• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” Mbappe ilə kifayətlənmək fikrində deyil - tezliklə daha bir ulduz Madriddə görünə bilər

Dünya futbolu

30-07-2024, 13:0

“Transfer pəncərəsinin bağlanmasına” hələ bir ay qalsa da, artıq indidən aydındı: “Real” yayın əsas keçidini reallaşdırıb. Kilian Mbappenin azad agent kimi alınması ən azı ilin transferidi. Kilianın heç də az olmayan maaşı (ildə təxminən 15 milyon avro) və müxtəlif bonusları nəzərə almaqla böyük məbləğdə həvəsləndirici para (5 illik müqavilə müddətində 100-115 milyon ödəniləcək) ciddi addımdı. Ancaq belə görünür ki, Madriddə dayanmaq istəyən yoxdu. Yaxınlarda çempion olan və Çempionlar Liqasını qazanan klubda belə problemli mövqelər var. “Real”ın hücum xətti ulduzlar toplusudu, müdafiədə isə vəziyyət eyni deyil.

Madrid nəhənginin müdafiəsinin mərkəzində oynamaq üçün üç sağlam oyunçu var – Rüdiger, Militao və icarədən qayıdan Xesus Valyexo. Alaba xaçvari bağların qırılmasına görə müalicə alır, Naço Qətərə yollanıb, Militao yenicə sıraya qayıdıb, Valyexonun “Qranada”da adı gedib, zədələr üzündən mövsümboyu cəmi 106 dəqiqə meydanda olub. Klub prezidenti Florentino Peres rəqibləri qabaqlamaq və Leni Yoronu Madridə aparmaq istəyirdir, ancaq MY daha çox pul ödəməklə perspektivli fransalını ələ keçirdi.

Müdafiənin sol cinahına isə yeni oyunçunun gəlişi gözlənilir, o hətta ulduz da ola bilər. Mendi və Qarsiya pis futbolçu deyil, ancaq onları top səviyyəli saymaq da çətindi. Həm də Ferlan Medi zədələr üzündən sabit oynaya bilmir. Odu ki, Karlo Ançelotti manevr etməli olurdu – müdafiənin mərkəzində Çuameni ilə Karvaxal müntəzəm çıxış edirdi, solda bəzən Kamavinqa da görünürdü.

Bu oyunçuların ustalıq səviyyəsi o qədər yüksəkdi ki, doğma olmayan mövqelərdə çıxış etmələri də heyranlıq doğururdu. Ancaq eyni zamanda yarımmüdafiə zəifləyirdi. Kroosun gedişi və Modriçin yaşlanması ilə fransızların duetinin məhz orta sahədə oynaması daha zəruri olacaq. Media son bir ildə klubun Alfonso Devisə maraq göstərməsi ilə bağlı tez-tez yazıb. Bəli, Ançelotti açıq-aşkar etiraf edib ki, Mendini dünyanın ən yaxşı sol cinah müdafiəçisi sayır, ancaq fransalı tezliklə 30 yaşı tamamlayacaq. Onun səviyyəli əvəzedicisi yoxdu. Hələ zədə amilini də unutmayaq. Vəziyyəti çətinləşdirən daha bir məqam var: “Real” qarşıdakı mövsümdə bütün turnirlərdə finala qədər irəliləyərsə, 72 (!) oyun keçirməlidi. Deməli, söhbət artıq zədəliləri “sığortalamaqdan” yox, keyfiyyətli rotasiyadan getməlidi.

İlk baxışdan Devis “Real” üçün ideal oyunçudu. Fərdi oyunda güclüdü, çox sürətlidi, fiziki cəhətdən hazırlıqlıdı. Ancaq Alfonso son mövsümdə əsas heyətin daimi üzvü deyildi, yazda, ümumiyyətlə, ehtiyat oyunçular skamyasını isitdi və transfer məbləği aşağı düşdü. Tomas Tuxelin dövründə “Bavariya” çox müdafiə olunur, belədə kanadalının vizit vərəqinə çevrilən ənənəvi cinah keçidlərini görmürdük. Bunun fonunda Devisin fərdi, hətta münhenlilərin qapısına qolların vurulmasına səbəb olan səhvləri gözə dəyməyə başladı.

Təbii ki, Alfonsonun oyununa 2025-ci ilin yayında bitəcək müqavilə müddətinin uzadılmaması da təsir edir. Bu söhbətin əsası ötən yay – “Bavariya” Musialanın qolu sayəsində çempionluğu qazananda, “Borussiya” inanılmaz şəklildə büdrəyəndə qoyulub. Mövsümün əsəbi sonluğu münhenlilərin rəhbərliyi üçün səbr kasasını daşıran son damla oldu – direktorlar şurası idman direktorlarını, yəni Oliver Kanla Həsən Salihamiciçi qovdu. Belədə Devislə danışıqlarda problem yarandı. Futbolçunun agentinin dediyinə görə, həmin vaxt artıq klubla yeni müqaviləni razılaşdırıbmış, ancaq kəskin struktur dəyişikliyindən sonra taym-aut götürüb. Yəni “Bavariya” artıq Devisi layihəsinin cəlbediciliyinə inandıra bilmir. Üstəlif maaş məbləği ilə bağlı da tərəflər arasında fikir ayrılığı var.

İş hətta ictimaiyyət önündə verilən sərt açıqlamalara qədər uzanıb. Klubun fəxri prezidenti Uli Hönessin mövqeyi:

“Devisə açıq-aydın demişik ki, müqavilə müddətini uzatmasa, sona qədər dözəcəyik. O, indikindən artıq pul almayacaq”.

“Capology” bildirir ki, yeni mövsümdə Devsin “Bavariya”dakı maaşı illik təmiz 5,9 milyon avro olacaq. İspaniyanın “Cadena Ser” nəşri isə yazır ki, Madriddə bu məbləği ikiqat artırmağa və Alfonsoua 10 milyon ödəməyə hazırdılar.

Fevralda nüfuzlu “The Athletic” nəşri belə bir xəbər yaymışdı:

“Real” Devislə ya bu, ya da gələn il keçməklə bağlı şifahi razılıq əldə edib. Madridlilər tezliklə azad agent olacaq futbolçu üçün 50 milyon avro ödəmək istəmir. “Real” onun müqaviləsinin bir ildən sonra bitəcəyini nəzərə alaraq, maksimum 20-30 milyon ödəməyə hazırdı. Belə təklif isə “Bavariya”nı razı salmır”.

Ötən mövsüm eniş yaşamasına baxmayaraq, Devis hələ də dünyanın böyük potensiala malik, ən güclü sol cinah müdafiəçilərindən biri sayılır. Noyabrda 24 yaşını tamamlayacaq kanadalı həlledici rollardan birini oynadığı yığmada kapitandı, artıq 5 ildi yüksək səviyyədə oynayır. Alfonsonun xeyrinə olan daha bir dəlil onun universallığı, hücum və müdafiə keyfiyyətlərini birləşdirməyi bacarmasıdı. Uğurlu driblinq sayına, topla keçidlərə, ötürmələrin dəqiqliyinə, cərimə meydançasında topa toxunma sayına görə dünya reytinqinin daim ön pillələrindədi. Kanadalının istedadına söz ola bilməz. Onu da unutmayaq ki, məhz Devis yarımfinalın cavab görüşündə uzaq məsafədən möhtəşəm zərbə ilə “Real”ın qapısına yol tapmışdı. Bu qol münhenliləri finala çıxara bilərdi, ancaq Manuel Noyer sonda işləri korladı.

Bəlkə də “Real” bu yay kanadalını heyətinə qatmağa, Mendi üçün sıx rəqabət yaratmağa risk etməyəcək. Üstəlik satışı planında da ağıllı addımlar atmaq lazımdı ki, klub “maliyyə feyr-pleyi” prinsipinə uyğunlaşa bilsin. Təbii ki, Peres Devisi Madriddə elə bu yay görmək istəyir. Ancaq “Real”ın prezidenti hiyləgər tülküdü, növbəti yaya qədər də gözləməyə, onda isə Alfonsonu azad agent kimi ələ keçirməyə də hazırdı. Peres yaxşı başa düşür ki, “Bavariya”da mürəkkəb maliyyə vəziyyəti hökm sürür, klub oyunçularını satmalıdı, əməkhaqqı fondunu yüngülləşdirməlidi. Və ola bilər ki, indi olmasa da, “transfer pəncərəsi”nin sonuna yaxın Münhen klubunun bossları “sınsın”, hansısa ciddi güzəştə getsin.

"Football-plus.az"

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-01-2024, 19:0

Mbappe “Real”ın son təklifini qəbul edəcək?

Aktual

10-05-2022, 00:0

Mbappe Madriddə nə gəzir?

Dünya futbolu

13-12-2023, 19:0

“Real”la PSJ razılığa gəlib?

Dünya futbolu

13-03-2022, 15:0

Mbappe gələn həftə “Real”la müqavilə bağlayacaq

Aktual
“Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
“Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
“Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Son xəbərlər
  • Bu gün, 18:05
    ''Fənərbaxça''nın ilk toplanış tarixi və rəqibləri bəlli oldu
  • Bu gün, 17:32
    “Karvan-Yevlax” bütün legionerləri yola saldı – icraçı direktordan klubun taleyi ilə bağlı açıqlama
  • Bu gün, 17:03
    DÇ-də neçə qardaş cütü var?
  • Bu gün, 16:50
    “Bu gün klubdaxili iclas olacaq” – “Baku Sportinq” yenə Samir Ələkbərova tapşırılır
  • Bu gün, 16:32
    31 yaşında yaşıl meydanı tərk etdi
  • Bu gün, 16:01
    Tanınmış forvard Toral Bayramovla komanda yoldaşı ola bilər
  • Bu gün, 15:40
    Konate ilə Dyumfrisin yolu Madriddə kəsişəcək
  • Bu gün, 15:20
    Millimizin dünya çempionatı üçün səbəti müəyyənləşdi
  • Bu gün, 15:02
    Bundestmdə böyük və qəfil itki - Karl da mundialı buraxacaq
  • Bu gün, 14:40
    Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
  • Bu gün, 14:35
    “Turan Tovuz” Millerə görə hər gün 5 min dollar qazanacaq
  • Bu gün, 14:29
    "Karvan-Yevlax" daha bir legionerlə vidalaşdı
  • Bu gün, 14:26
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 14:20
    UEFA Əliyar Ağayevi unutmadı… - o, yenidən zirvəyə yüksələ biləcəkmi?
  • Bu gün, 14:07
    “Boka Xuniors” 1/8 finala çıxa bilmədi
  • Bu gün, 13:42
    Baş məşqçi kimi debüt edəcək
  • Bu gün, 13:07
    Arsen Ağcabəyov "Şəfa"da
  • Bu gün, 12:36
    "Qəbələ" legioneri ilə yolları ayırdı
  • Bu gün, 12:15
    Rusiya avrokuboklardan yenə kənarda qaldı
  • Bu gün, 11:44
    "Qızlar həqiqətən möhtəşəm işlər görürlər" - Siyasət Əsgərov
  • Bu gün, 11:23
    AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
  • Bu gün, 10:52
    A seriyasında yeni təyinat
  • Bu gün, 10:31
    “Sabah”ın yeni üzvü: Eyden Makkarti!
  • Bu gün, 10:00
    İran yenə ABŞ-dən şikayətlənir
  • Bu gün, 00:47
    "Bu qədər qol şansını qaçırmağımız bizi narahat edir" - Ayxan Abbasov
  • Bu gün, 00:04
    Saşa İliç "Partizan"ın baş məşqçisi oldu
  • Bu gün, 00:00
    Dioqo Balau "Turan Tovuz"da
  • Dünən, 23:55
    Millimiz San Marinonu məğlub etdi - YENİLƏNİB
  • Dünən, 23:45
    Yığmamız Şimali Makedoniyaya qalib gəldi
  • Dünən, 23:21
    “Belqrano” sürpriz şəkildə çempion oldu!
  • Dünən, 22:45
    “Zirə” Anatoli Nuriyevlə yolları ayırdı
  • Dünən, 22:27
    “Liverpul”u bundan sonra İraola çalışdıracaq - yeni baş məşqçi ilə bağlı cəlbedici məqamlar nədi?
  • Dünən, 21:55
    “Qarabağ”ın hazırlıq planı bəlli oldu
  • Dünən, 21:40
    “Orda önəmli qərarlar veriləcək” – Adil Şükürov da iclası gözləyir
  • Dünən, 21:24
    Uğur Cahangirov "Şamaxı"da
Daha çox
Oxunub: 725
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 259
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 252
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 252
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 194
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 176
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə