• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rays az qala Kaltsona ilə dalaşacaqdı - ingiltərəli futbolçu niyə özündən çıxdı?

Dünya futbolu / AÇ

8-07-2024, 20:0

Avropa çempionatının 1/8 finalının İngiltərə - Slovakiya oyunu azarkeşlərə çoxlu emosiya bəxş etdi.

Slovakiya Şrantsın qolundan sonra qələbəyə yaxın olsa da, Bellingem fantastik zərbə ilə oyunu əlavə vaxta daşıdı. Overtaymda Keyn ingilisləri irəli çıxardı. Sautqeytin komandası qələbə hesabını sona qədər qoruya bildi. Final fitindən sonra isə “Arena AufŞalke”də az qala dava-dalaş düşəcəkdu. Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona türkiyəli Xəlil Umut Mələrin briqadasına yaxınlaşaraq bir neçə sual vermək istədi. Bu dialoqa ingilistlərin yarımmüdafiəçisi Deklan Rays da qoşuldu. Belədə 55 yaşlı italiyalı mütəxəssis onu sinəsindən itələdi.

“Arsenal”ın 25 yaşlı xavbeki cavabında əlini yelləməyə və Kaltsonaya nəsə qışqırmağa başladı. Bu atışma az qala kütləvi xarakter alacaqdı. Kaltsonanın köməkçiləri hadisə yerinə qaçaraq Raysı uzaqlaşdırdılar. Xavbekin köməyinə isə yığmadakı oyundaşları – Ayvan Touni ilə Ezri Konsa tələsdilər. Nəticədə münaqişəni yatırmaq mümkün oldu.
Kaltsona oyunsonrası müsahibədə özünü emosional aparmasının səbəbini izah etdi. Slovakların çalışdırıcısı oyunun sonuna artırılan vaxtdan narazı qalıb:

“Qəzəbliydim. Ona görə ki, qapıçı Pikfordun “vaxt öldürməsi” fonunda cəmi bir dəqiqə artırılmasını əsassız sayıram. Əlavə vaxtda birtərəfli oyun getdi, biz rəqibi öz cərimə meydançasına sıxışdırmışdıq, belədə rəqib “vaxt öldürürdü”.

Dodaq hərəkətlərini “oxumaq” üzrə mütəxəssis Ceremi Frimen “Daily Mail” nəşrinə Raysın hadisə vaxtı Slovakiya yığmasının baş məşqçisinə nə dediyini açıqlayıb:
“Sus, axmaq. Sus, keçəl axmaq”.

Rays Slovakiya üzərində qələbədən sonra deyib ki, o və komanda yoldaşları Sautqeyti müdafiə edəcək, vahid komanda ruhu göstərəcək. Axı 53 yaşlı baş məşqçi sönük oyuna görə vətənində kəskin tənqid atəşinə tutulur:
“Bizdə birlik var, bu axşam da göstərdik. Baş məşqçini və bir-birimizi qorumaq üçün hər şey edirik. İrəli getməyə, mübarizə aparmağa davam edəcəyik. Slovakiya ilə oyunda olduğu kimi. İngiltərə yığmasının bir hissəsi olmaq bizim üçün böyük şərəfdi. Uğur naminə hər şeyimizi verəcəyik”.

Ümumiyyətlə, İngiltərə yığması bu turnirdə ən çox müzakirə olunan komandalardandı. Düzdü, “üç şir” qrup mərhələsində uduzmadı, pley-offa lider kimi çıxdı. Ancaq Sautqeyt və komandası sönük oyun üslubuna görə ciddi tənqidlə üzləşor. Yığma qrupda keçirdiyi üç oyunda cəmi iki qol vurdu. Bir çox azarkeşlər sosial şəbəkələrdə yığmanın ünvanına təhqiramiz postlar yerləşdirir. UKFPU (Birləşmiş Krallığın futbol polis bölməsi) adlanan qurumun yaydığı xəbərə görə, təhdid xarakterli 600 paylaşım aşkarlanıb. Onların böyük hissəsi irqçi xarakter daşıyır.

Bölmə İngiltərə yığmasının oyunçularının təhqir olunmasıyla bağlı 26 iş açıb. UKFPU-nun təhqiqat bölməsinin rəisi Mayk Ankersin fikirləri:
“Üzə çıxardığımız kobud postların təxminən 85 faizi irqçi xarakterlidi, ardından populyarlığa görə növbəti pillədə homofob paylaşımlar qərarlaşıb. Biz hələ də “n” hərfi ilə başlayan sözdən ikrah doğuran dərəcədə istifadəni görürük. Həmçinin meymun emodzisini. Belədə tədbirlər görməyə məcburuq”.

UKFPU İngiltərənin turnirdəki debüt oyunundan (Serbiya – 1:0) sonra 102 təhqiramiz paylaşım üzə çıxarıb. Danimarka (1:1) ilə oyundan sonra belə paylaşımların sayı 292, Sloveniya ilə oyundan (0:0) sonra isə 177 olub.

Ankers həmçinin ötən Avropa çempionatının finalında İtaliyaya məğlubiyyətdən sonra ingiltərəli azarkeşlərin aqressiv davranışını xatırladıb. Onda Bukayo Saka, Markus Reşford və Ceydon Sanço oyunsonrası penalti seriyasında qeyri-dəqiq olduqlarına görə kütləvi şəkildə irqi təhqirə məruz qalmışdılar. Həmin hadisə qanunvericiliyin dəyişdirilməsini zəruri etdi – indi belə paylaşımlara görə hər kəsin stadiona daxil olmasına 10 illik qadağa qoyula bilər. AÇ-2020-nin finalından sonra başverənlər 11 adamın həbsinə səbəb olmuşdu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-09-2022, 13:0

Hapalın yerini Kaltsona tutdu

Dünya futbolu / Reportaj

3-07-2024, 17:0

Bellingem İngiltərəni biabırçılıqdan qurtardı - REPORTAJ

Yığma

21-09-2022, 18:0

"Rəqibimiz yaxşı təşkil olunmuş kollektivdi" - Françesko Kaltsona

Yığma / Manşet

20-06-2024, 14:0

Ya ümidsizsiz, ya da ümid sizsiz – Vaqif Sadıqovdan fəlsəfi cavab

Dünya futbolu

22-06-2024, 22:0

İngiltərə praqmatik futbola sadiq qaldı - REPORTAJ

Dünya futbolu

3-07-2024, 12:0

Bellingem cəza üzündən 1/4 finalı buraxa bilər

Aktual
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Son xəbərlər
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Oxunub: 79
O "Qarabağ" artıq yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə