• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gürcüstandan tarixi qələbə - REPORTAJ

AÇ

30-06-2024, 21:0

F qrupu
N 36 Gürcüstan - Portuqaliya 2:0 (1:0) 

25. Georgi Mamardaşvili
2. Otar Kakabadze
15. Georgi Qvelesiani
(5. Solomon Kverkveliya, 76)
4. Quram Kaşiya (k) 
14. Luka Loçoşvili 
(21. Georgi Sitaişvili, 63)
3. Laşa Dvali
6. Georgi Koçoraşvili
14. Luka Loçoşvili
10. Georgi Çakvetadze 
(21. Anzor Mekvabişvili, 81)
22. Jorj Mikautadze
7. Xviça Kvaratsxeliya 
(9. Zuriko Davitaşvili, 81) 
Ehtiyat oyunçular
1. Georgi Loriya
12. Luka Quqeşaşvili
8. Budu Zivzivadze
11. Georgi Kvilitaya
13. Georgi Qoçleişvili
16. Nika Kvekveskiri
18. Sandro Altunaşvili
19. Levan Şengeliya
23. Saba Lobjanidze
24. Camal Tabidze
26. Qabriel Siqua
Baş məşqçi: Villi Sanyol

22. Dioqo Koşta
5. Dioqo Dalot
24. Antonio Silva 
(2. Nelson Semedo, 66)
13. Danilo Pereyra
14. Qonsalo İnasio
25. Pedro Neto
(21. Dioqo Jota, 75)
26. Fransisko Konseysao
6. Joao Palyinya 
(18. Ruben Neveş, 46)
15. Joao Neveş
(16. Mateus Nunyes, 75)
11. Joao Feliş
7. Kriştiano Ronaldo (k)
(9. Qonsalo Ramuş, 46)
Ehtiyat oyunçular
1. Ruy Patrisio
12. Joze Sa
3. Pepe
4. Ruben Diaş
8. Bruno Fernandeş
10. Bernardo Silva
19. Nunu Mendeş
20. Joao Kanselo
23. Vitinya
Baş məşqçi: Roberto Martines 
Qollar: X.Kvaratsxeliya, 2 (1:0). J.Mikautadze, 57-p. (2:0).
Vərəqələr: K.Ronaldo, 28. P.Netu, 44. R.Neveş, 53. A.Mekvabişvili, 85 – sarı.
Hakimlər: SANDRO ŞERER, Bekim Zoqay (hər ikisi İsveçrə), Ştefan Zupp (Almaniya).
VAR hakimləri: Fedayi San (İsveçrə), Jerom Brisar, Villi Delajo (hər ikisi Fransa).
26 iyun. Helzenkirhen. “Arena AufŞalke'' stadionu. 49616 tamaşaçı (50000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Xviça Kvaratsxeliya.

oyunun statistikası
7 (3) qapıya (“çərçivə”yə) zərbə 23 (5)
6 qayda pozuntusu 11
1 künc zərbəsi 11
0 ofsayd 1
1 (0) sarı (qırmızı) vərəqə 3 (0)
32 topa sahibolma (faizlə) 68
270 (210) ötürmə (dəqiq) 690 (638)

Portuqaliyanın hər nə qədər meydana əsas heyətlə çıxmamasına və motivasiyasının yüksək olmamasına baxmayaraq, Gürcüstanın bu görüşdə qalib gələ biləcəyinə inananlar çox deyildi. Çünki ilk baxışdan komandalar arasında səviyyə fərqi yüksək görünürdü. Üstəlik bu turnirdə qol hesabını açmaq üçün alışıb yanan Kriştiano Ronaldo da start heyətində meydana çıxmışdı. Amma gürcülər tarix kitablarına düşəcək bir performans ortaya qoydular. Artıq 92-ci saniyədə Mikautadzedən topu qəbul edən Kvaratsxeliya iki toxunuşla topu yerlə qüvvətli zərbə ilə uzaq küncə göndərdi. Ulduz futbolçu yığmada 33-cü oyunda 16-cı qolunu vurdu. Bu qol matçın axarına çox təsir etdi. Öz gücünə inanmağa başlayan gürcülər AÇ-2016-nın qalibinə qapıya yaxınlaşmağa imkan vermirdilər. İlk yarıda yalnız penalti tələb etdiyi epizodda etiraza görə sarı vərəqə almaqla diqqət mərkəzinə düşən Ronaldo fasilədə əvəzləndi. 2-ci hissə də Gürcüstanın erkən qolu ilə start götürdü. Antonio Silvanın Loçoşviliyə qarşı kobudluğundan sonra VAR işə qarışdı və təyin olunan penaltini Mikautadze dəqiq yerinə yetirdi. Bu qoldan sonra sanki Portuqaliya taleyi ilə barışmağa başladı. Çünki Gürcüstanın qapısı önündə təzyiq azaldı. Əksinə, gürcülərin əks-hücumları daha təhlükəli alınırdı. Oyunu yüksək səviyyədə keçirən və 5 seyvlə tamamlayan Mamardaşvili əlavə olunmuş dəqiqələrdə Semedo ilə Nunyesə də mane oldu. Beləliklə, AÇ-də ilk qələbəsini qazanan və xalını 4-ə çatdıran Gürcüstan ilk cəhddən pley-offa yüksəlməklə tarixi uğur qazandı. Gürcülər pley-offda bu turnirdə hələ ki bütün oyunlarda qalib gələn yeganə komanda - İspaniya ilə qarşılaşacaq. AÇ-də debütantlardan sonuncu dəfə pley-offa vəsiqə qazanan komanda 2016-da İslandiya olmuşdu. Portuqaliya üçün isə bu məğlubiyyətin qrupdakı durum baxımından heç bir ziyanı olmasa da, nüfuz baxımından komandaya çox ciddi zərbə dəydi.

Reaksiyalar
Villi Sanyol:

“Oyunçularıma sona qədər konsentrasiyanı qorumağı və oyun planına sadiq qalmağı tapşırmışdım. Onlar mənim və futbol ictimaiyyətinin gözləntilərini artıqlamasıyla doğrultdular. Nə deyəcəyimi bilmirəm. Sadəcə, bu futbolçularla fəxr edirəm. Onlar bu üç matçda Gürcüstanı əla təmsil etdilər. Belə komandanın məşqçisi olmağımla qürur duyuram”.


Roberto Martines:
“Bu məğlubiyyəti qəbul etməliyik. Oyuna çox aşağı tempdə başladıq. Rəqib də sanki elə bunu gözləyirdi. Son ötürmələr və zərbələrimizdə konkretlik çatışmırdı. Bütün bunlar azmış kimi, Gürcüstanın qapıçısı da əla oyun keçirdi. Nə qədər çalışsaq da, qol vura bilmədik. Bu məqam Gürcüstanın layiqli qələbə qazandığını söyləməyə əsas verir. Amma bəzi epizodlarda, sadəcə, bəxtimiz gətirmədi. Portuqaliyanın problemi yanlış heyət və ya taktika seçimi ilə bağlı deyildi. Sadəcə, bu gün Gürcüstan çox güclü və dinamik futbol sərgilədi”.

Faktlar
* Ronaldo tarixə nəhəng turnirlərdə (DÇ və AÇ) 50 oyun həddinə çatan ilk futbolçu kimi düşdü.
* Ronaldo karyerasında ilk dəfə nəhəng turnirin qrup mərhələsini qol vurmadan tamamladı.
* Komandalar arasında FİFA-nın reytinq cədvəlində 68 pillə fərq var. Bu baxımdan AÇ tarixinin ən böyük sürprizi qeydə alındı. FİFA-nın reytinqində Gürcüstan 74-cü, Portuqaliya 6-cı pillədədi.
* Portuqaliya Martinesin başçılığı altında ilk dəfə rəsmi oyunda məğlub oldu. Komanda bu məşqçi ilə buna qədər keçirdiyi 12 rəsmi oyunun hamısından qələbə ilə ayrılmışdı.
* 92-ci saniyədə gələn qol Portuqaliyanın AÇ tarixində buraxdığı ən erkən qol oldu.
* Mamardaşvili qrup mərhələsini 21 seyvlə başa vuraraq AÇ tarixinin rekordunu təkrarladı. Daha öncə AÇ-2004-də Latviya yığmasının qapıçısı Aleksandr Kolinko qrup mərhələsində 21 seyv edərək rekord müəyyənləşdirmişdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-05-2024, 16:0

"Qarabağ"ın futbolçusu milliyə cəlb edildi

Dünya futbolu

25-06-2024, 13:0

Gürcüstan yığması üçün tarixi nəticə - REPORTAJ

AÇ

23-06-2024, 22:0

Gülər varsa, Türkiyə güləcək! - REPORTAJ

AÇ

9-06-2024, 11:0

AÇ-2024-ə hansı heyətlə yollanacaqlar?

DÇ 2026

10-11-2022, 22:0

Portuqaliya millisinin DÇ üçün heyəti açıqlandı

Aktual
“Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
Son xəbərlər
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 126
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 115
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə