''Qalatasaray'' ilə ''Zenit'' arasında Vendel ilə bağlı uzun müddətdi aparılan danışıqlar dayandırılıb. Bu, İstanbul nəhənginin istəyi ilə baş verib.
Bu məlumatı fransalı jurnalist Rudi Qaletti açıqlayıb. Mənbənin xəbərinə görə ''Qalatasaray''ın braziliyalı yarımmüdafiəçiyə görə ən son 17 milyon avro və bonuslar təklifi Sankt-Peterburq klubu tərəfindən geri çevirilib. Bu da danışıqların dayanmasına səbəb olub. 26 yaşlı futbolçu özü də ''Cim-Bom''a keçməyə can atsa da, ''Zenit'' onu 20 milyon avrodan aşağı məbləğə buraxmaq istəmir.
Hətta Rusiyanın bəzi mənbələrinin yazdığına görə piterlilər böyük hissəsi nəğd olmaqla 30 milyon avro tələb edirlər. Bu üzdən Türkiyə çempionu Vendel variantını arxa plana keçirərək alternativ variantlara yönəlib. Amma qeyd olunur ki, ''Zenit'' transfer dönəminin sonuna qədər israrından vaz keçsə, danışıqlar prosesi bərpa oluna bilər.
ƏLİ