• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ən çox Ronaldoya görə qaçırlar - AÇ-nin sürpriz problemi

AÇ

10-07-2024, 21:0

Futbol üzrə Avropa çempionatında son bir həftəyə qədəm qoyuruq.

Turnirin sırf futbol yönləri ilə bağlı vaxtaşırı müxtəlif məqamlara toxunuruq. Ancaq daha bir sürpriz problem var ki, yəqin sizin də diqqətinizi çəkib. Belə səviyyəli turnirdə hədsiz çox sayda azarkeş oyun vaxtı yaşıl meydana qaçır.

Azarkeşin meydana çıxması ilə bağlı ilk hala turnirin elə ikinci günündə - İtaliya – Albaniya oyununda rast gəlindi. Yekəpər kişi Albaniya yığmasının bir neçə oyunçusunun əlini sıxmağa və qırmızı fonda qara qartalın təsvir olunduğu bayrağı yelləməyə imkan tapdı. Ancaq qaçıb aradan çıxa bilmədi. Stüardın peşəkar futbolçulara xas badalaq fəndindən sonra fanat qazona yıxıldı – onu meydandan çıxarıb polisə təhvil verdilər.

Nə qədər təəccüb doğursa da, ilk qalmaqaldan sonra stüardların ayıq-sayıqlığı artmadı. İyunun 17-də keçirilən Belçika – Slovakiya oyununun gedişində meydana şığıyan fanat Kevin de Bruyne ilə selfi etdirməyə çalışdı. Elə həmin gün azarkeşlər üzündən Münhendə keçirilən Rumıniya – Ukrayna oyununun gedişində də fasilə yarandı.

Hoqqabazlıq iyunun 19-da da davam etdi. 2,5 min avro cərimə və AÇ-2024-ün qalan oyunlarına giriş imkanına yasaq qoyulması həmin gün Hamburqda keçirilən Xorvatiya – Albaniya oyununun axarına müdaxilə edən üç albanın gözünü qorxutmadı. Yekəpər kişiləri “qol-budaq etmək” bir neçə stüard üçün belə çətin idi. Teletranslyasiya vaxtı fanatların meydana qaçması bəzən göstərilmir. Televiziya rejissoru, adətən, futbolçuları və ya məşqçiləri iri planda göstərməyə köklənir, ancaq tribunaların səs-küyünə əsasən meydanda hansısa qeyri-adi hadisənin yaşandığı aydın olur.

Ən kiçik qayda pozucusu isə Almaniyada yaşayan türkəsilli Berat Uluğdu. O, Türkiyə - Portuqaliya oyununun gedişində Kriştiano Ronaldo ilə selfi etdi. Portuqaliya yığmasının kapitanı hətta onun telefonunun kamerasına gülümsədi. Türkiyəli uşaq oyundan sonra jurnalistlərə bu ideyanı çoxdan planlaşdırdığını, hətta doğma şəhəri Kasselin U-11 komandasından olan oyundaşlarını da xəbərdar etdiyini deyib. Oyun vaxtı atasına ayaqyoluna getdiyini deyərək aradan çıxan Berat arzusunun arxasınca qaçıb – meydana şığıyaraq Kriştiano ilə şəkil çəkdirib. Ancaq stüardların əlindən qaça bilməyib. Beratın atası Çətin Uluğ Ronaldonun fanata xoş münasibətinə görə cərimədən qaça bildiklərini etiraf edib. Ancaq ata-oğul AÇ-nin sonrakı oyunlarını izləmək imkanından məhrum olundu. Bu oyunda Kriştiano ilə selfi etdirmək üçün meydana axışan azarkeşlərin sayı baxımından rekord müəyyənləşdi. Onlardan ikisi ulduza yaxınlaşa bildi ki, bu da Portuqaliya yığmasının kapitanında kəskin narazılıq doğurdu. Daha üçü futbolçuya tərəf qaçarkən yaxalandı.

Türkiyə - Portuqaliya oyunundan sonra qitə futbol qurumu turnirin qalan oyunlarında təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsinin zəruriliyi ilə bağlı bəyanatla çıxış etdi. Bu da işə yaramadı!
Yeniyetmə Beratın “qəhrəmanlığını” başqa uşaqlar da turnirin qalan oyunlarında təkrarlamaq istədi. İyulun 1-də stüardlar Fransa və Belçika yığmaları arasındakı 1/8 final oyununda Kilian Mbappenin fanatını gözdən qaçırdı. Stüardların nəzarətindən çıxan cocuq “Real”ın yeni futbolçusuna yetişə bildi. İyulun 2-də keçirilən Rumıniya – Niderland oyununda da meydana yeniyetmə azarkeş çıxdı. Onun məqsədi şəkil çəkdirmək yox, rumınların qapıçısı Florian Nitseyə yardım etmək idi. Simasından xoşbəxtlik yağan “əvəzedici” qapıçını meydandan çıxardılar. Bundan dərhal sonra isə Rumıniya yığması 3-cü qolu buraxdı.
Hələ ki UEFA-ya bütün cərimələri Almaniya Futbol İttifaqı ödəyir. Meydana qaçan hər azarkeşə görə təxminən 10 min avro!

Paylaş:
Digər xəbərlər

AÇ

25-06-2024, 23:0

Xorvatlar 28 min avro cərimələndi

Aktual / Dünya futbolu

26-06-2024, 12:0

“Artıq mənim də Ronaldo ilə şəklim var” - 11 yaşlı Berat Uluğ AÇ-nin qalan oyunlarına buraxılmaya bilər

Dünya futbolu

28-11-2023, 20:0

De Bruyne nə vaxt qayıdacaq?

AÇ

23-06-2024, 11:0

Milli komandada ciddi itki

AÇ

31-03-2024, 13:0

AÇ-2024 Münhendə başlayıb Berlində sona çatacaq

Aktual
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
Son xəbərlər
  • Bu gün, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Bu gün, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Bu gün, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Bu gün, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Bu gün, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Bu gün, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Bu gün, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Bu gün, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Bu gün, 12:57
    "İmişli"də ayrılıq
  • Bu gün, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Bu gün, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Bu gün, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Bu gün, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Bu gün, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Bu gün, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Bu gün, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Bu gün, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə