• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəşad Sadıqov üçün sınaq anı - KÖŞƏ

Manşet / Yazarlar

11-07-2024, 13:0

Bu gün “Zirə” Moldovada yerli “Şerif”lə qarşılaşmaqla Azərbaycan klubları və azarkeşlər üçün avrokuboklar mövsümünü açacaq.

Rəqibin bizə o qədər də yad olmaması “Zirə”nin xeyrinə sayılacaq amillər sırasındadı. “Şerif”i yaxşı tanımaq bizi ümidləndirib. Ən azı ona görə ki, “Qarabağ” indiyə qədər bir neçə dəfə Moldova təmsilçisiylə qarşılaşıb və bütün hallarda sonda sevinən tərəf biz olmuşuq. Bəli, “Zirə” ilə “Qarabağ”ı müqayisə etmək çətindi. “Köhlən atlar” çoxdan Azərbaycan səviyyəsini aşıb, Avropanın tanınmış klublarına belə başağrısı ola biləcək gücdədi. Heç də təsadüfi deyil ki, Qurban Qurbanovun çalışdırdığı komanda artıq dünya reytinqində də irəliləməyi bacarır. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası yaxınlarda açıqladığı reytinq cədvəlində Azərbaycan çempionunu 39-cu sıraya layiq bilib. Bizim üçün yetərincə qürurlandırıcı məqamdı.

Bütün bunları nəzərə alanda Azərbaycanın heç bir klubunun hazırda “Qarabağ”la müqayisə oluna bilməyəcəyini anlayırıq. Amma bu məqam özü belə “Zirə”nin “Şerif” qarşısında şanslarını əhəmiyyətli dərəcədə azalda bilməz. Birincisi ona görə ki, “Zirə” son mövsümdə “Qarabağ”a yetərincə layiqli rəqabət təklif edə bildi. Qəsəbə komandası kubokun finalında “Qarabağ”la başabaş oynamağı, bərabərlik qolunu vurmağı bacardı. Sonda səviyyə fərqi özünü göstərsə belə, final rəqabət şəraitində keçdi, “Zirə” adlı-sanlı rəqibindan çox da geri qalmadı. Digər tərəfdən də mövsüm ərzində Rəşad Sadıqovun komandasının gücünü gördük. Heç də təsadüfi deyil ki, gümüş medallar məhz “Zirə”yə qismət oldu, qəsəbə təmsilçisi “Qarabağ”ın ən yaxın izləyicisi kimi mövsümü bitirməyi bacardı. Bu fakt özü də “Zirə” haqqında xoş düşüncədə olmağa, komandanın gücünə ümid bəsləməyə imkan verir.

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Şerif”ə qarşı oyunlarda iştirak etmək üçün adları təqdim edilən futbolçuların siyahısına baxanda heyətdə böyük dəyişikliklər olmadığını görürük. Gedənlərin sırasında daha çox Rəhim Sadıxovun adı diqqət cəlb edir. Amma “Sumqayıt”dan gəlib, elə “Sumqayıt”a da qayıdan “milliləşdirilmiş” futbolçunun yerini doldurmaq Rəşad Sadıqov üçün elə də çətin olmamalıdı. Çünki Sadıxov onsuz da əsas heyətdə daim çıxış etmirdi, ümumi ansambıldan geri qaldığını tez-tez görürdük. Ümumilikdə Rəhimin “Zirə”yə gözlənilən qədər fayda vermədiyini deyə bilərik. Onun istedadlı futbolçu olduğunu inkar etmirəm, amma bu istedad “Zirə”də parlamadı. “Zirə”dən ayrılan kimi Ermənistan klubu ilə anlaşan ukraynalı Vladislav Kulaçı da elə Rəhim kimi ciddi itki saymaya bilərik. Əvəzində “Kəpəz”dən yaxşı tanıdığımız Junior Martins “Zirə”nin hücum xəttinə həm güc, həm də rəngarənglik qatmağı bacaracaq. Eləcə də “Sabah”da heç cür özünü göstərə bilməyən Davit Volkov “yuva”ya dönüb. “Qəbələ”dən “Zirə”yə yollanan gürcü Rəşad Sadıqovun yanında öz oyununu tapmışdı, bizim premyer-liqanın ən yaxşı legionerlərindən biri idi. Bu mənada onun daha yaxşı məvacib qarşılığında “Sabah”a yollanması da bizi təəccübləndirməmişdi. Görünən o oldu ki, Volkov üçün “Zirə”də oynamaq daha rahatdı.

İndiyə qədər üç dəfə “Qarabağ”a rəqib olan və heç birində mərhələ adlaya bilməyən “Şerif” “Zirə” ilə görüşlərdə də eyni aqibəti yaşaya bilər. Söhbət heç də təkcə “Zirə”nin artan gücündən, yaxud da Azərbaycan klubları ilə duellərdə moldovalıların bəxtinin gətirməməsindən getmir. “Şerif” də əvvəlki gücündə deyil. Komandanın öz ölkəsində çempionluğu əldən verməsi heç də sıradan məqam sayılmamalıdı. Hətta başa çatan mövsümdən sonra “Şerif”i səkkiz futbolçu tərk edib. Bu da heyətda müəyyən boşluqların olacağına, komplektləşmədə və qarşılıqlı anlaşmada problem yaşana biləcəyinə işarədi.

Heç şübhə etmirəm ki, Rəşad Sadıqov rəqibi yetərincə öyrənməyi, “Zirə”ni bu sınağa yaxşı hazırlaşdırmağı bacarıb. Sadıqov üçün “Zirə” ilə avrokuboklarda debüt uğursuz olmuşdu, püşk ilk mərhələdəcə komandanın qarşısına adlı-sanlı “Makkabi”ni çıxarmışdı. İndi həm rəqib nisbətən əlverişlidi, həm də Sadıqovlu “Zirə” daha çox təcrübə yığıb. Deməli, avrokubokların Azərbaycan futbolu üçün uğurlu startla yadda qalacağına inanmağa dəyər.

AMAL ABUŞOV

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

20-06-2024, 14:0

"Şerif" "Qarabağ"a belə yetərincə başağrısı olub, nəinki "Zirə"yə... - menecerdən bədbin proqnoz

Ölkə futbolu

12-09-2023, 14:0

“Qarabağ” MDB klublarının reytinq cədvəlinə başçılıq edir

Ölkə futbolu

11-12-2023, 14:0

“Qarabağ” MDB klublarının reytinq cədvəlində liderliyi əldən verdi

Ölkə futbolu

10-06-2024, 10:0

"Qarabağ" və "Neftçi" gerilədi, "Zirə" və "Sabah" irəlilədi

Ölkə futbolu / Manşet

20-06-2024, 16:0

"Şerif"in obrazı ötən mövsümlə müqayisədə daha ciddi olacaq" - "Araz-Naxçıvan"ın moldovalısı

Ölkə futbolu / Manşet

19-06-2024, 14:0

Əhməd Ələsgərovun çalışdırdığı, "Qarabağ"ın "qapazaltısı” olan “separatçılar” - TANITMA

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə