• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Artıq mənim də Ronaldo ilə şəklim var” - 11 yaşlı Berat Uluğ AÇ-nin qalan oyunlarına buraxılmaya bilər

Aktual / Dünya futbolu

26-06-2024, 12:0

Dortmundda Portuqaliyanın Türkiyəni 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada təkcə futbol müzakirə olunmadı.

Eyni zamanda oyunboyu bir neçə azarkeşin meydana çıxması və onların hamısının portuqaliyalı superulduz Kriştiano Ronaldoya tərəf qaçması, onunla şəkil çəkdirmək istəməsi də söz-söhbətə səbəb oldu. Bu baxımdan ən çox fərqlənən və ya başqa sözlə desək, ən şanslı fanat türkiyəli Berat Uluğdu. İkinci hissənin gedişində — 68-ci dəqiqədə o, təhlükəsizlik xidməti işçilərinin gözündən yayınaraq meydana atıldı və Kriştianonun yanına qaçdı. "Qızıl top”un beşqat qalibi isə 11 yaşlı uşağı qucaqlayaraq onunla selfi çəkdirməyə razılıq verdi. Elə həmin gün Ronaldo ilə çəkdirdiyi şəkli sosial şəbəkədə paylaşan Berat bir andaca populyar oldu. Maraqlıdı ki, ondan sonra daha 4 nəfər meydana çıxmağa cəhd etsə də, heç biri Ronaldo ilə şəkil çəkdirə bilmədi.

Hətta bununla bağlı məzəli bir olay yaşandı. Final fitinin ardından daha bir nəfər tribunadan meydana atılaraq Ronaldonun yanına qaçmağa cəhd göstərdi. Artıq belə fanatların əlindən təngə gələn stüardlardan biri onu yaxalamaq üçün xüsusi aqressivlik nümayiş etdirmək istədi. Bu zaman onun ayağı sürüşdü və portuqaliyalı forvard Qonsalo Ramoşu yerə sərdi! Şayiələrə inansaq, Ramoşun zədəsi o qədər ciddidi ki, PSJ-nin forvardı hətta son turda Gürcüstana qarşı oyunu buraxa bilər.

Bu arada UEFA-nın bu matçda yaşanan olaylarla bağlı xüsusi bir araşdırmaya başladığı məlum olub. Belə ki, azarkeşlərin belə asanlıqla meydana daxil olması qurumun xoşuna gəlməyib. Məhz Dortmunddakı görüşdə yaşananlar üzündən növbəti oyunlarda artıq təhlükəsizlik tədbirləri gücləndirəcək. Sən demə, Türkiyə ilə oyundan əvvəlki gün keçirilən məşqdə də buna bənzər hadisə baş veribmiş. Portuqaliyanın məşqində futbolsevərlərdən biri Ronaldoya yaxınlaşaraq ona sevgisini nümayiş etdirib. Portuqaliyanın belçikalı baş məşqçisi Roberto Martines isə oyundan sonra "bəxtimiz onda gətirdi ki, meydana çıxanlar yaxşı niyyətliydilər. Əks halda futbolçulara pislik edə, xəsarət yetirə də bilərdilər" açıqlamasını verib.

Sonda 11 yaşlı Berat Uluğ barədə bir qədər ətraflı danışaq. O, Almaniyanın həvəskarlar liqasında çıxış edən "Hessen Kassel”in U-11 komandasının oyun qurucusudu. Həmin komandanın baş məşqçisi türkiyəli Turqay Gölbaşıdı. Berat həmin gün oyuna atası Çətin Uluğla birgə gedibmiş. O, Ronaldo ilə selfi çəkdirə bilib-bilməyəcəyi ilə bağlı dostlarıyla mərc edibmiş. Ata Çətin Uluğ həmin anlar barədə bunları deyib:

"Oğlum ayağa qalxdı və ayaqyoluna getdiyini deyərək bir andaca gözdən itdi. Bir müddət sonra onu alt tribunada, ehtiyat oyunçular skamyasının arxasında gördüm. Çağırmaq istəsəm də, artıq gec idi. Bir andaca meydana çıxıb qaçmağa başladı".

Berat özü isə bunları deyib:

"Ən böyük arzumu reallaşdırdım. Artıq mənim də Kriştiano Ronaldo ilə şəklim var. Həmin şəkli köynəyimin qabağına vurub otağımda saxlayacam".

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, UEFA Berat Uluğ da daxil olmaqla həmin gün meydana çıxanların hamısına cəza verib. Onlar turnirin qalan matçlarında stadionlara buraxılmayacaq.

ƏLİ

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-04-2023, 13:0

Ronaldo Ərəbistanda qolsuz seriyaya son qoydu

Dünya futbolu

3-05-2024, 10:0

Ronaldo komandasını finala daşıdı

Dünya futbolu

17-10-2023, 20:0

Ronaldo bu yaşda yenə də hamıdan öndədi!

Maraqlı

4-03-2023, 23:0

Ronaldo ilə cinsi əlaqədə olduğunu iddia edir

Dünya futbolu

5-09-2022, 10:0

Ronaldo ən pislər sırasında 2-ci oldu

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
  • 8-08-2026, 20:0
    "Şəmkir"də yeni vitse-prezident
  • 8-08-2026, 19:0
    Tezliklə “Arsenal”a qoşulacaq
Daha çox
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 135
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 126
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə