• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Puşiç Ukraynaya gələn kimi “Şaxtyor”u çempion etdi

Dünya futbolu

3-08-2024, 15:0

2022-ci ilin fevralından bəri Rusiyanın işğal planlarının hədəfinə çevrilən Ukrayna daha bir futbol mövsümünü arxada qoydu.

Müharibəyə cəlb olunan ölkədə çempionatın təşkili ilə bağlı çoxlu texniki xarakterli problem yaranır, son mövsümün gedişində də dəfələrlə həyəcan siqnalı ilə oyunlar dayandırıldı. Hər halda, mövsümü başa çatdırmaq mümkün oldu. Və “Şaxtyor” müstəqillik tarixində 15-ci dəfə çempionluğu bayram etdi.

Vaxtilə bizim “İnter”də baş məşqçinin köməkçisi işləyən Marino Puşiç ötən ilin oktyabrında “şaxtaçılar”ın “sükanı arxasına” keçəndə çempionluğa şübhə edənlərin sayı çox idi. Axı bosniyalının məşqçi kimi hansısa uğurunu görməmişdilər. “Şaxtyor” onun rəhbərliyi altında keçirdiyi ilk oyunlarda, doğrudan da, problemlərlə üzləşdi. Donetsk klubu "Dnepr-1"ə uduzdu (1:3), “Polesye” ilə qolsuz heç-heçəyə razılaşdı. Amma dekabrın 3-də “Metallist 1925” üzərindəki qələbə ilə 15 oyunluq məğlubiyyətsiz seriyanın əsası qoyuldu.
Mövsüm ərzində müxtəlif komandalar zirvəyə qalxsa da, hər kəsə aydın idi ki, çempionluq mübarizəsi əzəli rəqiblər – “Şaxtyor”la “Dinamo” arasında gedəcək. Belə də oldu: çempionun adına bu komandalar arasında mayın 11-də keçirilən oyunda aydınlıq gəldi. Sudakovun 33-cü dəqiqədəki penalti qolu ilə önə keçən “şaxtaçılar” titulu əldən vermədi. Ədalət naminə deyək ki, “Dinamo” da çempionlara xas qrafik cızdı. Kiyev klubunda da payızda məşqçi dəyişikliyi yaşandı. Noyabrın 4-də baş məşqçi postunda Mirça Luçeskunu əvəz edən Aleksandr Şovkovski sonuncu dəfə 2021-də çempion olan komandanın bu uğuru təkrarlaması üçün əlindən gələni əsirgəmədi. “Dinamo” onun dönəmində 17 oyunluq qələbə seriyası yaxaladı, ümumiyyətlə, 20 oyunun yalnız birində uduzdu. “Aleksandriya”dan alınan texniki məğlubiyyət olmasaydı, bəlkə də biz mövsümün sonunda “qızıl oyun” izləyəcəkdik.

“Dinamo” 71 qolla son mövsümün ən məhsuldar komandası oldu. Təsadüfi deyil ki, mövsümün ən çox qol vuran oyunçuları sırasında kiyevlilərin üç təmsilçisi – Vanat, Buyalski və Yarmolenko var. Yalnız iki komanda (“Dinamo”dan başqa “Şaxtyor”) mövsümün hər oyununda orta hesabla 2-dən artıq qol vurdu. Amma təkcə çox qol vurmaq hesabına çempion olmaq mümkün deyil. Bunun üçün müdafiən də möhkəm olmalıdı. “Şaxtyor” bu mənada son mövsümdə “Dinamo”dan bir addım öndə idi. Puşiçin komandası cəmi 24 qol buraxıb, 14 oyunda qapısının toxunulmazlığını qoruyub. Göründüyü kimi, “Dinamo”da top fərqi daha yaxşı (+44) olsa da, çempionluğu məhz “Şaxtyor” qazandı.

Ölkə futbolunun nəhənglərinin əbədi çempionluq intriqası öz yerində, amma 3-cü yer uğrunda da gərgin mübarizə getdi. Və bu mübarizədən “Dnepr-1”i qabaqlayan “Krivbass” qalib ayrıldı. Krivoy-Roq klubunu 2022-ci ildən bəri Yuri Vernidub çalışdırır. Komanda məhz onun rəhbərliyi altında 2000-ci ildən bəri ilk dəfə mövsümü mükafatçılar sırasında bitirdi. Düzdü, Vernidub və yetirmələri daha yüksək yer tutmaq həvəsini gizlətmirdi. Bu mənada bürünc medal onları razı salmadı. Baş məşqçi son müsahibələrində yeni mövsümdə çempionluq uğrunda oynayacaqlarını deyib.

Mövsümü uğurlu keçirən komandalar sırasında “Dnepr-1” ilə Emil Mustafayevin də şərəfini qoruduğu “Polesye” də var. “Dnepr-1” Konfrans Liqasına vəsiqə qazansa da, sonradan hansı problemlərlə üzləşdiyini bilirsiz, “Futbol+”in səhifələrində artıq bu haqda yazılıb. Elitanın debütantı olan Jitomir klubunun isə “boyundan yuxarı tullandığını” deyə bilərik. “Polesye” artıq avrokuboklarda da debüt edib.
Qalan komandaların çıxışına gəlincə, aşkar uğursuzlardan biri “Zarya”dı. Luqansklılar 2022/23 mövsümünü bürünc medalçı kimi bitirsə də, bu dəfə 10-cu yerlə kifayətləndi. Yuri Kovalın çalışdırdığı komanda xüsusən də mövsümün ilk yarısında biabırçı təsir bağışladı. Zədəlilərin çoxluğu fonunda bəlkə də belə nəticə gözlənilən idi. Yalnız yazda vəziyyəti qaydasına salmaq mümkün oldu ki, onda da “Zarya” üçün qatar getmişdi.

Artıq “Neftçi”nin “sükanı arxasında” olan Roman Qriqorçukun çalışdırdığı “Çernomorets” mövsümə yaxşı başlasa da, sonradan oyun və nəticə baxımından ciddi eniş yaşadı. “Dənizçilər” elitada yerini qoruya bildi. Bununla belə, “Çernomorets” tarixində ilk dəfə bir mövsümdə 18 oyunda məğlubiyyətlə üzləşdi.

Hər oyuna orta hesabla bir qol vurmağı bacarmayan komandalar da var. Bunlar “Zarya”, “Minay”, “Kolos” və “Obolon”du. “Obolon”la bağlı başqa bir statistik incəlik də var: “pivəçilər” mövsüm ərzində keçirdiyi oyunların üçdəbirində rəqib qapısına yol tapa bilməyib. Bu komanda ilə yanaşı, “Veres” də pley-off oyunlarından qalib ayrılmaqla elitada yerini qorudu. Ümumiyyətlə, bu səhifədəki “kim hara?” yarımsərlövhəsinə nəzər salsaz, çox maraqlı mənzərə ilə üzləşəcəksiz. Aşağı liqaya düşən komandalar sırasında “Minay” ilə “Metallist 1925”i göstərmişik. Ancaq “Dnepr-1”in gözlənilmədən elitadan uzaqlaşdırılması vəziyyəti dəyişdi. Faktiki “Minay”ın da gələn mövsüm elitada oynaması mümkündü. Soruşacaqsız ki, necə? Buyurun, baxın.

Premyer-liqada 13-14-cü yerlərdə qərarlaşan “Veres” ilə “Obolon” 1-ci liqada “Episentr” və “Levıy Bereq” ilə pley-offda qalib gələrək yerini qoruyub. “Dnepr-1” müflislik üzündən elitadan kənarlaşdırıldığından Ukrayna Futbol Federasiyası “Minay”, “Metallist 1925”, “Episentr” və “Levıy Bereq” arasında mini-turnir keçirib. Yarımfinal: Levıy Bereq – Metallist 1925 1:1, p. – 5:4, Episentr – Minay 3:3, p. – 3:5. İyulun 30-da keçiriləcək final oyununun qalibi gələn mövsüm premyer-liqada oynayacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-05-2024, 20:0

“Şaxtyor” 15-ci dəfə çempion oldu - TURUN İCMALI

Dünya futbolu

23-04-2024, 23:0

Emil Mustafayev darmadağına əngəl ola bilmədi - TURUN İCMALI

Dünya futbolu

13-03-2024, 18:0

Ukraynada yenə lider dəyişdi – TURUN ŞƏRHİ

Dünya futbolu

29-11-2023, 21:0

“Şaxtyor”un möhtəşəm seriyası qırıldı – TURUN ŞƏRHİ

Dünya futbolu

6-12-2023, 18:0

“Şaxtyor” uddu, “Dnepr-1” uduzdu, “Dinamo”nun oyunu baş tutmadı

Dünya futbolu

27-09-2023, 19:0

“Şaxtyor” xal itirdi, Emil Mustafayev qəhrəman oldu – TURUN ŞƏRHİ

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 160
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə