• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənər”də Mourinyo dönəmi çətin qələbə ilə başladı - “Trabzonspor” və “İstanbul BŞ” cavab oyununa intriqa saxlamadı

Dünya futbolu

27-07-2024, 11:0

“Luqano”nun öz meydanı UEFA-nın standartlarına cavab vermədiyindən komanda “Fənərbaxça”ya qarşı matçı “Stokhorn Arena”da keçirdi. Amma “Tyun”un ev oyunlarını keçirdiyi bu stadionun süni ot örtüyünə malik olması birmənalı qarşılanmadı.

"Football-plus.az" xəbər verir ki, “Fənər” meydana və rəqibə uyğunlaşana qədər hesabda geri düşdü. 20 yaşlı mərakeşli müdafiəçi Əl-Vafi baş zərbəsi ilə “Luqano”nu önə keçirdi. Amma hissənin ortalarından etibarən səviyyə fərqi özünü büruzə verməyə başladı. Qonaqların hücumları fasilə ərəfəsində bəhrə verdi. Tadiçə qarşı kobudluğa görə təyin olunan penaltini Ceko dəqiq yerinə yetirdi.

Bosniyalı forvard ikinci hissənin 35-ci saniyəsində Tadiçin ötürməsi ilə dublunu rəsmiləşdirdi. İnadkar “Luqano” öz lideri Bislimi ilə hesabı bərabərləşdirdikdən sonra yenə Ceko səhnəyə çıxdı. Bu qolda topu rəqibdən oğurlayan və Cekoya ideal ötürmə verən Şimanskinin də əməyini xüsusi qeyd etmək lazımdı. Çox keçmədən səhnəyə AÇ-2024-ün ən parlaq oyunçularından olan Fərdi Kadıoğlu çıxdı. O, meydana çıxandan cəmi 6 dəqiqə sonra yaxın küncə əla qol vurdu. Amma “Fənər” iki topluq üstünlüyünü qoruya bilmədi. Son saniyələrdə Mərt Müldürün topu itirməsindən sonra Valensuela yekun nəticəni müəyyənləşdirdi. Beləliklə, İstanbul nəhəngi Mourinyonun rəhbərliyi altında ilk rəsmi oyundan qələbə ilə ayrıldı.

Ümumiyyətlə, avrokubok həftəsi Türkiyə futbolu üçün çox uğurlu alındı. “Fənərbaxça”nın ardından “Trabzonspor”la “İstanbul BŞ” də fanatlarını sevindirdi. Trabzon təmsilçisi Slovakiyadan inamlı qələbə ilə döndü. Hərçənd “Rujomberok” heç də pis təsir bağışlamadı və ən azı bir qol vurmağa layiq idi. Komanda “çərçivə”yə 8 zərbə vurduğu halda, heç cür topu tora göndərə bilmədi. Uğurcan Çakırın inamlı oyunu və dirək meydan sahiblərinə mane oldu. Daha təcrübəli “Trabzonspor” “çərçivə”yə cəmi 3 zərbə endirməsinə baxmayaraq, praktiki olaraq cütün taleyini həll etdi. Elə “İstanbul BŞ” də cavab oyununu formallığa çevirdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da izlədiyi qarşılaşmada başakşəhərlilər San Marino təmsilçisinə futbol dərsi keçdilər. Həm “Trabzonspor”un, həm də “İstanbul BŞ”nin cavab oyunları avqustun 1-də baş tutacaq.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun
Luqano (İsveçrə) – Fənərbaxça 3:4

Əl-Vafi, 4. Bislimi, 64. Valensuela, 90+4 – Ceko, 45+1-p.; 46; 67. Fərdi Kadıoğlu, 74.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Mərt Müldür, 68), Çağlar Söyüncü, Ciku, Oostervolde, Kruniç, Fred (Mərt Hakan Yandaş, 86), Şimanski, Tadiç (Fərdi Kadıoğlu, 68), Kent (İrfan Can Kahveci, 68), Ceko (Cenk Tosun, 80).

Avropa Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun
Rujomberok (Slovakiya) – Trabzonspor 0:2

Trezeqe, 39. Cihan Çanak, 90+1.
Trabzonspor: Uğurcan Çakır, Ozan Tufan, Mendi, Densvil, Ərən Elmalı, Lundstram, Umut Günəş (Cihan Çanak, 67), Visça (Nvakaeme, 87), Bardi (Baniya, 80), Trezeqe (Orşiç, 80), Draquş (Enis Destan, 67).

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun
İstanbul BŞ – La Fiorita (San Marino) 6:1

Bərkay Özcan, 5. Davidson, 13. Fiqeyredo, 29; 49. Kemen, 43. Pyontek, 71 – Qreko, 58.
İstanbul BŞ: Muhammed Şengezər, Kemen, Duarte, Opoku (Həmzə Gürələr, 46), Ömər Əli Şahinər, Onur Ərgün, Dəniz Türüc, Bərkay Özcan (Aleksiç, 76), Pelkas (Calo, 71), Davidson (Sərdar Gürlər, 61), Fiqeyredo (Pyontek, 61).

Faktlar
* “Fənərbaxça” avrokuboklarda 271-ci oyununu keçirdi və 108-ci qələbəsini qazandı (55 heç-heçə, 108 məğlubiyyət; top fərqi – 370:387).
* “Fənərbaxça” ÇL-in təsnifat mərhələsində 35-ci oyununu keçirdi və 13-cü qələbəsini qazandı (11 heç-heçə, 11 məğlubiyyət, top fərqi – 52:42).
* “Fənərbaxça” ÇL-in təsnifat mərhələsində səfərdəki 7 oyunluq qələbəsiz seriyaya son qoydu (2 heç-heçə, 5 məğlubiyyət). İstanbul nəhəngi buna qədər ÇL-in təsnifatında rəqib meydanında son qələbəsini 2012-də Rumıniyada “Vasluy”la oyunda əldə etmişdi (4:1).
* Peşəkar karyerasında 22-ci mövsümünü keçirən Ceko 21-ci het-trikini rəsmiləşdirdi. O 38 yaş 128 günlüyündə 3 qol vurmaqla adını tək “Fənərbaxça” yox, Türkiyə futbolu tarixinə yazdırdı. Belə ki, bir Türkiyə klubunun heyətində avrokuboklarda het-trik etmiş ən yaşlı futbolçuya çevrildi! Əvvəlki rekord Şabani Nondaya məxsus idi. Konqo DR-dən olan forvard 2009-cu il avqustun 6-da AL-in 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qalatasaray”ın heyətində Netanya “Makkabi”sina qarşı görüşdə (6:0) 32 yaş 153 günlüyündə het-trik etmişdi.
* Mourinyo məşqçi karyerasında avrokubokların təsnifatında keçirdiyi 6-cı oyundan da qələbə ilə ayrıldı! Buna qədər o, “Tottenhem”lə 3, “Roma” ilə 2 qələbə qazanmışdı.
* “Fənərbaxça” İsveçrə klublarına qarşı səfərdə keçirdiyi 4-cü oyunda da məğlub olmadı (3 qələbə, 1 heç-heçə).
* “Fənərbaxça” tarixində ilk dəfə 3 top buraxdığı avrokubok oyunundan qələbə ilə ayrıldı!
* “Trabzonspor” avrokuboklarda yubiley – 150-ci oyununu keçirdi və 55-ci qələbəsini qazandı (37 heç-heçə, 58 məğlubiyyət, top fərqi – 192:205).
* “Trabzonspor”un yolu buna qədər yalnız bir dəfə Slovakiya klubu ilə kəsişib. Trabzon təmsilçisi 1996/97-də UEFA kubokunun təsnifat mərhələsində “Slovan”la qarşılaşıb (səfərdə 1:2, evdə 4:1).
* “İstanbul BŞ” avrokuboklarda 51-ci oyununa çıxdı və 18-ci qələbəsini qazandı (12 heç-heçə, 21 məğlubiyyət, top fərqi – 73:76).
* “İstanbul BŞ” avrokuboklarda ən böyükhesablı qələbəsini qazandı. Buna qədər komanda Avropa arenasında ən fərqli qələbəsini 2022-ci ilin sentyabrın 8-də KL-in qrup mərhələsində səfərdə “Harts”ı 4:0 məğlub edərək əldə etmişdi.
* “İstanbul BŞ” “Qalatasaray”, “Beşiktaş”, “Trabzonspor” və “Bursaspor”un ardından avrokubok matçında 6 qol vuran 5-ci Türkiyə təmsilçisi oldu.

Oyundan sonra
Mattia Kroçi-Torti, “Luqano”nun baş məşqçisi:

“Həm Mourinyonu, həm də komandasını bizə hörmətlə yanaşmağa vadar etdik. “Luqano” düzgün yoldadı. Son illərdə bir çox iddialı klubla qarşılaşmışıq və heç kimdən çəkinmədiyimizi göstərmişik. Komandamla fəxr edirəm. Oyunçularım məğlubiyyətlə barışmaq istəməyərək sona qədər hücum etdilər. Belə mentallıq hər komandada yoxdu. Bir tərəfdən oyunumuz məni sevindirsə də, digər tərəfdən 4 qol buraxmağımıza görə çox məyus oldum. Amma əsas odu ki, bu cütdə intriqa hələ ölməyib”.

Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:

“Bəhanə kimi səslənməsin deyə, oyundan öncə bu mövzunu çox da qabartmadım. Amma ÇL kimi bir turnirdə oyunun süni örtüklü meydanda keçirilməsi qəbuledilməzdi. Çünki belə meydanda yüksək səviyyəli futbol sərgiləmək çətindi. Topun sürüşməsi, hərəkəti fərqli olur. UEFA-nın nə üçün hələ də belə meydanlarda oynamağa imkan verdiyini anlamıram. Eyni zamanda “Luqano” kimi yaxşı komandanın da nə üçün bu meydanda oynamağa ehtiyac duyduğunu anlamıram. Qapılara 7 qolun vurulması azarkeşlər üçün xoş oldu. Hər halda, qol futbolun bəzəyidi. Amma komandamın 3 qol buraxması mənim üçün heç də xoş olmadı. Cavab oyununu indidən səbirsizliklə gözləyirəm. Fanatlarımızın tribunaları dolduracağına inanıram. Onların dəstəyinə ehtiyacımız var. Fərdi Kadıoğlu yüksək səviyyəli futbolçudu və oyunumuza dinamika qatdı. Ceko üçün möhtəşəm bir oyun oldu. ÇL-in təsnifat mərhələsində 3 qol vurmaq çox önəmli göstəricidi”.

Abdulla Avcı, “Trabzonspor”un baş məşqçisi:

“Yeni mövsümün ilk rəsmi oyununu keçirdik. Gözlədiyimiz kimi, rəqib standart zərbələrə, autlara, müdafiədən dönən toplara çox önəm verdi. Onların oyun planı məhz bunun üzərində qurulmuşdu. Bəzi məqamlarda bizi əks-hücumlarda da yaxaladılar. Amma topa sahib olduğumuz anlarda düzgün oynadıq. Uğurcan Çakır önəmli performans sərgilədi. Seyvləri ilə bizi həvəsdən düşməyə qoymadı. Eyni zamanda onun gerilədiyini iddia edənləri susdurdu. Bu gün komanda şəklində yaxşı təsir bağışladıq və oyunçularımı təbrik edirəm. Trabzonəsilli Cihan Çanakın ilk rəsmi oyununda qol vurması da bizi ayrıca sevindirdi. Cavab matçında da fanatlarımızı yaxşı oyun və yaxşı nəticə ilə sevindirəcəyimizə inanıram”.

Çağdaş Atan, “İstanbul BŞ”nin baş məşqçisi:

“Avrokubok macəramıza gözəl şəkildə start verdik. Bu gün futbolçulardan sona qədər ciddiliyi qorumağı, rəqibə hörmətlə yanaşmağı, eləcə də toplu və topsuz oyunda aqressiv olmağı tələb etmişdim. Pressinqdən də yaxşı yararlandıq. Klub tarixinin avrokuboklarda ən böyükhesablı qələbəsini qazandıq. Daha bir qol vursaydıq, Türkiyə klubları üçün Avropada yeni rekord müəyyənləşdirəcəkdik. İkinci oyunu da eyni ciddiyyətlə oynayacağıq. Hədəfimiz KL-in yeni formatındakı qrup mərhələsində yer almaqdı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-07-2024, 14:0

''Fənərbaxça'' qalib gəldi, Mourinyo UEFA-dan gileyləndi

Aktual / Reportaj

17-05-2023, 15:0

Xeyriyyə matçı azarkeşlərin zövqünü oxşadı - REPORTAJ

Dünya futbolu

3-07-2024, 23:0

“Fənərbaxça” hücuma kimi transfer edir?

Dünya futbolu / Manşet

25-07-2024, 01:0

Cekodan tarixi het-trik

Dünya futbolu

21-06-2024, 23:0

“Fənər”in rəqibinin məşqçisi Türkiyədə işləmək istəmədi

Dünya futbolu / Manşet

14-07-2024, 16:0

''Fənərbaxça'' toplanışı darmadağınla başa vurdu

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Bu gün, 21:04
    "Araz-Naxçıvan" - "İmişli" oyununda "sülh", "Sabah" "Kəpəz"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Bu gün, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Bu gün, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Bu gün, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Bu gün, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Bu gün, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Bu gün, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Bu gün, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Bu gün, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Bu gün, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Bu gün, 14:55
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Bu gün, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Bu gün, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Bu gün, 13:22
    Amsterdamda qərar tutdu
  • Bu gün, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Bu gün, 12:30
    “Barselona”nı tərk etdi
  • Bu gün, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Bu gün, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Bu gün, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Bu gün, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Bu gün, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Oxunub: 98
"Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə