"Keçmişdə buraxdığımız səhvlərin üzərində çalışırdıq" - Qismət Alıyev

11.07.2024 09:37 279
Ölkə futbolu / Avropa Liqası
"Zirə"nin kapitanı Qismət Alıyev Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Şerif"lə ilk oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

"Football-plus.az" xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisi oyuna hazır olduqlarını bildirib:

"Təlim-məşq toplanışını çox yaxşı keçmişik. Keçmişdə buraxdığımız səhvlərin üzərində çalışırdıq. Oyuna tam hazırıq. Rəqibi tanımağa çalışacağıq. İkinci oyun bizim üçün daha rahat olacaq".