• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” İsrail nəhəngini darmadağın etdi - REPORTAJ

Reportaj / Avrokuboklar

27-07-2024, 17:0

Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
Makkabi (Hayfa, İsrail) – Sabah 0:3 (0:0)


40. Şərif Keuf
27. Pyer Kornyu
34. Aleksandr Sirota
44. Lorentso Şimiç
(42. Roey Elimelex, 84)
2. Daniel Sundqren
11. Lior Rafaelov (k)
(91. Dia Saba, 59)
4. Əli Məhəmməd
26. Mahmud Caber
(28. İlay Hacac, 63)
21. Din David
(17. Suf Podqoryanu, 84)
9. Fratsdi Pyero
8. Dolev Haziza
(6. Qadi Kinda, 59)

Ehtiyat oyunçular
13. Tomas Sultani
16. Kenni Sayef
18. Qoni Naor
30. Abdulay Sek
36. Hamza Şibli
38. Omer Dahan
55. Rami Gerşon
Baş məşqçi: Barak Baxar

1. Yusif İmanov
7. Boyan Letiç
3. Con İrasabal
44. Sofyan Çakla
2. Amin Seydiyev
4. Elvin Camalov (k)
(8. Ayaz Quliyev, 90+7)
13. İvan Lepinitsa
20. Coy-Lens Mikels
(99. Neqoş Kupusoviç, 90+3)
70. Cesse Sekidika
(17. Tellur Mütəllimov, 84)
28. Kahim Parris
(10. Namik Ələskərov, 46)
18. Pavel Şafranko
(88. Xəyal Əliyev, 84)

Ehtiyat oyunçular
16. Rüstəm Samiqullin
55. Nicat Mehbalıyev
5. Rəhman Daşdəmirov
6. Abdulla Xaybulayev
22. Abdulla Rzayev
33. Camal Cəfərov
77. Şakir Seyidov
Baş məşqçi: Krunoslav Renduliç

Qollar: P.Şafranko, 61 (0:1). C.Sekidika, 78 (0:2). X.Əliyev, 88 (0:3).
Vərəqələr: P.Kornyu, 7. Ə.Məhəmməd, 36. C.Sekidika, 53. D.Sundqren, 60. F.Pyero, 86 – sarı.
Hakimlər: NATAN VERBUMEN, Matias Hillart, Ruben Vins, Uesli De Kremer (hamısı Belçika).
Hakim-inspektor: Kristos Nikolaides (C.Kipr).
UEFA nümayəndəsi: Kurt Zuppinger (İsveçrə).
25 iyul. Kişvarda (Macarıstan). “Varkert” stadionu. 270 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 7 dəqiqə əlavə olunub.

11 (6) qapıya (“çərçivə”yə) zərbə 15 (8)
9 künc zərbəsi 6
1 ofsayd 0
13 qayda pozuntusu 7
4 (0) sarı (qırmızı) vərəqə 1 (0)
59 topa sahibolma (faizlə) 41


Yenilənən və mövsümlərarası dövrə keçirdiyi yoxlama oyunlarının heç birində uduzmayan “Sabah”ın real gücü nəhəng “Makkabi” ilə oyunda bilinəcəkdi. Bəli-bəli, 15 dəfə İsrail çempionu olan, son üç mövsümün hər birində avrokuboklarda qrupa düşən Hayfa təmsilçisinə “nəhəng” demək üçün hər cür əsasımız var.

Püşk atılandan dərhal sonra çoxları “Sabah”ın mərhələ adlamaq şansının üstündən xətt çəkdi. Düzünə qalsa, Kişvardadakı oyunun ilk 15 dəqiqəsi də nominal meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Onların mümkün darmadağınından xəbər verən heç bir əlamət yox idi. Artıq 8-ci dəqiqədə David azacıq dəqiq olsaydı, hesab açılacaqdı. 16-cı dəqiqədə Sekidika bir qədər irəliləyəndən sonra qapıya zərbə vurdu, Şimiçə dəyəndən sonra istiqamətini dəyişən topu qapıçı çətinliklə dəf etdi.

“Makkabi”nin heyətində ən fəallardan olan Rafaelov 32-ci dəqiqədə özü Yusifin ayıq-sayıqlığını yoxladı, 3 dəqiqə sonra isə David onun ötürməsindən sonra təhlükəli zərbə vurdu. Yusif çətinliklə topu tirin üzərindən aşıra bildi. Bununla belə, ilk yarıdakı ən təhlükəli vəziyyəti məhz “Sabah” yaratdı. 45-ci dəqiqədə Sekidika – Parris – Mikels kombinasiyasını sonuncu qolla bitirməyə borclu idi. Sadəcə, bir qədər estetik zərbə vurmağa çalışdı və qapıçı da onun qarşısını aldı.

Bundan bir qədər əvvəl Parris kobudluqla üzləşib yerdə qaldı. Görünür, hər “işdə bir xeyir var” məsəli düppədüz Parris – Ələskərov əvəzlənməsi üçün deyilib. İlk yarıda rəqibin oyun üslubu ilə bağlı təsəvvürlərini bir qədər də zənginləşdirən Renduliç, çox güman, həm də zədənin təsiri ilə Kahimi Namiklə əvəzlədi. Bununla da oyunun axarı tam dəyişdi.

Açığı, 2-ci hissənin əvvəlində “bayquşlar”ın ardıcıl təhlükəli hücumlarını izləyəndə mənə elə gəlirdi ki, “Makkabi” bilərəkdən təşəbbüsü rəqibə verib, “Sabah”ın nəyə qadir olduğunu görmək istəyir. 48-ci dəqiqədəki təhlükəli hücum yəhudiləri ayıltmalıydı. Sekidikadan ötürmə alan Namik cinahla irəliləyəndən sonra cərimə meydançasına ideal ötürmə verdi, Lepinitsaya yalnız topu tora göndərmək qalırdı. Ancaq xorvatiyalı yarımmüdafiəçi topu qapının yanından vurdu. Ardından Camalovla Sekidikanın gözəl zərbələri də hədəfə düşmədi. Təşəbbüsün əldən çıxdığını görən Baxar 59-cu dəqiqədə ikili əvəzetməyə əl atmaqla vəziyyətə dəyişməyə çalışdı. Bundan dərhal sonra hesab açıldı. Sundqren oyunu ümumilikdə yüksək səviyyədə keçirən Mikelsə qarşı sol cinahda kobud oynadı. Namikin qapı önünə asması zamanı Şafranko cəld tərpənib başla qarşısıalınmaz zərbə vurdu. 63-cü dəqiqədə oyuna növbəti dəfə müdaxilə edən Baxarın komandası tezliklə qapısında daha bir qol gördü. 65-ci dəqiqədə fərqi artırmaq baxımından gözəl imkanı qaçıran Sekidika bir neçə dəqiqə sonra Mikelsin başladığı, Namikin davam etdirdiyi hücumu qolla bitirdi. “Makkabi” bundan sonra özünə gələ bilmədi. 84-cü dəqiqədə meydana çıxan Xəyal Əliyev tezliklə Mikelsin ötürməsindən sonra fərqi darmadağın həddinə çatdırdı.

“Sabah” Hayfa təmsilçisindən bütün əvvəlki məğlubiyyətlərin qisasını almaqla yanaşı, növbəti mərhələyə adlamaq yolunda böyük addım atdı. İndi “bayquşlar”ı yalnız möcüzə dayandıra bilər. Hərçənd ötənilki “Sabah” gözümüzü qorxudub. Onda Murad Musayevin rəhbərlik etdiyi komanda evdə “Partizan” üzərində inamlı qələbə qazansa da, səfərdə acınacaqlı şəkildə uduzdu. İnanaq, ancaq arxayınlaşmayaq!

Gözdən qaçmadı
* 2850 yerlik stadiona cəmi 270 azarkeş toplaşmışdı ki, onların da çoxu “Makkabi”ni dəstəkləyirdi. Tribunalarda yer alan və “Milli dəstə” fanklubu ətrafında birləşən azərbaycanlıların sayı isə 35-40 arası olardı.
* 2-ci hissənin gedişində əsasən zədə üzündən müəyyən dayanmalar olsa da, hakimin 7 dəqiqə artırması bir qədər çox göründü.
* “Neftçi”nin sabiq oyunçusu Kenni Sayef də rəqibin ehtiyat oyunçular skamyasında əyləşmişdi.

ORXAN

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

20-07-2024, 15:0

“Sabah”ın Sloveniya toplanışı: iki qələbə, iki heç-heçə - REPORTAJ

Ölkə futbolu / Reportaj

13-07-2024, 20:0

“Sabah” “Çukariçki” ilə bacarmadı - REPORTAJ

Premyer-liqa

25-05-2024, 18:0

“Neftçi” - “Sabah”: START HEYƏTLƏR

Ölkə futbolu / Premyer-liqa

27-04-2024, 17:0

“Sabah” - “Səbail": START HEYƏTLƏRİ

Premyer-liqa

15-12-2023, 13:0

"Araz-Naxçıvan" - "Sabah": START HEYƏTLƏRİ

Premyer-liqa

21-10-2023, 17:0

"Sabah" - "Sumqayıt": START HEYƏTLƏRİ

Aktual
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Son xəbərlər
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 126
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 115
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə