“Səbail”dən ayrılan Pedro Nuno karyerasını Polşada davam etdirəcək.
“Football-plus.az” xəbər verir ki, 29 yaşlı hücumameylli yarımmüdafiəçi Polşanın elita təmsilçisi “Korona” ilə birillik müqavilə imzalayıb.
Xatırladaq ki, portuqaliyalı futbolçu ötən mövsüm “dənizçilər”in heyətində çıxdığı 37 matçda 11 qolla yadda qalıb.