• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bir müddət öncə Bağırovu istefaya göndərən şəxs indi də Baxşıyevə vaxt qoya bilər” - Axundov danışdı, ara qarışdı

Ölkə futbolu / Manşet

31-07-2024, 09:0

Azərbaycan Futzal Federasiyasının prezidenti olmaqla yanaşı, yaxınlarda Naxçıvan Futbol Federasiyasının sədri seçilən Zaur Axundov verdiyi açıqlamalarla gündəmi zəbt edib.

Belə ki, o, qardaşı Ramin Axundovun prezidenti olduğu “Araz-Naxçıvan”la bağlı ona ünvanlanan sualları belə cavablayıb:

“Komanda Ərzurumdan, təlim-məşq toplanışından qayıdıb. Komanda ilə görüşdük, baş məşqçi Elmar Baxşıyevlə söhbətimiz oldu. Məni tanıyırsız, idmanda ambisiyalı, iddialıyam. Uduzmağı da sevmirəm, haqsızlığı da. Düzdü, hərdən emosional oluram. Lakin yaş keçdikcə vəziyyət dəyişir. 15 il əvvəlki Zaurla indiki arasında fərq var. Cavan vaxtı emosional idim, hakimlərlə də mübahisələrim olub. Odu ki, “Araz-Naxçıvan”dan da uğur gözləyirəm. Elmar Baxşıyevin də qarşısına iddialı olmaq şərti qoyulub. İstədikləri bütün transferlər reallaşdırılıb. 99 faiz arzulanan komanda yığılıb. Axsayan bircə yer var, o da müdafiənin mərkəzidi. O mövqe üçün də axtarışlarımız davam edir. İlk tura da olmasa, 2-ci, 3-cü tura qədər bu məsələ həll olacaq. Bir sözlə, lazım olan şərait yaradılıb. Elmar Baxşıyevə inanıram. Məşqçinin uğur qazanması üçün əlində material olmalıdı. Lazımi heyət olmayandan sonra lap Mourinyonu da gətirsək, xeyri yoxdu. Mən “Keşlə”də də olanda hədəf Avropa idi, fərqi yoxdu bu nəticə kubokdan qazanılır, ya çempionatdan. Biz heç vaxt komandanın qarşısına altılığa, yaxud səkkizliyə düşməyi hədəf qoymamışıq. “Keşlə”də (indiki “Şamaxı”) 5 ildə 2 dəfə kuboku qazandıq, bir dəfə də çempionatda üçüncü yeri tutduq. “Araz-Naxçıvan”ın avrokuboklara düşməsinin 80 faizi Naxçıvandan, ev oyunlarını orada keçirməyimizdən asılı olacaq. Qışa qədər yox, iki aya nəticə olmasa, Baxşıyevi yola salacağıq. Ancaq Elmara inanıram. İşləməsi və nəticə qazanması üçün əlində yaxşı material var. Qalanı texniki məsələdi”.

Sənəd üzərində klubla heç bir aidiyyatı olmayan Axundovun Baxşıyevi belə kiçik düşürərək verdiyi açıqlamalar heç də ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Hətta belə fikirlərdən sonra Baxşıyevin klubdan ayrılmasını daha məqbul görürlər. Əslində haqsız da sayılmazlar. Baxşıyev isə yerli mətbuata bu mövzuyla bağlı fikirlərini bildirərkən “nə deyim, vallah... Klubun icraçı direktoru Eldəniz Yusifov bu haqda ictimaiyyətə məlumat verəcək” cümlələrini işlədib.

“Araz-Naxçıvan” ətrafında baş verən bu söz-söhbətlərlə bağlı klubun sabiq mətbuat katibi Tahir Tahiroviçin fikirlərini öyrəndik:

“Təxminən 5-6 ay öncə klubdan ayrıldığı zaman Azər Bağırovdan soruşmaq lazım idi ki, “səni istefaya kim göndərib?" Əsas məsələ budu. O zaman bu sual ortalığa qoyulmalıydı. Bu, məsələnin bir tərəfi. Yəni bir müddət öncə Bağırovu istefaya göndərən şəxs indi də Elmar Baxşıyevə vaxt qoya bilər. Bu, mənim üçün “Araz-Naxçıvan”ın idarəçiliyində normal bir şeydi. Bəlkə də futbol prinsiplərinə uyğun deyil. Ancaq fakt faktlığında qalır.

Mənə görə “Araz-Naxçıvan”ın ən yaxşı dönəmi Vüqar Abbasov klubun prezidenti olduğu vaxt idi. Vüqar müəllimin dönəmində çox mükəmməl bir komanda idarəçiliyi var idi. Bunun bariz nümunəsi də o idi ki, biz divizionun qalibi olduq. Tam dəqiqliklə deyə bilərəm ki, Vüqar Abbasov klubdan uzaqlaşmadı, bezdi. Bu, çox təəssüf doğuran haldı. Çünki, orda avantürayla məşğul olan, futboldan anlayışı olub, lakin ora sevgiylə yox, sırf iş yeri kimi yanaşan adamlar var idi. Çox əfsuslar olsun ki, Vüqar müəllim klubdan iyrəndi. Hesab edirəm ki, “Araz-Naxçıvan”ın müstəqillik illərindəki sonuncu ən yaxşı dönəmi Vüqar müəllimin vaxtında oldu. Çox təəssüflənirəm ki, Vüqar Abbasov klubda yoxdu”.


Sabiq klub rəsmisi hələ də taleyi bəlli olmayan stadion barədə belə dedi:

“Əslinə qalsa, Vüqar müəllimin stadionun təmir olunmasıyla bağlı layihəsi var idi. Sadəcə, onu futboldan iyrəndirdilər, onun üzərində avantüra qurdular. Yoxsa o stadion həmin müddətdə təmir olunacaq və azarkeşlər Naxçıvanda komandanın premyer-liqadakı oyunlarına baxacaqdılar. Daha bu qaldı. İndiki duruma gəlincə, stadion düzəltmək heç də asan məsələ deyil. Bu, 2-3 ayda həll olunacaq bir iş deyil. Heç yaxın müddət ərzində də bunu gözləmirəm. Çünki “Araz-Naxçıvan” stadionunun düzəldilməsi uzun zaman aparacaq. İndi bunu layihə kimi ortalığa qoyurlar. Lakin bu nə dərəcədə gerçəkdi, bilinmir. Bunu da zaman göstərəcək. Həm də bilmək olmur ki, stadionun düzəldilməsi “Araz-Naxçıvan”ın ora qısa müddətdə dönməsi deməkdi, ya yox. Hesab edirəm ki, komanda bu mövsüm də yeni stadiona köçməyəcək”.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

6-07-2024, 13:0

Zaur Axundov Federasiya sədri seçildi

Ölkə futbolu

29-05-2024, 10:0

"Araz-Naxçıvan"dan Elmar Baxşıyevlə bağlı qərar

Ölkə futbolu

12-07-2023, 15:0

"Araz Naxçıvan"da İdarə Heyətinin tərkibi təsdiqləndi

Ölkə futbolu / Manşet

17-04-2024, 12:0

“Araz-Naxçıvan” Bakıda qaldığı müddətdə məğlubiyyətlər ard-arda gələcək”

Ölkə futbolu

24-07-2024, 21:0

“Araz-Naxçıvan”dan qolsuz bərabərlik

Ölkə futbolu / Manşet

15-06-2022, 16:0

Zaur Axundovun “Araz-Naxçıvan”la bağlı müdhiş planı - DETALLAR

Aktual
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Son xəbərlər
  • Bu gün, 21:00
    "İmişli"də ayrılıq
  • Bu gün, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Bu gün, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Bu gün, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Bu gün, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Bu gün, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Bu gün, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Bu gün, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Bu gün, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Bu gün, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Bu gün, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Bu gün, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Bu gün, 15:35
    Milli komandada yeni müqavilə
  • Bu gün, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Bu gün, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Bu gün, 14:30
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Bu gün, 13:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
Daha çox
Oxunub: 282
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə