• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sərxoşluq, avtoxuliqanlıq, biabırçı statistika... - MY-nin ulduzu karyerasına qənim kəsilib

Dünya futbolu

30-07-2024, 11:0

Birvaxtlar yeniyetmə Markus Reşford “Mançester Yunayted”in əsas ümidi sayılırdı. Və nəinki bu klubun, hətta bütün İngiltərənin. Roy Hocson 18 yaşlı hücumçunu Fransada keçirilən Avropa çempionatına aparmışdı, Lui van Qal isə onu “xüsusi istedad” adlandırırdı. Forvard cəmi ilyarım əvvəl də azarkeşlərə inam bəxş edirdi. Dünya çempionatından sonra keçirdiyi ilk 20 oyunda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Ancaq oktyabrda 27 yaşını tamamlayacaq futbolçu indi başqa ab-havadadı. Ötən mövsümün 43 oyununda cəmu 8 qol vurub, Avropa çempionatını buraxıb, ətrafındakılarla ciddi ünsiyyət problemi yaşayır və imici qaralanıb. Gənclik dönəmi arxada qalıb, problemlər isə artıb. Məntiqlə karyerası hələ indi-indi ekvator xəttinə yaxınlaşıb, ancaq onun adı ilə bağlı olan futboldankənar, dolaşıq tarixçələrin sayı hədsiz çoxdu.
Futbol ilk pillədə deyil

Hər şey ilk baxışdan xoş addım kimi görünən xeyriyyəçilik ilə başladı. Markus 2017-ci ildə Mançesterdəki terror aktının qurbanlarına yardım etdi – zərərçəkənlərlə görüşdü, pul yığılmasında iştirak etdi. Bir neçə il sonra futbolçu başqaa bir aksiyaya başladı. Evsizlərə ən zəruri ləvazimatların - isti paltar, diş fırçası, corab və s. – alınmasında iştirak etdi.
Bu aksiya ingiltərəli ulduzu həvəsləndirdi. Pandemiya dönəminin sonunda onun xeyirxah işlərinin sayı artmışdı. Reşford addımlarını belə izah edirdi:

“Mən futbol oynayıram. Ancaq bu müvəqqətidi, axı nə vaxtsa karyeramı bitirəcəm. İstəmirəm ki, məni yalnız premyer-liqa klubunun futbolçusu kimi xatırlasınlar. İmkanlarım var, bu üzdən ən böyük missiyam xeyirxahlıqdı. Bunu xeyriyyə aksiyaları vasitəsi ilə edirəm. Adamların həyatını bir qədər işıqlandırmaq üçün ən yaxşı yoldu”.

Yardımlaşmaq, insani duyğuların izharı yaxşıdı, bununla bağlı Markusa hansısa irad tutmaq çətindi. Ancaq hələ onda MY-ni dəstəkləyənlərin bir çoxuna elə gəlirdi ki, hücumçu futbolu heç də ilk növbədə düşünmür. Yetərincə uğurlu 2019/20 mövsümünün (premyer-liqada 17+6) ardından eniş yaşandı, iki il sonra isə forvardın statistikası dibə düşdü – bütün çempionat boyunca yalnız 4 qol.

2023-cü ilin ilk yarısındakı ani parıltını nəzərə almasaq, Reşford bir daha meydanda qanad açmadı. Paralel şəkildə bir-birinin ardınca xoşagəlməz hallar yaşandı. Ötən ilin sentyabrında “Yunayted”in bazasından 800 min avroluq “Rolls-Royce” ilə ayrılan futbolçu 74 yaşlı qadının sükan arxasında olduğu bir başqa maşına toqquşdu. Xoşbəxtlikdən maşınlardan və yoldakı dirəkdən başqa heç kim ziyan görmədi.

Bu il yanvarın sonunda “Yunayted”in baş məşqçisi Erik ten Haq bildirdi ki, hücumçu xəstələndiyinə görə ölkə kubokunda “Nyuport”a qarşı oynamayacaq. Niderlandlı mütəxəssisin bu sözləri bir o qədər böyük maraq doğurmayacaqdı, ancaq elə həmin vaxt sap-sağlam Markus Belfastdakı gecə klubunda göründü – alkoqol və elektron siqaret ilə. İçkinin dozasını qaçıran futbolçu gecə klubunda əskinasları sağa-sola səpdi. Həmin vaxt “The Athletic” nəşri yazmışdı ki, Reşford iki gün ərzində üç əyləncə məkanında görünüb, amma yenə də özünü məşqə çatdırıb. Sadəcə, kluba xəstə olduğunu da deyib.

AÇ-dən sonrakı problemlər
Neqativ insaydların sırası bununla bitmir. Britaniya mediası forvardın Ten Haqla münaqişəsindən də yazır – guya baş məşqçinin ideyaları ona aydın deyil. İşə laqeyd münasibət fonunda münasibətlər bir qədər də gərginləşib. Qalmaqalların sıralanması, gözlənildiyi kimi, fanatların mənfi reaksiyasına gətirib çıxardı. “Give Me Sport” portalı iyunda qeyri-adi statistika dərc etmişdi. Həmin statistikada Reşford ötən mövsüm ərzində sosial şəbəkələrdə aldğı təhqiramiz mesajların sayına (707160!) ikiqat fərqlə liderlik edirdi.
PSJ-nin daim futbolçunun yan-yörəsində olması da yanan odun üzərinə səpilən benzin rolunu oynayır. Parislilər artıq illərdi Markusla təmasdadı, Mbappeni məhz onunla əvəzləmək istəyirlər. Bəs müntəzəm problem yaradan, heç bir nəticə verməyən, məşqçi ilə söyüşən, psixoloji problemlər yaşayan futbolçuya necə güvənmək olar?

Elə sonuncu məqamın üzərində dayanaq. İyulun 18-də Reşfordun 6 aylığa sürücülük hüququndan məhrum olunmasıyla bağlı xəbər yayıldı. İngiltərəli ildırım sürəti ilə polislərdən uzaqlaşmağa çalışıb. Saatda 104 mil sürəti ilə hərəkət edən patrul maşını ona çata bilmirmiş. Markus təslim olandan sonra bildirib ki, onu daim kimsə ağ maşında izləyir. Hüquq-mühafizə orqanının əməkdaşları kameraları gözdən keçiribilər, heç bir izlənmə-filan aşkarlanmayıb.

Bəlkə də Markusu AÇ-2020-nin finalından sonra penalti seriyasındakı səhv ruhdan salıb. Xronoloji cəhətdən hər şey üst-üstə düşür, məhz 2020/21 mövsümündən konkret eniş başlayıb. Futbolçu başverənləri anladığını bildirir, az qala and içir ki, Ten Haqla münasibətləri yoluna qoyacaq, yığmay qayıtmaq üçün əlindən gələni əsirgəməyəcək, öz üzərində işləyəcək.

Son bir neçə ilin hadisələri ona inanmaq üçün heç bir əsas vermir. Markusun dedikləri hələlik yalnız quruca sözlərdi. Gənclik arxada qalıb, problemlər get-gedə artır. Belə vəziyyətlərdə yalnız əməl hesabına nələrisə düzəltmək olar. Yəni Reşfordun sözdən işə keçməsinin vaxtıdı.

"Football-plus.az"

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-05-2023, 12:0

MY-də hamını arxada qoydu

Dünya futbolu

27-09-2023, 11:0

Reşford qəza keçirdi

Dünya futbolu

13-05-2023, 15:0

“Mançester Yunayted”də ciddi itki

Dünya futbolu

20-04-2023, 21:0

MY-nin oyunçusu məşqə başladı

Aktual
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
Son xəbərlər
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Dünən, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Dünən, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Dünən, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Dünən, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Dünən, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Dünən, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • 18-05-2026, 23:0
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • 18-05-2026, 23:0
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • 18-05-2026, 22:0
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • 18-05-2026, 21:0
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 234
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə