• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Merih Dəmiral qəhrəmandan antiqəhrəmana çevrildi - TƏHLİL

Dünya futbolu / AÇ

6-07-2024, 14:0

Türkiyə Avstriya üzərində tarixi sayıla biləcək qələbə qazanaraq Avropa çempionatının 1/4 finalına yüksəlsə də, sonrakı günlərdə bu zəfəri kölgədə qoyan olaylar yaşandı.

Sözügedən matçın əsas qəhrəmanı Merih Dəmiral süni şəkildə antiqəhrəman elan olundu. 26 yaşlı müdafiəçi bəlkə də qol sevincinin nələrə gətirib çıxaracağını bilsəydi, başqa cür sevinərdi...

“Bozqurd” türk düşmənlərini ortaya çıxardı
Bilindiyi kimi, Merih Avstriyaya vurduğu ikinci qolun ardından türklüyün rəmzi olan “bozqurd” işarəsini göstərdi. Ertəsi gün UEFA buna “uyğunsuz davranış” damğası vuraraq araşdırmaya başladığını bəyan etdi. Merih özü həmin sevinc barədə bunları dedi:

“Ağlımda bir qol sevinci var idi və onu həyata keçirdim. Bu, türklüklə bağlıdı. Türk olmağımla qürur duyuram və qoldan sonra bunu sümüklərimə qədər hiss etdim. Hərəkətimə görə də sevincliyəm. Fanatlarımız da bizimlə qürur duyur. Bu hərəkəti tribunada fanatlarımızın etdiyini görmüşdüm. Qoldan sonra mən də etmək istədim”.

Məsələyə prinsipiallıq qatan məqam o idi ki, “bozqurd” işarəsi Avropada ultrasağçı türklərin rəmzi hesab olunur və bir sıra ölkələrdə ondan istifadəyə dövlət səviyyəsində qadağa qoyulub. Bunlardan biri də məhz Avstriyadı. Bu ölkədə İŞİD, Əl-Qaidə, PKK terror təşkilatlarının təbliğatının qarşısını almaq məqsədilə bir sıra rəmzlərə qadağa qoyulmuşdu ki, bunların arasında “bozqurd” da var idi. Merih bunu dilə gətirməsə də, onun məhz Avstriya ilə oyunda belə sevinməsi bununla bağlı idi.

UEFA-nın məsələnin araşdırıldığını açıqlamasından etibarən olay şişməyə, siyasiləşməyə və tam fərqli yöndə irəliləməyə başladı. Belə desək, türklərin düşmənləri dərhal bir-bir ortaya çıxdı. Almaniyanın daxili işlər naziri Nensi Fezer “X” (tvitter) hesabındakı paylaşımında bunları yazdı: “Türk ultra sağçılarının işarələrinin bizim stadionlarımızda yeri yoxdu. Avropa çempionatı irqçilik üçün platforma deyil. UEFA-nın məsələni araşdıraraq lazımi tədbirlər görəcəyinə inanırıq”. Bundan başqa, o, Almaniyada “bozqurdların” ölkənin təhlükəsizlik xidməti tərəfindən diqqətlə təqib edildiyini bildirdi. İşin maraqlı tərəfi odu ki, “bozqurd” işarəsi Almaniyanın özündə qadağan edilməyib! Məsələni radikallaşdırmağa çalışanlardan biri də Almaniyanın kənd təsərrüfatı naziri, türkəsilli (!) Cem Özdəmir oldu. Almaniyanın ilk türkəsilli naziri və Türkiyənin düşməni kimi tanınan Özdəmir “bu, hədsiz dərəcədə sağçı sevincdi. Terroru və faşizmi təbliğ edir. UEFA bundan nəticə çıxarmalıdı” paylaşımını etdi.

Səfirlər nazirliyə çağırıldı
Təbii ki, türkiyəli siyasətçilər də məsələdən kənar qala bilməzdilər. Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çəlik “futbolçumuzun qol sevincini irqçilik kimi qiymətləndirənlər öncə öz tarixlərinə baxsınlar. Onların ölkələrində ilan zəhəri kimi irqçilik, ayrıseçkilik və islam düşmənçiliyi yayılıb. Başqa futbolçular öz dəyərləri ilə bağlı qol sevinci edəndə buna heç kim heç nə demir. Amma söhbət Türkiyədən gedən kimi hamı səsini çıxardır” açıqlamasını verib. Qaziantep Böyükşəhər Bələdiyyə başqanı Fatma Şahin isə “insanlığa dair bütün dəyərləri məhv edən İsrailə söz deyə bilməyənlər aslan kimi bir övladımıza “boqzurd” işarəsinə görə cəza vermək istəyir” deyib. Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli də UEFA-nın araşdırma qərarını qınayıb. Türkiyənin Xarici İşlər Nazirliyi də olaya müdaxilə edib. Nazirliyin açıqlamasında “bozqurd” işarəsi tarixi və mədəni bir rəmz kimi qeyd olunub. Bu məsaələnin siyasiləşdirilməsi kəsgin dərəcədə qınanılıb. Maraqlıdı ki, iyulun 3-də Almaniyanın Ankaradakı səfiri Yürgen Şults Türkiyənin Xarici İşlər Nazirliyinə dəvət olundu. Eyni addımı ertəsi gün almanlar da atdı. Türkiyənin Berlindəki səfiri Ahmet Başa Şən Almaniyanın xarici işlər naziri Annalena Barboq tərəfindən iqamətgahına dəvət olundu.

UEFA=ikili standart
Merihin adı heç də ilk dəfə belə süni qalmaqalda hallanmır. Xatırlayırsızsa, AÇ-2020-nin seçmə mərhələsinin gedişində də “əsgər salamı”na görə Merih başda olmaqla Türkiyə yığmasının bir çox üzvünə UEFA tərəfindən xəbərdarlıq edilmişdi. TFF-yə isə para cəzası verilmişdi. Həmin vaxt Merih “Yuventus”da forma geyirdi və bu klubun fanatları onun qovulması üçün sosial şəbəkələrdə paylaşımlar etmişdilər. “Əsgər salamı” olayında olduğu kimi, bu məsələdə də UEFA-nın ikili standartları diqqət çəkir. Dünyanın dörd bir tərəfində “əsgər salamı” verən futbolçulara “gözün üstə qaşın var” deyən olmadığı halda, türkiyəli futbolçuların bu addımı nədənsə hay-küy doğurmuşdu. Elə bu məsələdə də UEFA buna bənzər əvvəlki olaylara ya göz yummuş, ya da para cəzası ilə “yola vermişdi”. Məsələn, serblərin dəfələrlə qol sevinci zamanı “çetnik salamı” verməsinə UEFA tərəfindən heç bir reaksiya olmamışdı. Konkret desək, Serbiya – Monteneqro oyununda Duşan Tadiç belə salam vermişdi. Və ya İsveçrə yığmasının üzvləri Caka ilə Şakiri “ikibaşlı qartal hərəkəti”nə görə yalnız para cəzası almışdı. Bu turnirdə niderlandlı Veqhorst da Polşaya vurduğu qoldan sonra “Aslan” işarəsini göstərdi. Aslan Niderlandın rəmzlərindəndi və araşdırma aparmaq haqlı olaraq heç kimin ağlına gəlmədi. Amma türk millətinin rəmzi olan “bozqurd”u siyasiləşdirmək, bunu irqçilik kimi qəbul etmək və ya faşistlərin rəmzi ilə bərabərləşdirmək heç bir ağla, məntiqə sığmır. Biz hələ Bellingemin slovaklara cinsiyyət orqanını göstərməsinin UEFA tərəfindən şərti cəza ilə ört-basdır edilməsini demirik...

Ədroğan Şuşaya yox, Berlinə gedir!
Merihin ikioyunluq cəzalanacağını öncə srağagün Almaniyanın “Bild” nəşri açıqladı. Düzdü, TFF bunu dərhal təkzib etdi. Amma dünən UEFA-dan rəsmi açıqlama gəldi. Bununla da qurumun Merihə 2 oyunluq cəza verməsi, tarixi bir qalmaqala imza atması rəsmi təsdiqini tapdı. UEFA-nın açıqlamasında cəzaya səbəb kimi göstərilən amillər bunlardı: ümumi davranış prinsiplərinin pozulması, hərəkətin təməl nəzakət qaydalarına zidd olması, idman turnirindən idmanla əlaqəsi olmayan bir hərəkətin təbliği kimi istifadə edilməsi, futbolun etibarının (!) zədələnməsi. UEFA-nın Merihə verdiyi cəza bir ayıbdısa, göstərilən bəhanələr ondan da böyük ayıbdı. Qurumun qərarına ən sərt reaksiyanı Devlet Bahçeli verdi. O, “UEFA qərarından vaz keçməsə, meydana çıxmayın. Komandanın bu anda Türkiyəyə qayıtması milli heysiyyətimizə ən uyğun hərəkət olar” açıqlamasını verdi. Ölkə prezidenti Rəcəp Tayyib Ərdoğanın isə cəzaya reaksiyası belə oldu: “Kimsə almanların formasında qartal işarəsinin olduğunu deyirmi? Və ya fransızların formasında xoruz işarəsi var deyə, kimsə onların xoruzlandığını deyirmi? Orda Merih həyəcanını bu görüntü ilə ortaya qoydu. Xarici İşlər Nazirliyimiz bunların (almanların – red.) rəsmilərini çağırdılar. Buna uyğun olaraq lazımi addımlar atılacaq. İnşallah, bütün bu hadisələrin yekununda qalib gələrək növbəti mərhələyə çıxarıq. Qeyri-adi bir şey baş verməsə, oyuna getməyi planlaşdırıram”.
Xatırladaq ki, Ərdoğan bu gün ölkəmizə səfər etməliydi. O, iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada baş tutacaq qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyi planlaşdırırdı. Amma Türkiyə prezidenti Merih olayından sonra şəxsən yığma komandaya dəstək vermək üçün Berlinə yollanmaq qərarına gəlib. Onun yerinə Şuşaya köməkçisi Cevdet Yılmaz gələcək. Onu da bildirək ki, 3 oyundan az verilən cəzalarla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) baş vurmağa icazə yoxdu. Ona görə də TFF məsələni CAS-a daşıya bilməyəcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-07-2024, 15:0

UEFA Merih Dəmiralı cəzalandırdı - RƏSMİ

Dünya futbolu / Manşet

4-07-2024, 11:0

UEFA Bozqurd işarəsini siyasi qalmaqala çevirdi!

Dünya futbolu

3-07-2024, 12:0

Merih Dəmiraldan tarixi qol

Dünya futbolu / Manşet

26-03-2024, 18:0

Merih Dəmiral yeni imici haqda nə dedi?

Dünya futbolu

21-05-2022, 12:0

Merih Dəmiral ata oldu

Aktual
Turan Manafovla Paulo Quimbila hardadı? - klubdan açıqlama
“Sabah” çempionluğunu azarkeşlərlə Şamaxıda qeyd edəcək?
Kamranbəy Rəhimov "Neftçi" üçün xal ümididi!
“Mahir uşaq deyil, kifayət qədər yaşı, futbol və həyat təcrübəsi var” – “Kayzerslautern”dən getsinmi?
“Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək” - çempionluq oyununda heç-heçə edən baş məşqçi
İnqilab Məmmədov 2-ci liqada da qalmaqalla üzləşdi! – 4 qırmızı, 12 sarı vərəqə, dava-dalaş
Son xəbərlər
  • Bu gün, 10:52
    UEFA ona ağır cəza kəsdi
  • Bu gün, 10:31
    DÇ-2026-nın mükafat fondu artırılacaq
  • Bu gün, 10:00
    Rokkinin cəzalanması “İnter”i B seriyasına göndərə bilər
  • Bu gün, 01:02
    Arda Turan acı məğlubiyyətlə üzləşdi
  • Bu gün, 00:04
    9-cu çempion: "Sabah" - 18 ildə ilk
  • Dünən, 23:05
    “Sizdən bir xahişim olacaq: bu gün olarmı sual verməyəsiz?” – Yuri Vernidub
  • Dünən, 22:47
    “Həmişə çempion olası deyilik ki...” – Qurban Qurbanov
  • Dünən, 22:19
    "Neftçi" mövsümün ən böyükhesablı qələbəsini qazandı
  • Dünən, 21:54
    "Neftçi" "Zirə"ni arxada qoydu, "Sabah" çempion oldu - YENİLƏNİB
  • Dünən, 20:57
    AFFA rəhbərliyi FİFA-nın Konqresində
  • Dünən, 19:34
    "Neftçi" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:51
    Ferrara skudettonu əsas hədəf sayır - “Artıq dünyanın ən yaxşı oyunçularına malik deyilik”
  • Dünən, 18:20
    “İnter” 3, “Latsio” 7 ildən sonra finalda oynayacaq - İCMAL
  • Dünən, 17:59
    Məşqçilər üçün beynəlxalq seminar
  • Dünən, 16:58
    Turan Manafovla Paulo Quimbila hardadı? - klubdan açıqlama
  • Dünən, 16:27
    Binə stadionuna FİFA sertifikatı verildi
  • Dünən, 15:56
    Cüdoçularımızın ilk rəqibləri müəyyənləşdi
  • Dünən, 15:25
    Prezident güləşçilərlə görüşdü, avropalılardan narazılıq etdi
  • Dünən, 14:53
    "Daha güclü olacaq potensiala malikik” - Aqil Nəbiyev
  • Dünən, 14:22
    Argentina klublarından 6 qələbə!
  • Dünən, 13:51
    Son çempion ardıcıl 3-cü qələbəsini qazandı
  • Dünən, 13:22
    266-cı “Superklasiko”da “Boka Xuniors” qalib gəldi
  • Dünən, 12:53
    “Sabah” çempionluğunu azarkeşlərlə Şamaxıda qeyd edəcək?
  • Dünən, 12:24
    Kamranbəy Rəhimov "Neftçi" üçün xal ümididi!
  • Dünən, 11:55
    Millimiz Pakistana qalib gəldi
  • Dünən, 11:26
    “Mahir uşaq deyil, kifayət qədər yaşı, futbol və həyat təcrübəsi var” – “Kayzerslautern”dən getsinmi?
  • Dünən, 10:57
    Miılimiz Belarusa uduzdu
  • Dünən, 10:28
    “Neftçi” ilə “Qarabağ”ın itkiləri açıqlandı - kimlər oynamayacaq?
  • Dünən, 09:59
    Nəriman ABŞ kubokunda 90 dəqiqə oynadı
  • Dünən, 01:07
    “Atletiko” - “Arsenal” oyununda qalib müəyyənləşmədi
  • 29-04-2026, 23:0
    “Futbolçularımız peşəkardı, heç biri ruhdan düşməyəcək” - çempionluq oyununda heç-heçə edən baş məşqçi
  • 29-04-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 29-04-2026, 22:0
    "Şəfa" xal itirdi, "Mingəçevir" yenidən ikinci sırada
  • 29-04-2026, 22:0
    MS-ni o da tərk edəcək
  • 29-04-2026, 21:0
    Əməliyyatı uğurla keçdi
Daha çox
Oxunub: 296
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 197
“Qurban müəllim Elvini də, Abbası da bağışlayacaq” - Maksim Medvedev nəyə arxayındı?
Oxunub: 189
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 155
“Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
Oxunub: 130
“Kayzerslautern”in AFFA-nı və Emrelini aldatması... – bəs, Mahir niyə özünü aldadır?
Oxunub: 126
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə