• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avropa çempionatından sonra qiyməti kəskin artan futbolçular...

Dünya futbolu

4-08-2024, 12:0

Yığmalar səviyyəsində turnirlər geniş publika üçün istedadların böyük vitrinidi.

Futbolçular qısa müddətdə imicini dəyişmək və daha səviyyəli kluba transfer olunmaq imkanı qazanırlar. Aşağıdakı siyahıda olan futbolçulardan bəziləri artıq özünə yeni komanda tapıb. Sonuncu Avropa çempionatında çıxış edən və daha çox bahalaşan futbolçularla bağlı rəqəmləri “Transfermarkt” portalından götürmüşük. Oyunçuları qiymət artımına görə düzmüşük: kim daha çox bahalaşıbsa, o da siyahıda üst pillədədi. Artım məbləğləri eyni olanda isə bir qədər yaxşı təsir bağışlayan futbolçu önə keçirilib.

10. Dan Ndoy, İsveçrə
+8 milyon avro (14-dən 22-yə)
İsveçrə yığması qitə birinciliyində inamlı çıxış etdi – “saatsazlar” Almaniya ilə heç-heçə etdi, pley-offda İtaliyanı sıradan çıxardı və 1/4 finalda İngiltərəyə yalnız penalti seriyasında uduzdu. Zommer, Varqas və Froyler yaxşı oyun göstərdi, ancaq “Transfermarkt” “Bolonya”nın hücumçusu, Noyerin də qapısına yol tapan Dan Ndoyu fərqləndirib. Onun qiyməti 8 milyon artıb. İsveçrəli klub səviyyəsində də parlaq mövsüm keçirib.

9. Fərdi Kadıoğlu, Türkiyə
+9 milyon avro (21-dən 30-a)
AÇ-nin gözlənilməz qəhrəmanlarından biri. Fərdi turnirdə 5 oyunun hamısını sol cinah müdafiəçisi mövqeyində keçirdi, ancaq bu məqam mütəxəssislərin diqqətini cəlb etməsini əngəlləmədi. Öz cinahında bir çox parlaq oyunçunun qarşısını aldı, çox böyük həcmdə “qara iş” gördü, elə hücum əməliyyatlarında da özünü ən yaxşı tərəfdən göstərdi.
Təsadüfi deyil ki, turnirdən sonra bir çox top-klub “Fənərbaxça”nın oyunçusuna maraq göstərməyə başlayıb. Onların sırasında “Mançester Yunayted”lə “Yuventus” da var.

8. Camal Musiala, Almaniya
+10 milyon avro (120-dən 130-a)
Virts ilə yanaşı, yenilənmiş Almaniya yığmasının ulduzlarından biri oldu. Vinger-“10 nömrə” kimi yeni və hibrid rolda özünü əla göstərdi – turnirdə üç qol vurdu, alman futbolunun yeni nəslinin ən istedadlı nümayəndələrindən biri statusunu doğrultdu.
Bəzən adama elə gəlir ki, Musiala artıq təcrübəli futbolçudu. Amma onun cəmi 21 yaşı var və irəlidə hələ bir neçə Avropa və dünya çempionatında oynamaq imkanı olacaq. Onu diqqətlə izləməyə dəyər. Hətta 130 milyon avro da Musialanın qiymətinin son həddi deyil.

7. Dani Olmo, İspaniya
+10 milyon avro (50-dən 60-a)
Nə qədər təəccüb doğursa da, Olmo turnirin ən yaxşı oyunçularından biri oldu. Hərçənd bu turnirə ehtiyat oyunçu status ilə başlamışdı. De la Fuente açıq-aşkar onu həlledici futbolçu saymırdı – Dani yalnız qrup mərhələsinin son turunun Albaniya ilə oyununda ilk dəfə start heyətində göründü. Gürcüstanla 1/8, Almaniya ilə 1/4 final oyununa da Olmo ehtiyat oyunçular skamyasında başladı.
Bəs Toni Kroos həmin oyunda Pedrini zədələməsəydi, necə olacaqdı? Bəlkə də Olmo heç meydana çıxmayacaq və qol vurmayacaqdı. Bəlkə də Fransa ilə oyuna start heyətində başlamayacaq və qələbə qolunu vurmayacaqdı. Ümumiyyətlə, Dani topu qapı xəttinin üzərindən çıxarmasaydı, İspaniya finalda görünəcəkdimi? Nəticədə “qol+ötürmə” sistemi üzrə 3+2 topladı və çempion yığmanın qəhrəmanlarından biri sayıldı. Belə parlaq turnirdən sonra nəhənglərin Olmonun “ovuna çıxması” təbiidi. Şayiələrə görə, “Leyptsiq” onu yeni bazar qiymətinə - 60 milyon avroya satmağa hazırdı.

6. Niko Uilyams, İspaniya
+10 milyon avro (60-dan 70-ə)
Bu ad indi yalnız “Barselona” fanatlarının dilində dolaşmır. Nikoya maraq göstərən top-klubların sayı hədsiz çoxdu. Bunun üçün də əsas var. Çempion yığmanın ən önəmli simalarından biridi, onsuz titulu qazanmaq mümkün olmazdı. Baxmayaraq ki, Uilyamsın hesabında cəmi iki qol və bir məhsuldar ötürmə var. O, daim rəqiblərini driblinq hesabına arxada qoymaqla və qapı önündə təhlükə yaratmaqla yanaşı, komanda oyunu göstərib. Üfüqdə “Barselona”ya transfer görünür. Niko AÇ-nin gedişində bu klubun təmsilçiləri ilə dostlaşıb. İşin maraqlı tərəfi odu ki, “Atletik” vingeri bazar qiymətindən aşağı satmalı olacaq. Onun müqaviləsində sərbəst qalmaq məbləği kimi 60 milyon avro göstərilib.

5. Rodri, İspaniya
+10 milyon avro (120-dən 130-a)
10 milyon bahalaşan ispanların siyahısında komandanın həlledici oyunu, AÇ-nin ən yaxşısı sayılan futbolçu da var. Rodrini çoxları dünyanın ən yaxşı futbolçusu sayır, çempionları Madriddəki salamlama mərasimində azarkeşlər ona “Qızıl top”un verilməsi çağırışı edirdilər. Gözəl mövsümün ardından həqiqətən də bu nüfuzlu mükafatı qazanmaq şansı var, sadəcə, Çempionlar Liqasının finalına vəsiqə çatışmır. İstənilən halda, Rodri həm klubu “Mançester Siti”də, həm də yığmada ideal iş gördü. Onsuz İspaniya yığmasının çempionluğu mümkün olmazdı.

4. Georgi Mamardaşvili, Gürcüstan
+10 milyon avro (35-dən 45-ə)
Bir çox başqa futbolçu kimi, gürcü qapıçı da 10 milyon bahalaşıb. Ancaq biz onu heç də postsovet məkanından olduğuna görə başqalarından yuxarıda qoymamışıq. Mamardaşvili həqiqətən də son Avropa çempionatının ən yaxşı futbolçularından biri idi. O nə dərəcədə yaxşı oynadısa, yeni qiyməti ilə dünyanın ən baha qapıçısına çevrildi. Düzdü, bu göstəricidə liderliyi Portuqaliya – Sloveniya oyununun qəhrəmanı Dioqo Koşta ilə bölüşür. Özü-özlüyündə qiymət cədvəlinə yaş da təsir göstərir (bu qapıçıların 23-24 yaşı var), ancaq istənilən halda, oyun əsasdı.
Mamardaşvili AÇ-də 30 seyv etdi. Düzdü, bu həm də Gürcüstan yığmasının müdafiə xəttinin ideal oynamamasından xəbər verir. Ancaq bu göstərici faktiki rekorddu. Belə statistikanın aparılmağa başlandığı dövrdə bir turnirdə yalnız rusiyalı qapıçı İqor Akinfeyev daha çox (32) seyv edib. Onu da nəzərə alaq ki, Gürcüstan yığması turnirdə mübarizəni artıq 1/8 finalda dayandırdı. Daha bir oyun olsaydı, Mamardaşvili Akinfeyevi də arxada qoyacaqdı.

3. Arda Gülər, Türkiyə
+15 milyon avro (30-dan 45-ə)
Türkiyə futbolunun yeni nəslinin ən parlaq simalarından biri artıq “Real”da oynayır. Düzdü, İspaniya klubunda keçirdiyi ilk mövsümdə onun adı daha çox “nəhayət, nə vaxt meydana çıxacaq” kontekstində müzakirə olundu. Enində-sonuna istedadını gördük. Mövsümün sonunda madridlilərin heyətində epizodik hallarda göründüsə, yığmanın heyətində özünü göstərməyə imkan tapdı.
Arda iki məhsuldar ötürmə verdi, bundan başqa, turnirin ən gözəl qollarından birini vurdu. Yəqin ki, Mamardaşvilinin qapısına uzaq məsafədən vurduğu həmin gözəl qolu xatırlayırsız. Ançelottinin də Türkiyə yığmasının oyunlarını izlədiyi şübhə doğurmur. Bəlkə bundan sonra Ardaya daha çox oynamaq imkanı qazandıra. Axı belə istedadı daim ehtiyat oyunçular skamyasında saxlamaq olmaz.

2. Rikkardo Kalafyori, İtaliya
+15 milyon avro (30-dan 45-ə)
İtaliya artıq 1/8 finalda mübarizədən çəkildi. Ancaq Kalafyori olmasaydı, heç pley-offda da olmayacaqdı. İtaliyalı müdafiəçi Xorvatiya ilə oyunda fanatlara dramatic sonluq bəxş etdi. Topu daşıdı və Zakkanyiyə assistentlik etdi. O isə Modriçin və komandasının qrupdan çıxmaq şansının üzərindən çalın-çarpaz xətt çəkdi. Donnarumma ilə birgə Kalafyori də bu maraqsız, sönük İtaliya yığmasında yeganə parlaq nöqtədi. Qeyri-adi dərəcədə çoxyönlü futbolçudu. Həm müdafiədə, həm də hücumda yaxşı təsir bağışlayır – topu əla hərəkət etdirir, meydanı yaxşı görür, ötürmə qabiliyyəti var. Belə görünür ki, o, tezliklə “Arsenal”da peyda olacaq. Top-klubda necə təsir bağışlayacağı maraq doğurur.

1. Lamin Yamal, İspaniya
+30 milyon avro (90-dan 120-yə)
Bu reytinq siyahısında turnirin əsas ulduzunun görünməməsi ədalətsizlik olardı. Əlbəttə, çoxları bu yaya qədər də Laminin potensialından xəbərdar idi. Ancaq məktəblinin qalib yığmanın həlledici fiqurlarından, uğurun təminatçısı olacağını gözləyənlərin sayı o qədər də çox deyildi. Yarımfinalda Fransanın qapısına vurulan fantastik qol, dörd məhsuldar ötürmə, oyundaşları üçün 8 qol vəziyyətinin yaradılması – doğrudan da, möhtəşəm göstəricilərdi.
Yamin dünyanın ən baha tineycerlərindən biridi. Ona qədər heç bir futbolçunun qiyməti 17 yaşını tamamlamadan 100 milyon avroya çatmayıb. Çox güman, belə vunderkind tezliklə görünməyəcək. Növbəti mövsüm “Barselona”nın heyətində Laminin oyununu izləmək imkanımız olacaq. Təki Ansu Fatinin taleyini təkrarlamasın. Axı hər kəs “Barsa”nın gənc istedadları küncə sıxışdırmaq vərdişindən xəbərdardı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-09-2023, 16:0

''Transfermarkt''da futbolçuların qiymətləri dəyişdi

Dünya futbolu / Maraqlı

11-04-2023, 10:0

“Napoli” İtaliyada daha dəyərli heyətə malikdi

Premyer-liqa

31-05-2023, 15:0

Premyer-liqanın dəyəri artıb

Dünya futbolu / AÇ

9-07-2024, 18:0

Pikfordun sirli su qabı...

Dünya futbolu / Reportaj

3-07-2024, 12:0

Çempionların 1/8 final sindromu davam edir - REPORTAJ

AÇ

6-07-2024, 19:0

İngiltərə - İsveçrə: START HEYƏTLƏRİ

Aktual
"Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Son xəbərlər
  • Bu gün, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Bu gün, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
Daha çox
Oxunub: 278
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə