• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ölkə kubokunun final matçını Elxan müəllimlə birgə izləmək istəyirdik” - Aslan Şahgəldiyev

1-ci liqa / Manşet

27-06-2024, 19:0

İyunun 15-də ölkəmizdə 2023/24 “futbol ili”nə yekun vuruldu.

Mövsümün sonuncu matçında, daha dəqiq desək, 1-ci liqada oynamaq uğrunda keçirilən pley-off matçında “Cəbrayıl” “Araz Saatlı”nı məğlub edərək (3:1) məqsədinə çatdı. Beləliklə, ilk görüşdə də 2:0 hesabıyla qalib gələn Cavid Hüseynovun komandası yeni mövsümdən 1-ci liqada çıxış edəcək. Maraq üçün qeyd edək ki, bu qarşılaşma Saatlıdakı Olimpiya Kompleksinin stadionunda keçirildi. Meydan sahiblərinin yeganə qolunu 77-ci dəqiqədə penaltidən Ravil Yusifli vurdusa, “Cəbrayıl”ın heyətində Ruslan Voronsov (24), Tapdıq Əhmədov (45-p.) və Nurlan Quliyev (80) fərqləndi.
Qeyd etdiyimiz kimi, bununla da mövsüm başa çatdı. İndi komandaların başı növbəti “futbol ili”nin hazırlığına qarışıb. Məhz bu məqamın Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyevlə söhbətləşmək üçün əlverişli olduğunu düşünərək, özüylə əlaqə saxladıq. Onunla söhbətdə həm sağlıq durumu, həm də çalışdığı qurum ilə bağlı suallara cavab istədik.

– Aslan müəllim, xatırlatmaq istəməzdik, lakin ölkə kuboku çərçivəsində keçirilən “Qarabağ” – MOİK oyununun təşkilati məsələlərini həll etmək üçün Xankəndiyə yollanarkən keçirdiyiniz ağır qəzadan 6 ay ötdü. Hazırda sağlıq durumunuz necədi?
– İlk növbədə diqqət ayırdığınız üçün sizə təşəkkür edirəm. Təbii ki, həmin qəzanı mən də xatırlamaq istəmirəm. Olacağa çarə yoxdu. Səhhətim əvvəlkinə nisbətən daha yaxşıdı. Qəzaya düşdüyüm gün vəziyyətim çox ağır olub. Bunu sonradan həkimlərin dilindən eşitdim. İlk üç ay hər şey çətin imiş. Hətta həkimlər bəzi məsələləri məndən gizlətməli olublar. Yaxşı ki, hər şeyi deməyiblər. Yoxsa durumum daha ağır olardı. Şükür Allaha, gözlənilən hadisələr baş vermədi. Buna görə həkimlərə minnətdaram. Onlar əllərindən gələn hər şeyi etməyə çalışdılar. İndi özümü yaxşı hiss edirəm. Sonuncu müayinə zamanı MRT çəkiləndən sonra həkim irəliləyişə inanmadı və bunu möcüzə adlandırdı. Qeyd edim ki, o, məni dekabrın 16-da da müayinə etmişdi.

– Futbol ictimaiyyəti sizi tam sağlam görmək istəyir. Bəs həkimlərin bu yöndə proqnozları necədi? Sizə nə qədər vaxt lazımdı?
– Əlbəttə, özüm və yaxın dostlar da bunu arzulayır. Həmişə bir-birimizə cansağlığı diləyirik. İnsan sağlam olanda o sözün mahiyyətini tam dərk etmir. İndi sinirlərlə bağlı problemim var. Buna görə hansısa vaxt demək mümkün deyil. Həm həkimlər, həm də özüm artıqlamasıyla daha tez olması üçün çalışırıq. Hər gün fizioterapiyaya gedirəm. Müalicə davam edir. Konkret gün bəlli deyil. Sadəcə, hər şeyin tam geridə qalması üçün əlimizdən gələni etməliyik. Buna çox inanıram, ümidim böyükdü. İnşallah, bu, baş verəcək...

– Ötən mövsüm futbol tariximiz üçün bir çox cəhətdən əlamətdar oldu. Siz 2023/24 “futbol ili”ni necə dəyərləndirirsiz?
– Həqiqətən çox vacib hadisələr baş verdi. Bu yöndə 1-ci liqanın əvəzedicilər liqasından ayrılması, 2-ci liqanın yaradılması, kubok matçlarındakı komanda sayının artırılmasını qabartmaq olar. Bölgələri təmsil edən klubların liqalarda çıxış etməsi futbolumuzda kütləvilik yaratdı. Bir çox komanda ilk addımlarını atdı. Futbolun nə olduğunu bildilər. İdman prinsiplərinin qorunması bütün liqalarda gərginliyi artırdı. Pley-off oyunları da çox maraqlı keçdi. Düzdü, müəyyən çatışmazlıqlar da oldu. Bunu etiraf etməliyik. Lakin ümumi mənzərəni dəyərləndirsək, bizi qane edən mövsüm oldu.

– Bəs məhz PFL-in fəaliyyəti haqda düşüncələriniz necədi?
– Məncə, hər şey yüksək səviyyədə idi. Əməkdaşlarımız əlindən gələni əsirgəmədi. Kiminsə işini azaltmaq istəmirəm. Hər biri vəzifəsinin öhdəsindən gəldi. Operatorlar, müsahiblər, təchizat şöbəsi, sürücü, fəhlə - ümumiyyətlə, hər kəsdən razıyıq. Məhz futbol menecmentiylə məşğul olan şəxslərin sayı isə azdı. Rəhbərliyi çıxsaq, təxminən 9-10 nəfər... Təbii ki, asan olmadı. Oyunların sayı çox idi. Hansı işlərin görüldüyünü Sənan bəyin (PFL-in media və marketinq direktoru Sənan Abdullayevi nəzərdə tutur – red.) sosial şəbəkə hesabında paylaşdığı hesabat xarakterli statusdan da anlamaq mümkündü. Digər tərəfdən, 2-ci liqanın yaradılması vaxt qıtlığı yaradırdı. Lakin əməkdaşların fədakarlığıyla işləri normal şəkildə görə bildik. Hansısa çətinliyimiz olmadı. Baxmayaraq ki, məlum qəzaya görə kifayət qədər ciddi problemlər yaranmışdı. Yenə də ümumi prosesdə axsamanın olduğunu düşünmürəm. Olsa belə, bunu kənardakılar hiss etmədi. Hər şey vaxtında aradan qaldırıldı.

– Ötən mövsümə boylansaq, hansı matçları müəyyən xüsusiyyətlərinə görə fərqləndirmək olar?
– İlk ağla gələn Xankəndidə keçirilən oyundu. Mövsümün yox, hətta əsrin oyunu... Təəssüf ki, qarşılaşmanı canlı izləyə bilmədik. Çox yaxşı hazırlaşmışdıq. Həm Gənclər və İdman Nazirliyi, həm PFL, həm AFFA həm də “Qarabağ” əlindən gələn hər şeyi etmişdi. Qısa müddətdə təqdirəlayiq iş görüldü. Bundan başqa, bütün liqalarda gərgin oyunlar izlədik. Düzdü, “Qarabağ” erkən çempion oldu. Lakin avrokuboklar uğrunda mübarizənin son tura qədər davam etməsi yetərincə gərginliyə səbəb oldu. Aşağı liqalarda da çempionatı tərk etmək və ya daha yüksək səviyyəli yarışa qatıla bilmək üçün maraqlı matçlar keçirildi. Həmçinin “Qarabağ”ın “Braqa”yla oyunları möhtəşəm idi. Həmin matçları xəstəxanada izlədik və inanın ki, qəbul etdiyimiz pereparatlardan daha çox enerji verdi. İnşallah, avrokuboklarda daha çox belə qarşılaşma görüb fərəhlənərik. Davamı gəlsin!

– Ötən mövsümün əvvəlində “2-ci liqada bir əlcəkli qapıçı, bir butslu oyunçu görsəz, təəccüblənməyin” demişdiz. Sizi yaxşı və ya pis mənada təəccübləndirənlər oldumu?
– Bu sözlərin davamında vurğulayırdım ki, belə hadisələr heç kimi qorxutmasın. Çünki yolun başlanğıcındaydıq. Yumorla bildirdim ki, gələcəkdə bizi nəsə çəkindirməsin. Həmin dönəmdə vaxt az idi. Həm bu, həm də komandaların idarə edilməsiylə bağlı çatışmazlıqlar narahatlıq doğururdu. Azarkeşlər meydandakı oyunun görsə də, arxa planda həyata keçirilənlər çoxdu. Bununla yanaşı, büdcənin azlığı da vacib rol oynayırdı. Yaxşı ki, hər şey gözlədiyimizdən daha yaxşı oldu. Səmimi deyim ki, 2-ci liqanın adını “Fədakarlar Liqası” qoymuşuq. Həqiqətən belədi. Həmin klubları izləyəndə gözlərimə inana bilmirəm. Eləsi var ki, klub prezidenti küçələrə afişa yapışdırır, stadionun ot örtüyünü biçir... Ümumiyyətlə, 2-ci liqa ən səmimi liqadı. Şükür Allaha, hər şey sona qədər yaxşı keçdi. Hansısa komanda yarıyolda dayanmadı. Düşünürəm ki, illər keçdikcə aşağı liqaların səviyyəsi daha da artacaq. Bəllidi ki, xüsusilə infrastrukturla bağlı problemlər var. Əlbəttə, bu, bizi geriyə addım atmağa vadar etməməlidi. Porblemlərin bitməsini gözləsək, neçə il ərzində düzələcəyini bilmirik. Bir yerdən başlamaq lazım idi. Maliyyə artdıqca daha yaxşı olacaq. Səhv etmirəmsə, “Cəbrayıl”dan U-19 millimizıə transfer edilən futbolçu var. Hətta 2-ci liqadan 1-ci liqaya transfer edilən oyunçu da xatırlayıram. Deməli, daha çox çalışmağa dəyər. İşartılar var. Həmçinin həm 1-ci, həm də 2-ci liqada yetişən mütəxəssislər, funksionerlər var ki, onlar gələcəkdə premyer-liqada belə çalışa biləcəklər. Artıq bu gün lisenziya tələblərini rahatlıqla yerinə yetirə bilən klublar mövcuddu. Halbuki bu, asan proses deyil. Bunu bacaran varsa, deməli, irəliləyirik.

– İndi aşağı liqa klubları durğunluq yaşayır. Ona görə ki, yeni mövsümə hazırlığa başlamaq üçün AFFA-nın ayıracağı maliyyənin həcmini gözləyirlər. Hətta buna görə baş məşqçi seçimini yubadanlar var...
– Bilindiyi kimi, dövlət tərəfindən bütün liqalara vəsait ayrılır. Həmin malliyə klubların mövsümün əvvəlindən sona çata bilməsi üçün nəzərdə tutulub. Komanda daha iddialı olmaq istəyirsə, əlavə maddi dayaqlar tapmalıdı. Məbləğin artıb-artmayacağı haqda dəqiq məlumatım yoxdu. Hazırda istənilən kollektiv ayrılan məbləğin az olduğunu deyə bilər. Faktiki kömək edilir. Ümumiyyətlə, futbolda maliyyə limitsizdi. Nə qədər çox olsa belə, daha böyük uğurlar üçün artması lazım gələcək. Klublar boş oturmamalıdı.

– Bəs növbəti mövsümlə bağlı planlar necədi? Futbol ictimaiyyətini hansı yeniliklər gözləyir?
– Bununla bağlı müəyyən cızmaqaramız olub. Elxan müəllimin (PFL-in prezidenti Elxan Səmədovu nəzərdə tutur – red.) xəstəxanadakı otağında iclas keçirmişik. Növbəti iclasımız da sabah həmin otaqda keçiriləcək. Fikirlər var, lakin bu haqda indidən danışmaq istəmirəm. Əsas odu ki, layihələri vaxtında reallığa çevirə bilək. PFL olaraq, çalışırıq ki, hər “futbol ili” əvvəlkindən daha yaxşı olsun.

– Nəhayət, sizi uzun müddətdən sonra ilk dəfə ölkə kubokunun finalında – “Qarabağ” – “Zirə” matçında gördük. Həmin matçı necə izlədiz? Təəssüratınız maraqlıdı...
– Əslində ölkə kubokunun final matçını Elxan müəllimlə birgə izləmək istəyirdik. Özümüzü bu yöndə kökləmişdik. Təəssüf ki, o, hələ də xəstəxanada olduğundan arzumuz alınmadı. Allah Elxan müəllimə şəfa versin. Ümid edirəm ki, tezliklə o da ayağa qalxacaq. Baş verən bütün bədbəxtliklər geridə qalsın. İnşallah, həkimlərimizin dəstəyiylə tam sağlam şəkildə işimizin başına qayıdacağıq. Oyuna gəlincə, çox maraqlı keçdi. Hər iki komanda avrokuboklarla bağlı hədəfini təmin etsə də, titul uğrunda döyüşdü. Xüsusilə “Zirə”... Həmin atmosferin canlı şahidi olmaq, oyunu izləmək, dostlar və əməkdaşlar ilə görüşmək çox gözəl hisslər idi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

15-06-2024, 20:0

1-ci liqada iştirak edəcək növbəti klub bilindi - YENİLƏNİB

2-ci liqa / Manşet

19-09-2023, 19:0

2-ci liqada 3-cü tura yekun vuruldu - YENİLƏNİB

Ölkə futbolu / Reportaj

11-06-2024, 15:0

“Cəbrayıl” ilk oyunda intriqanı öldürdü - REPORTAJ

Ölkə futbolu / Manşet

1-06-2024, 17:0

“Şans da, nəticə də bizdən yana olacaq” - “Araz-Saatlı”nın prezidenti

1-ci liqa / Manşet

9-06-2024, 20:0

“Cəbrayıl” 1-ci liqaya bir addım da yaxınlaşdı

Ölkə futbolu / 2-ci liqa

30-04-2024, 16:0

2-ci liqada 23-cü tura yekun vurulur - YENİLƏNİR

Aktual
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Son xəbərlər
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Dünən, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Dünən, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Dünən, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Dünən, 15:54
    İranlılara viza verildi
  • Dünən, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Dünən, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Dünən, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Dünən, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Dünən, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Dünən, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Dünən, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Dünən, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Dünən, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Dünən, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
Daha çox
Oxunub: 701
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 242
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 240
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə