• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sautqeyt İngiltərə ilə tarix yazır - REPORTAJ

AÇ / Reportaj

14-07-2024, 14:0

yarımfinal
Niderland – İngiltərə 1:2 (1:1)


1. Bart Verbrüggen
5. Natan Ake
4. Vircil van Diyk (k)
6. Stefan de Vrey
22. Denzel Dyumfris
(21. Coşua Zirkzee, 90+3)
14. Ticani Reynders
24. Yerdi Sxuten
11. Kodi Qakpo
7. Xavi Simons
(19. Brayan Brobbi, 90+3)
18. Doniell Malen
(9. Vut Veqhorst, 46)
10. Memfis Depay
(16. Coui Verman, 35)
Ehtiyat oyunçular
13. Yustin Beylov
23. Mark Flekken
2. Lutşarel Geertröyda
3. Matteys de Liqt
8. Corcinyo Viynaldum
12. Ceremi Frimponq
15. Mikki van de Ven
17. Deyli Blind
20. Yan Maatsen
25. Steven Berqveyn
26. Rayan Qravenberx
Baş məşqçi: Ronald Kuman

1. Cordan Pikford
6. Mark Qehi
5. Con Stounz
2. Kayl Uoker
12. Kiran Trippyer
(3. Lük Şou, 46)
4. Deklan Rays
26. Kobbi Maynu
(16. Konor Qallaher, 90+2)
7. Bukayo Saka
(14. Ezri Konsa, 90+3)
10. Cud Bellingem
11. Filip Foden
(24. Koul Palmer, 81)
9. Harri Keyn (k)
(19. Olli Uotkins, 81)
Ehtiyat oyunçular
13. Aaron Ramsdeyl
23. Din Henderson
8. Trent Aleksander-Arnold
15. Lüis Dank
17. Ayven Touni
18. Entoni Qordon
20. Carrod Bouen
21. Ebereçi Eze
22. Co Qomes
25. Adam Uorton
Baş məşqçi: Qaret Sautqeyt

Qollar: X.Simons, 7 (1:0). H.Keyn, 18-p. (1:1). O.Uotkins, 90 (1:2).

Vərəqələr: D.Dyumfris, 17. C.Bellingem, 72. B.Saka, 86. V.Van Diyk, 87. X.Simons, 90+1. K.Trippyer, 90+4 (meydandan kənarda) - sarı.

Hakimlər: FELİKS SVAYER, Ştefan Lupp, Marko Axmüller (hamısı Almaniya).

VAR hakimləri: Bastian Dankert, Kristian Dingert, Kristian Frits (hamısı Almaniya).

10 iyul. Dortmund. “Siqnal İduna Park” stadionu. 60926 tamaşaçı (62000 yerlik).

Birinci hissəyə 3, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.

Oyunun ən yaxşısı: Olli Uotkins.

oyunun statistikası
6 (2) qapıya (“çərçivə”yə) zərbə 9 (4)
11 qayda pozuntusu 6
3 künc zərbəsi 0
1 ofsayd 4
3 (0) sarı (qırmızı) vərəqə 3 (0)
40 topa sahibolma (faizlə) 60
427 (384) ötürmə (dəqiq) 598 (548)
107,1 məsafə (km) 107,3

İkinci yarımfinal oyunu ingilislər üçün heç də yaxşı başlamadı: onlar topa daha çox nəzarət etsələr də, 7-ci dəqiqədə onu Raysdan alan Simonsun güclü zərbəsinin qarşısını ala bilmədilər. Amma Sautqeytin komandası azarkeşlərinin narahatlığına tezliklə son qoydu: cərimə meydançasında Dyumfris Keynə qarşı kobud oynadı və ingilis hücumçu VAR-ın da müdaxiləsilə qazandığı penalti ilə cari turnirdə 3-cü qolunu vurdu. Az sonra Fodenin komandasını önə keçirmək üçün əla şansı olsa da, Dyumfris yaxın məsafədən qola imkan vermədi. Foden bir neçə dəqiqə sonra qapı çarpazını nişan almaqla da qola çox yaxın oldu. İlk hissədə ən yaddaqalan epizodlardan birində isə Dyumfrisin baş zərbəsi ilə topun tiri titrətməsi bir oldu. Niderlandlıların hücumçusu Depayın zədələnərək meydanı tərk etməsini də bildirək. Göründüyü kimi, ilk hissə yetərincə maraqlı keçdi.

Amma bu fikri matçın ikinci yarısı haqda söyləmək olmaz. Meydanda fasilədən sonra yaşanan mənzərə İngiltərə yığmasının qitə çempionatında keçirdiyi əksər oyunları xatırlatdı. Qeyd ediləsi epizodların sayı əhəmiyyətli dərəcədə azaldı. Bu faktı mütləq vurğulamalıyıq: Sautqeytin komandası 41-88-ci dəqiqələrdə qapıya bir zərbə belə endirə bilmədi. Niderland daha çox hücum etməklə qol vurub qələbə qazanmaq istəyən komandanı xatırlatdı. Məsələn, kapitan Van Diykin təhlükəli zərbəsinin qarşısını Pikford aldı. Britaniyalılar yalnız son dəqiqələrdə fəallaşdılar. Əvvəlcə Sakanın vurduğu qol ofsayda görə hesaba alınmadı. Amma onun komandası tezliklə istəyinə çatdı. Meydana 81-ci dəqiqədə çıxan iki futbolçu nəticəni müəyyənləşdirdi: Palmerin ötürməsini qola çevirən Uotkins İngiltərənin finala çıxmasını təmin etdi. Adalılar üç ildən sonra yenidən ilk dəfə qitə çempionu olmağa çalışacaqlar. Niderlandlıların çempionluq həsrəti isə 36 ildən də çox çəkəcək...

Rəqəmlər və faktlar
* AÇ-1988-dəki qələbədən sonra keçirilən 8 qitə çempionatından yeddisində iştirak edən Niderland yığması yenə finala çıxa bilmədi.
* İngiltərə yığması qitə çempionatında ardıcıl ikinci dəfə finala çıxdı. Komanda AÇ-2020-in finalında İtaliyaya əsas və əlavə vaxtı 1:1 hesabıyla bitən matçdan sonrakı penalti seriyasında uduzmuşdu (2:3).
* İngiltərə yığması cari turnirdə matçların əsas vaxtında yalnız ikinci qələbəsini qazandı. Komanda ilk dəfə qrupda Serbiyaya qalib gəlmişdi (1:0). Qrupda Danimarka (1:1) və Sloveniya (0:0) ilə oyunlar heç-heçə nəticələnmiş, 1/8 finalda Slovakiya əlavə vaxtda vurulan qolla, 1/4 finalda isə İsveçrə əsas və əlavə vaxtı 1:1 bitən oyundan sonrakı penalti seriyasında məğlub edilmişdi (5:3).
* Sautqeyt ardıcıl iki qitə çempionatında finala komanda çıxaran 3-cü məşqçi oldu. Ondan əvvəl buna almaniyalılar – Helmut Şön (1972, 1976) və Berti Foqts (1992, 1996) nail olmuşdular. Sautqeyt kimi onlar da öz ölkəsinin komandası ilə həlledici matça vəsiqə qazanmışdılar.
* İngiltərə yığması Sautqeytin başçılığı altında qitə çempionatında keçirdiyi 13-cü matçda da oyun vaxtında məğlub olmadı. Bu, turnir üçün rekord göstəricidi.
* Sautqeyt qitə çempionatında İngiltərə yığmasının ən uğurlu məşqçisidi. Komanda onun rəhbərliyi altında iki dəfə finala qədər irəliləyib. Sautqeytin sələflərindən yalnız Alf Remsi (1968) və Terri Veneybls (1996) yığmanı yarımfinala qədər daşıya bilib.
* Qitə çempionatının pley-off mərhələsində 6-cı qolunu vuran Keyn fransalı Antuan Qrizmannı (5) arxada qoyaraq yeni rekordçu oldu.
* Keyn dünya və qitə çempionatının pley-off mərhələsində avropalı futbolçular arasında 9 qolla ən yaxşı bombardirdi. Fransalılar Qrizmann və Kilian Mbappe və almaniyalılar Miroslav Kloze ilə Herd Müllerin hesabında hərəyə 8 qol var.
* Keyn qitə çempionatının iki yarımfinal oyununda qol vuran 5-ci oyunçu oldu. 30 yaşlı hücumçudan əvvəl buna Valentin İvanov, Viktor Ponedelnik (hər ikisi SSRİ), Draqan Caiç (Yuqoslaviya) və Kriştiano Ronaldo (Portuqaliya) nail olub.

Reaksiyalar
Ronald Kuman:

“Nəticəyə görə məyusam. Oyuna yaxşı başladıq və hesabı açdıq. Bundan sonra İngiltərə orta xətdə Foden və Bellingem kimi təhlükəli oyunçularının sayəsində bizə problemlər yaratdı. Meydana daha bir yarımmüdafiəçi daxil etdik. Bundan sonra oyun bərabərləşdi. Son 20 və ya 25 dəqiqədə rəqibdən yaxşı oynadığımızı hiss etdim. Amma İngiltərə sonda gözəl qol vurdu. Bu futboldu. Bəlkə də əlavə vaxta layiq idik... Oyunçularımız və milli komandamızla fəxr edə bilərik, çünki əla turnir keçirdik. Mən gələcəyə əminəm. Bu komanda daha yaxşı çıxış edə bilər. Bizim çoxlu gənc futbolçularımız var. Bu turnirdə birlikdə yaxşı işlədik, finala yaxınlaşdıq. Mən bu komanda ilə fəxr edirəm”.

Qaret Sautqeyt:
“Çox yaxşı oynadıq. Çətin bir matç keçirdik və daim taktikamızı dəyişməli olduq. Xüsusilə də müdafiədə. Futbolçularımız çox yaxşı qərarlar verdilər. Matçın sonu komanda üçün xüsusi oldu. Bu, bizim ümumi işimizin mükafatıdı. Yığmamızı ölkəmizdən kənarda keçirilən turnirdə ilk dəfə finala çıxaran məşqçi olmağımla fəxr edirəm. İndi finalda qitə çempionatının ən yaxşı komandası olan İspaniyaya qalib gəlmək istəyirik. Bu, bizim üçün çətin olacaq”.


Bombardirlər: Qakpo (Niderland), Keyn (İngiltərə), Mikautadze (Gürcüstan), Musiala (Almaniya), Olmo (İspaniya), Şrants (Slovakiya) - 3.

Paylaş:
Digər xəbərlər

AÇ

23-06-2024, 12:0

Niderlanddan çətin qələbə - REPORTAJ

AÇ / Reportaj

30-06-2024, 16:0

Avstriya Fransa ilə Niderlandı qabaqladı! - REPORTAJ

Dünya futbolu / AÇ

3-06-2024, 16:0

AÇ-2024-ə hansı heyətlə yollanacaqlar?

AÇ

23-06-2024, 17:0

Keyn tarixə düşdü, İngiltərə tənqidə tuş gəldi - REPORTAJ

Dünya futbolu

22-06-2024, 22:0

İngiltərə praqmatik futbola sadiq qaldı - REPORTAJ

DÇ 2026

10-11-2022, 18:0

İngiltərə millisinin DÇ üçün heyəti açıqlandı

Aktual
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
“Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
Son xəbərlər
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
  • Dünən, 13:26
    “Sabah” Ovestriyə yollanır – çempionun səfər planı
  • Dünən, 12:55
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 12:24
    Bütün oyunçuları arxada qoydu
  • Dünən, 11:53
    Dünya çempionatının rekordunu təkrarladı
  • Dünən, 11:22
    Milana Rəhimova Latviya klubunda
  • Dünən, 10:52
    Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
  • Dünən, 10:31
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 10:00
    Mbappe rekordlardan doymur
  • Dünən, 09:40
    Yarımfinal: Fransa - Ispaniya, Ingiltərə - Argentina
  • 11-07-2026, 23:0
    İngilis futbolçu “2” aldı
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 200
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 177
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 151
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə