Batut gimnastikası üzrə millimizin üzvü Selcan Mahsudova Paris -2024 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
"Football-plus.az" xəbər verir ki, 20 yaşlı idmançı təsnifat mərhələsində ilk cəhdində 42,950 xal toplayıb. Selcan ikinci cəhdində 53.750 xala layiq görülüb.
O, yekunda 16 iştirakçı arasında 10-cu olub və "8-liy"ə düşə bilmədiyi üçün mübarizəni dayandırıb.