• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zaur Axundovun “Araz-Naxçıvan”la bağlı müdhiş planı - DETALLAR

Ölkə futbolu / Manşet

15-06-2022, 16:0

Uzun illər Futzal Federasiyasına rəhbərlik edən, “Araz-Naxçıvan”ın prezidenti olan Zaur Axundov bu sahədə müəyyən uğurlara imza atsa da, onun böyük futbolda fəaliyyəti heç də birmənalı qarşılanmadı.

Düzdü, onun dönəmində “Keşlə”, indiki adı ilə desək, “Şamaxı” iki dəfə ölkə kubukunun qalibi kimi adını tarixə yazdırdı, avrokuboklarda ölkəmizi təmsil etdi. Ancaq “Araz-Naxçıvan”ın və futzal yığmasının əldə etdiyi uğurları “Şamaxı” böyük ölçüdə təkrarlaya bilmədi. Ötən ayın 31-dən isə Axundov böyük futboldan uzaqlaş(dırıl)dı. İndi yalnız federasiya prezidenti kimi işini davam etdirir.

Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, Zaur bəy böyük futbola başı qarışdığı vaxt bir qədər diqqətdən kənarda saxladığı futzalı, daha dəqiq desək, “Araz-Naxçıvan”ı yenidən dirçəltmək, onu siyahıdan silənlərə “mən də varam” mesajı göndərmək üçün əməli işlərə başlamaq niyyətindədi. “Araz-Naxçıvan”ın prezidenti hazırda Braziliyada istirahətdə olan komandanın və yığmanın baş məşqçisi Joze Alesio da Silvaya Bakıya qayıdarkən özü ilə 3-4 səviyyəli həmyerlisini gətirməyi tapşırıb. Məqsəd isə 2022/23 mövsümündə Çempionlar Liqasında oynayacaq komandanın heyətini bir qədər də gücləndirmək, prezidenti olduğu klubun ən azı “dördlər finalı”na vəsiqə qazanmasını təmin etməkdi. Federasiya prezidentinin klubla yanaşı, yığmanın da yeni tarix yazmaq, daha yüksək nəticələr əldə etməsi üçün braziliyalı mütəxəssisə xüsusi tapşırıq verdiyi bildirilir.

Məsələ ilə bağlı “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqovla danışmağı lazım bildik. Mahmud bəy söylənilənləri təsdiq etdi:

“Bəli, qarşıdan gələn Çempionlar Liqasında “Araz-Naxçıvan”ın qarşısına minimum hədəf kimi “dördlər finalı”na vəsiqə qazanmaq qoyulub. Zaur Axundov bununla bağlı tapşırıqlarını verib. Bizə lazımi dəstəyi verəcəyini, təşkilatçılıqda yardımçı olacağını bildirib. Artıq bu yöndə çalışmalara başlamışıq. İlk növbədə gənc yerli futzalçılarla razılığa gəlib heyətimizə cəlb etmişik. Onların təcrübəli futzalçıların yanında “bişməsini” istəyirik ki, sabah ehtiyat qüvvəmiz olsun, növbəti illərdə onların xidmətindən yararlana bilək. Ötən dəfə dediyim kimi, komandanın və yığmanın əsas qolkiperi Rövşən Hüsyenlinin məsələsi hələ açıq qalır. Ona bir neçə ölkədən təklif var. Bununla bağlı mənə müraciət edib. Özünə də söyləmişəm ki, real və yaxşı klubdan təklif olacağı halda yolunu kəsməyəcəyik. Ancaq şəxsi fikrimi də ona çatdırdım ki, “Araz-Naxçıvan”da qalması daha yaxşı olar. Çünki bu il komandanın qarşısına ciddi hədəflər qoyulub”.


Mahmud bəylə söhbətdə Zaur Axundovun Alesioya verdiyi tapşırıq barədə də danışdıq:

“Heyəti gücləndirmək üçün yeni legionerlər cəlb etmək fikrimiz var. Bizə təqdim olunan əcnəbiləri baş məşqçiyə təqdim edirik. Braziliyalı mütəxəssis isə onlara baxır və bəyəndiklərinin adını bizə göndərir. Ondan sonra həmin futzalçı ilə danışığa başlayırıq, müqavilə və maliyyə şərtlərini müzakirə edirik. Alesiosuz transfer reallaşdırmırıq və belə fikrimiz də yoxdu. Çünki nəticəyə baş məşqçi cavabdehlik daşıyır. Sabah bizə deməsin ki, “bu futzalçını mən yox, siz bəyənmisiz. Mən filankəsi bəyəndim, ancaq siz başqasını komandaya gətirdiz”. Belə xoşgəlməz söz-söhbət olmasın deyə, bütün transferlər qarşılıqlı razılıq əsasında reallaşır. Özü də istirahətdə olduğu vaxt axtarışları davam etdirir”.



RƏŞAD

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

16-05-2022, 15:0

Maydan sonra futzal millimizi kim çalışdıracaq? - ÖZƏL

Ölkə futbolu

12-06-2022, 13:0

“Araz-Naxçıvan” Rövşənin qərarını gözləyir

İdman

19-04-2022, 16:0

“Araz-Naxçıvan”da Rövşən Hüseynlini o əvəz edəcək - ÖZƏL

Aktual
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
Son xəbərlər
  • Bu gün, 20:31
    Madriddən Londona yollandı
  • Bu gün, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Bu gün, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Bu gün, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 18:30
    Fransada klubunu dəyişəcək
  • Bu gün, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Bu gün, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Bu gün, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Bu gün, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Bu gün, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Bu gün, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 12:41
    Londonda iş yerini dəyişdi
  • Bu gün, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Bu gün, 11:30
    Şayiələrə son qoydu
  • Bu gün, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Bu gün, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Bu gün, 10:00
    “Barselona”dan yeni transfer
  • Bu gün, 00:01
    Niderlanda yollanacaq
  • Dünən, 23:27
    Bolonyadan paytaxta üz tutdu
  • Dünən, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Dünən, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Dünən, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Dünən, 21:51
    Dünya çempionu vəfat etdi
  • Dünən, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Dünən, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Dünən, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Dünən, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Dünən, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Dünən, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Dünən, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Dünən, 17:50
    Məğlub Nəriman!
  • Dünən, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Dünən, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 122
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 96
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 84
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 80
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə