N 47 Niderland - Türkiyə 2:1 (0:1)
1. Bart Verbrüggen
22. Denzel Dyumfris
6. Stefan de Vrey
4. Vircil van Diyk (k)
5. Natan Ake
(15. Mikki van de Ven, 73)
24. Yerdi Sxuten
7. Xavi Simons
(21. Coşua Zirkzee, 87)
14. Ticani Reynders
(16. Yoey Veerman, 73)
25. Steven Berqveyn
(9. Vut Veqhorst, 46)
11. Kodi Qakpo
10. Memfis Depay
(12. Ceremi Frimponq, 87)
Ehtiyat oyunçular
13. Yustin Beylov
23. Mark Flekken
2. Lutşarel Geertruyda
3. Matteys de Liqt
8. Corcinyo Viynaldum
17. Deyli Blind
18. Doniell Malen
19. Brayan Brobbi
26. Rayan Qravenberx
Baş məşqçi: Ronald Kuman
1. Mərt Günok
18. Mərt Müldür
(2. Zəki Çəlik, 82)
22. Kaan Ayhan
(24. Semih Kılıçsoy, 89)
4. Samet Akaydın
(9. Cenk Tosun, 82)
14. Əbdülkərim Bardakcı
20. Fərdi Kadıoğlu
15. Salih Özcan
(5. Okay Yokuşlu, 77)
10. Hakan Çalxanoğlu (k)
21. Barış Alpər Yılmaz
19. Kənan Yıldız
(7. Kərəm Aktürkoğlu, 77)
8. Arda Gülər
Ehtiyat oyunçular
12. Altay Bayındır
23. Uğurcan Çakır
11. Yusuf Yazıcı
13. Ahmetcan Kaplan
17. İrfan Can Kahveci
25. Yunus Akgün
26. Bertuğ Yıldırım
Baş məşqçi: Vinçentso Montella
Qollar: S.Akaydın, 35 (0:1). S.De Vrey, 70 (1:1). M.Müldür, 76-öz qapısına (1:2).
Vərəqələr: X.Simons, 30. N.Ake, 54. V.Van Diyk, 64. C.Tosun, 90+3. V.Veqhorst, 90+6 - sarı. B.Yıldırım, 90+6 – qırmızı (meydandan kənarda).
Hakimlər: KLEMAN TÜRPEN, Benjamen Pajes, Nikolya Dano (hamısı Fransa)
VAR hakimləri: Tomaş Jerom Brizar, Villi Delajo (hər ikisi Fransa), Marko Frits (Almaniya).
6 iyul. Berlin. ''Olimpiaştadion'' stadionu. 70091 tamaşaçı. (71000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Stefan de Vrey.
oyunun statistikası
14 (5) qapıya (“çərçivə”yə) zərbə 15 (4)
15 qayda pozuntusu 7
3 künc zərbəsi 7
4 ofsayd 2
4 (0) sarı (qırmızı) vərəqə 2 (1)
56 topa sahibolma (faizlə) 44
531 (480) ötürmə (dəqiq) 371 (310)
109 məsafə (km) 110
Oyun günü türkiyəli fanatlar Berlini sanki İstanbula çevirmişdilər. Amma niderlandlıların da sayı az deyildi. Məlum hərəkət üzündən Merih Dəmirala verilən cəza Türkiyə üçün bu oyunun prinsipiallığını daha da artırmışdı. Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan da həyat yoldaşı ilə birlikdə oyunu tribunadan izləyirdi. Merihdən başqa cəza üzündən İsmayıl Yüksək ilə Orkun Kökçü də oyunu buraxırdı. Onları Samet Akaydın, Salih Özcan və Hakan Çalhanoğlu əvəz etmişdi.
Niderland oyuna nisbi üstünlüklə başlasa da, Türkiyə təşvişə düşmədən bu hücumların qarşısını rahatlıqla kəsirdi. İlk yarının ortalarından etibarən qardaş ölkənin komandası fəallaşmağa başladı. “Narıncılar” rəqibdən bu cür aktivlik gözləmədikləri üçün özlərini bir qədər itirdilər. Yarım saatın tamamında hakimin Mərt Müldürün baldırını bilərəkdən tapdalayan Xavi Simonsa “qırmızı” verməyə cürəti çatmadı. Türkiyənin “çərçivə”yə yönələn ilk zərbəsi qolla nəticələndi. Avstriya ilə oyunda olduğu kimi, komanda bu dəfə də standart zərbədən fərqləndi. Hakan Çalxanoğlunun künc zərbəsi zamanı niderlandlı müdafiəçilərin yaxşı uzaqlaşdıra bilmədikləri top Arda Gülərin önündə düşdü. “Real”ın üzvü sağ ayağı ilə uzaq küncə mükəmməl bir asma etdi. Qapıçı da çıxışda inamsız oynayınca Samet Akaydın başla topu tora göndərdi. Portuqaliya ilə oyunda öz qapısına qol vurmasına baxmayaraq bu turnirdə Türkiyənin heyətində ən yaxşılardan olan Samet yığmada 10-cu görüşdə ilk qolunu vurdu.
Komandasının ilk yarıdakı oyunundan razı qalmayan Kuman ucaboy Veqhorstu döyüşə atdı. Yaxın keçmişdə icarə əsasında Türkiyə çempionatında oynamış bu döyüşkən futbolçunun meydana çıxması ilə Niderlandın hücum xətti canlandı. Sanki Qakpo ilə Depay da daha inamlı oynamağa başladı. Dəqiqələr irəlilədikcə Türkiyə geri çəkilir, “narıncılar” isə təzyiqi artırırdı. Avstriya ilə oyundan fərqli olaraq Türkiyə bu dəfə ikinci qolu vura bilmədi. Ona görə də tamamilə müdafiəyə çəkilmək komandaya baha başa gəldi. Niderland 6 dəqiqəyə iki qol sığışdırmaqla Türkiyəyə sarsıdıcı zərbə endirdi. Əvvəlcə müdafiəçilərin gözündən yayınan De Vrey başla fərqləndisə, çox keçmədən Dyumfrisin ötürməsindən sonra Qakpoya mane olmaq istəyən Mərt Müldür topu öz qapısına göndərdi. Amma Montellanın əvəzetmələri Türkiyənin oyununu yenə canlandırdı. Bəlkə də bərabərlik daha ədalətli nəticə olardı. Çünki “ay-ulduzlular”ın sonlara yaxın kifayət qədər qol fürsətləri oldu. Zəki Çəlikin zərbəsindən sonra De Vrey topu boş qapıdan uzaqlaşdırdı. Kərəm Aktürkoğlu iki fürsəti boşa verdi. Son saniyələrdə isə Semih Kılıçsoyun yaxın məsafədən zərbəsi zamanı Verbrüggen komandasını xilas etdi. Beləliklə, turnirin ən hay-küylü və həyəcanverici komandalarından olan Türkiyə üçün mübarizə başa çatdı. Ən azı gözəl mübarizəyə və milyonlarla fanatına yaşatdığı xoşbəxt anlara görə Montellanın komandasına böyük bir alqış düşür.
Reaksiyalar
Ronald Kuman: