Birinci liqada sona iki tur qalmış elitaya ən yaxın olan klub “Qaradağ Lökbatan”dı.
Deyilənə görə, AFFA illərdi bu hədəfə can atan komandanın lisenziya istəyi yolunda “yaşıl işıq yandırıb”. Məsələ ondadı ki, stadion problemi ilə üzləşən Qaradağ təmsilçisi ev oyunlarını keçirəcəyi arena kimi məhz Şamaxını göstərib. Komanda məşqləri Bakıda, çempionat oyunlarını isə Şamaxıda keçirməyi planlaşdırır. Belə xəbərlərin nə dərəcədə doğru olub-olmadığını bilmək üçün “Qaradağ Lökbatan”ın rəhbəri Bəbir Məmmədova müraciət etdik: