• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yeni era başlayır” - medianın İspaniyanın çempionluğuna reaksiyası

Dünya futbolu

23-07-2024, 17:0

İspaniya yığması həlledici oyunda İngiltərəni Mikel Oyarsabalın 86-cı dəqiqədə vurduğu qolla məğlub etməklə 4-cü dəfə Avropa çempionu oldu.

Bəs Avropanın aparıcı media qurumlarının bu hadisəyə münasibəti necədi:

“Marca”: biz Avropanın kralıyıq!
İspaniyanın aparıcı idman nəşri “qırmızı qəzəb”in uğurunu oxucularına belə anladır:

“İspaniya Avropa çempionudu! 2023-ün martında az qala dağıldığı deyilən (martın 28-də Şotlandiyadan alınan 0:2 hesablı məğlubiyyət nəzərdə tutulur – red.) De la Fuentenin komandası İspaniyaya 4-cü qitə çempionluğunu bağışladı. Heç kimin bu qədər qələbəsi yoxdu. Bu komanda bütün qitəyə yuxarıdan aşağı baxır. 12 il sonra futbol evinə qayıtdı. İngiltərəyə yox, İspaniyaya. İspaniya komandası üçün Almaniyada cəlbedici ay idi. Komanda turnirə qatılanda ona heç kim bel bağlamırdı, xüsusən də İspaniyada. Ancaq vətənə böyük qənimətlə döndülər”.

“Mundo Deportivo”: İspaniya tacı qazandı
Bu ölkənin digər nəşrinin yazısı da təriflə zəngindi:

“Bu tarixdi. Berlin finalında İngiltərə üzərindəki qələbədən sonra İspaniya 4 dəfə Avropa çempionluğunu qazanan ilk komandadı. Luis de la Fuentenin komandası son dəqiqəyə qədər davam edən dueldən qalib ayrıldı. “Qırmızı qəzəb” bu çempionluğu haqq etməklə futbolda yeni eraya başlayır. Yığma meydana qorxusuz, adi bir oyun imiş kimi çıxdı. Lap əvvəldən aqressiv oynayan komanda topa nəzarət etdi və İngiltərə yığmasını meydanın özünə aid hissəsinə sıxışdırdı. Sautqeyt sxemi dəyişməklə təəccübləndirdi: 4 müdafiəçi, solda peyda olan Bellingem Karvaxala nəzarət etməyə çalışdı, Foden isə mərkəzdə oynadı. Rəqibin topa yiyələnməsi çətin idi. “Qırmızı qəzəb” yenidən Avropa çempionluğunu qazandı. İspaniya yığmasında Puyol, Vilya, Xavi və İnyestanı əvəz edən yeni “qızıl nəsil” yaranıb. Yeni era başlayır”.

“The Guardian”: İngiltərənin ümidi var idi, ancaq dəqiq planı yox
İndi də İngiltərənin aparıcı nəşrlərindən birinin oyunla bağlı təəssüratını oxuyaq:

“Hamı razıdı ki, ümumilikdə hər şey İngiltərənin planına uyğun gedirdi. İlk 60 dəqiqədə ehtiyatlı olun, oyunda qalın, dəyişiklik edin. Xaos yaradın və “Aston Villa”nın hiyləgər forvardını meydana buraxın. Bazar ertəsi evə uçuş, çərşənbə axşamı isə parad və cəngavərlik. Ancaq bu məqamda İspaniya qol vurur. Rəqib 2-ci hissəyə başladı, top ingilislərə çatana qədər onlar ötürmələrlə oynadı. Hələ də bu turnirdə öz qəhrəmanlığından xumarlanmanın təsiri altında olan İngiltərə əmin idi ki, ələ düşəcək yeganə böyük şansdan yararlanacaq. Oyunçular heç vaxt öz-özlüyündə düşünmədilər ki, bəs həmin şans ələ düşməsə necə olacaq? Kabus Harri Keyn Olii Uotkins ilə əvəzlənir. Bu plan deyil, ancaq panika, ehtiyatlılıq və ətalət deyil. Həmin anda İngiltərəyə lazım olan defibrillyasiyadı. Maynunu Koul Palmer əvəz edir – bu elə məqamdı ki, İngiltərə qələbə qazanmalı olduğunu anlayır. Ancaq Oyarsabalın sona 4 dəqiqə qalmış müdafiəçilərin arxasından sıçraması oyunun taleyini həll edir.

İspan ehtiyat oyunçular meydana axışanda ingislərin əksəri qazonda əyləşmişdi – arzunun əllərindən necə uçun getdiyini hiss edirlər. İngilrərə bu uğuru istəyirdimi? Əlbəttə. Uğura inanırdımı? Demək olar ki, bəli. İngiltərə bu tuniri taran etmək və kubokla ayrılmaq istəyirdi. Onlar yenidən və yenidən qatarın artıq bağlanmaqda olan qapısını açdılar. Bəlkə də daha az qətiyyətli rəqiblə final oyununda bu kifayət edərdi. Bu uğursuzluqda tanış ssenari var: ümidlər və arzular var idi, dəqiq plan isə yox idi”.


“Kicker”: başqaları üçün alqışlar
Təşkilatçı Almaniyanın əsas idman nəşrinin finala reaksiyası:

“İngiltərə İspaniya ilə final oyununda qələbənin dadını yalnız qısa müddət hiss etdi. Ancaq bu, həm finaldan, həm də Avropa çempionatından sonra ədalətsizlik olardı. Onlar məyus, kədərdli, taleyi ilə barışmış halda dayanmışdılar, başqalarının necə alqışlandığına baxıtdılar. Yenidən. 2021-də “Uembli”də italyanları, 2024-də Berlində ispanları alqışlayırdılar. İngiltərənin edə biləcəyi yalnız qalibləri nəzakətlə alqışlamaqdı. Təmiz praqmatizm Sautqeytə hamının gözündə bəraət qazandırırdı - axı, o finalda idi. Əlbəttə, o, hər şeyi düzgün etmədi, ancaq oyunla bağlı dəqiq təsəvvür olmayanda vəziyyət çətinləşir. İngiltərənin finalda qalib gəlməməsi ayıb deyil. Axı İspaniya daha yaxşı təsir bağışladı. Ancaq “üç şir”in belə resurslarla nail olduğu nəticə məyusluq doğurur. Sakit ingilis fanatlar da Berlin metrosunda məyus dayanmışdılar. Onlar hər yerdə özlərini tənha hiss edirdilər”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-07-2023, 17:0

Avropa çempionu dünyasını dəyişdi

Ölkə futbolu

24-01-2024, 16:0

"Neftçi"dən İspaniya klubuna keçdi

Dünya futbolu

23-04-2024, 18:0

Zidan Almaniyada işləyəcək?

İdman

14-10-2023, 21:0

Həndbol millimiz İspaniyaya da böyük hesabla uduzdu

Dünya futbolu

19-05-2022, 15:0

Türkiyə AÇ-yə məğlubiyyətlə başladı

Ölkə futbolu

18-07-2024, 13:0

Millimizin mövqeyi dəyişmədi

Aktual
Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
“ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
Mahiri hələ meydanda görək, 1-ci bundesliqa haqda sonra düşünərik...
“Elvinin top-5 liqaya getməsinin gec olduğunu düşünürəm” - 25 yaşlı müdafiəçi böhrandan necə çıxacaq?
Son xəbərlər
  • Bu gün, 00:07
    Arda Gülər dünya çempionatında iştirak edə biləcəkmi?
  • Dünən, 23:26
    Milli komandada yeni təyinat
  • Dünən, 22:55
    Uğur qazandı, ən yaxşı məşqçi seçildi
  • Dünən, 22:24
    Haci yenidən yığmanın başına keçdi
  • Dünən, 21:53
    Çoxları gedəcək, amma Rüdiger qalacaq
  • Dünən, 21:24
    Jalə Əliyeva bürünc medal qazandı
  • Dünən, 21:22
    Ronaldodan növbəti qol
  • Dünən, 20:50
    Liberknextdən yeni hoqqa – Mahirə heç ehtiyat oyunçular skamyasında da yer vermədi!
  • Dünən, 20:37
    “Real Sosyedad” 39 il sonra yenə “Atletiko”nu finalda məğlub etdi - İCMAL
  • Dünən, 20:04
    Güləşçimiz finalda!
  • Dünən, 19:50
    İlk təklifi geri çevirdi
  • Dünən, 19:39
    “Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
  • Dünən, 19:08
    AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
  • Dünən, 18:56
    “Koventri” 25 ildən və 9099 gündən sonra elitada! - ŞƏRH
  • Dünən, 18:25
    “Rayo Valyekano” ilk dəfə yarımfinala çıxdı - İCMAL
  • Dünən, 17:54
    “Beşiktaş” Sərgən Yalçının tələbi ilə bu qapıçıdan vaz keçdi
  • Dünən, 17:23
    “Aston Villa” 9-a, Uotkins 100-ə çatdı - İCMAL
  • Dünən, 16:52
    "Gəncə"də ayrılıq
  • Dünən, 16:31
    Çempionluq intriqası son həddə çatdı - İCMAL
  • Dünən, 16:10
    Masazırdakı savaşın xronikası: cəzalananlar da oldu, gözdən qaçanlar da
  • Dünən, 15:59
    “Sabah” “Qarabağ”ı titulsuz qoydu! - REPORTAJ
  • Dünən, 15:28
    PSJ həm uduzdu, həm də Vitinyanı itirdi - İCMAL
  • Dünən, 14:57
    Ölkə kubokunun final oyununun nominal meydan sahibi məlum oldu
  • Dünən, 14:27
    İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
  • Dünən, 13:56
    AFFA rəsmisi UEFA-nın tədbirində
  • Dünən, 13:37
    “Bavariya” son 14 ildə 13-cü, tarixinin 35-ci çempionluğunu qazandı! - İCMAL
  • Dünən, 13:16
    “Türkiyənin DÇ-yə vəsiqə qazanması təsadüf deyil” - Montella məşqçi karyerasını bitirməyi planlaşdırırmış
  • Dünən, 12:56
    Arda Gülərin tarixi çıxışı manşetlərdə
  • Dünən, 12:25
    “İmarət” stadionunun tikintisinə başlanıldı
  • Dünən, 11:54
    Yayda klubunu tərk edəcək
  • Dünən, 11:23
    Dünya çempionatını buraxa bilər
  • Dünən, 10:52
    “Qarabağ “Neftçi” ilə oyunu təxirə salanda çempionluğu itirmişdi” - “köhlən atlar”ın xanım azarkeşi sevimli komandasını tənqid etdi
  • Dünən, 10:31
    Yeni mövsümdə MS-yə gərək olmayacaqlar
  • Dünən, 10:00
    Arbeloanı əvəzləməyə kim daha çox şanslıdı?
  • Dünən, 01:00
    “ÇL-in yükü bəlkə də “Qarabağ”a bir qədər ağır gəldi” - ağdamlıların artıq “Sabah”la bağlı kompleksi var
Daha çox
Oxunub: 635
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 271
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 196
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Oxunub: 182
Arzuolunmaz kürəkən... – REPLİKA
Oxunub: 181
“Sabah”la “Turan Tovuz” çətin durumda – “Neftçi” isə Azərbaycan derbisində problemlə üzləşəcək
Oxunub: 172
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə