə növbəti dəfə fərqlənməsi gözlənilməz oldu. Xüsusilə Yusif üçün. Çünki Pyero Rafaelovun cərimə zərbəsindən ötürdüyü topu asanlıqla tora qovuşdurdu. Cəmi 3 dəqiqə sonra qonaqların növbəti qolu qeydə alındı. Burda Pyerin qapı önünə ötürməsi qarışıqlığa səbəb oldu. Yusifin dabanla qaytardığı top boşluqda qaldı ki, Şimiç xaosu fürsətə çevirib hesabı dəyişdi – 1:3.

“Makkabi”nin sevincini qursağında qoyan qolun müəllifi isə Parris oldu. Yamaykalı 71-ci dəqiqədə təkbaşına təzyiq göstərdiyi Sirotadan topu almaqla rəqibi məyus etdi. İş orasındadı ki, yenicə ümidlənməyə başlayan “Sabah”a da dərhal “cavab atəşi” açıldı. 72-ci dəqiqədə oyunda altıncı qola şahidlik etdik: baş rolda Rafaelov idi. İsrail millisinin yarımmüdafiəçisi Hacacın sağ cinahdan göndərdiyi topu Davidin ötürməsindən sonra tora qovuşdurdu – 2:4. Bu ərəfədə ya sona qədər qətiyyətlə müdafiə olunmaq, ya da fərqi azaldıb ümidləri artırmaq lazım idi. “Bayquşlar”ın nə etməyə çalışdığını anlamaq istə yetərincə çətinləşmişdi. Ona görə ki, masazırlılar xətlərarası əlaqəni belə itirmişdi, ötürmələrdə ciddi səhvlərə yol verirdi. Kollektiv gərginliyə bir qədər dözə bilsə də, 90-cı dəqiqədə vurulan qol həyəcanı son həddə daşıdı. Aminin qoruduğu mövqedən növbəti hücumunu reallaşdıran “Makkabi” ümumi hesabı bərabərləşdirdi. Burda Pyero Rafaelovun ötürməsini qolla tamamladı. Beləcə əlavə vaxt qaçılmaz. Hər halda, bu da qalibin adına aydınlıq gətirmək üçün bəs etmədi. Çünki 103-cü dəqiqədə Mikels Xəyalın ötürməsiylə fərqlənib tribunaları coşdursa da, David 112-ci dəqiqədə tükənən ümidlərə can verdi. O, Sayefin cərimə meydançasına göndərdiyi topu baş zərbəyilə tora qovuşdurdu. Hesabın bərabərləşməsi və hakimin fitiylə bəlli oldu ki, qalibin adına penalti seriyasında aydınlıq gələcək. Bəli-bəli, söhbət futbol tariximizdə 10 dəfə möhtac olduğumuz və heç birində istədiyimizi ala bilmədiyimiz “lotereya”dan gedir.

İndi “bayquşlar” ya ikinci “Partizan faciəsiylə üzləşəcəkdi, ya da ilki bacaracaqdı! Əlbəttə, geriyə boylananda birincinin yaşanma ehtimalını daha real saymaq olardı. Lakin bəxt bu dəfə Azərbaycan futbolundan üz çevirmədi. Daha doğrusu, “Makkabi”dən Rafaelov və Daviddən başqa heç kim penaltidən fərqlənməsdisə, “Sabah”dan Çakla, Xəyal və Lepinitsa qalibin adına aydınlıq gətirdi. Mikelsin tirdən qayıdan zərbəsini Yusif Sayefə mane olmaqla “sığortaladı”. Təbii ki, Pyeronun həlledici məqamda qeyri-dəqiq zərbəsini də unutmamalıyıq.
Beləliklə, “Sabah” həm də tarixində ilk dəfə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazandı. İndi “bayquşlar”ı “Sent-Patriks”lə qarşılaşmalar gözləyir.

Qeyd edək ki, ilk oyun avqustun 8-i səfərdə Bakı vaxtıyla saat 22.45-də başlayacaq.

Gözdən qaçmadı
* “Soldati di Sabah” fanklubu “Sabah”ı son ana qədər dəstəklədi. Xüsusən də Xəyalla Yusifin adını səsləndirib motivasiya verdilər.
* “Makkabi”ni təxminən 30 azarkeş dəstəkləyirdi. Futbolçular matç bitəndən sonra onların yanına gedib məyus olduqlarını bildirdilər.
*
KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

1-08-2024, 19:0

“Sabah” - “Makkabi” (Hayfa): START HEYƏTLƏRİ

Reportaj / Avrokuboklar

27-07-2024, 17:0

“Sabah” İsrail nəhəngini darmadağın etdi - REPORTAJ

Premyer-liqa

25-05-2024, 18:0

“Neftçi” - “Sabah”: START HEYƏTLƏR

Ölkə futbolu

20-07-2024, 15:0

“Sabah”ın Sloveniya toplanışı: iki qələbə, iki heç-heçə - REPORTAJ

Ölkə futbolu / Reportaj

13-07-2024, 20:0

“Sabah” “Çukariçki” ilə bacarmadı - REPORTAJ

Ölkə futbolu / Premyer-liqa

27-04-2024, 17:0

“Sabah” - “Səbail": START HEYƏTLƏRİ

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Bu gün, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Bu gün, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Bu gün, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Bu gün, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Bu gün, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Bu gün, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Bu gün, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Bu gün, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Bu gün, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Bu gün, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Bu gün, 17:44
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 16:42
    Niderlandda qərar tutdu
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə