• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AÇ-2024-ün ilk qolsuz oyunu - REPORTAJ

Dünya futbolu

25-06-2024, 12:0

D qrupu
N 21. Niderland – Fransa 0:0


1. Bart Verbrüggen
5. Natan Ake
4. Vircil van Diyk (k)
6. Stefan de Vrey
22. Denzel Dyumfris
14. Ticani Reynders
24. Yerdi Sxuten
(8. Corcinyo Viynaldum, 73)
11. Kodi Qakpo
7. Xavi Simons
(16. Coui Verman, 73)
12. Ceremi Frimponq
(2. Lutşarel Geertröyda, 73)
10. Memfis Depay
(9. Vut Veqhorst, 79)

Ehtiyat oyunçular
13. Yustin Beylov
23. Mark Flekken
3. Matteys de Liqt
15. Mikki van de Ven
17. Deyli Blind
18. Doniell Malen
19. Brayan Brobbi
20. Yan Maatsen
21. Coşua Zirkzee
25. Steven Berqveyn
26. Rayan Qravenberx
Baş məşqçi: Ronald Kuman

16. Mayk Menyan
22. Teo Ernandes
17. Vilyam Saliba
4. Dayo Upamekano
5. Jül Kunde
14. Adrien Rabyo
8. Orelyen Çuameni
13. Nqolo Kante
11. Usman Dembele
(20. Kinqsli Koman, 75)
7. Antuan Qrizmann (k)
15. Markus Türam
(9. Olivye Jiru, 75)

Ehtiyat oyunçular
1. Bris Samba
23. Alfons Areola
2. Benjamen Pavar
3. Ferlan Mendi
6. Eduardo Kamavinqa
10. Kilian Mbappe
12. Randal Kolo Muani
18. Uorren Zair-Emeri
19. Yussuf Fofana
21. Jonatan Kloss
24. İbrahima Konate
25. Bredli Barkola
Baş məşqçi: Didye Deşam

Vərəqə: Y.Sxuten, 31 - sarı.
Hakimlər: ENTONİ TEYLOR, Qeri Besuik, Adam Nann (hamısı İngiltərə).
VAR hakimləri: Stüart Ettüell, Fedayi San (İsveçrə), Marko Frits (Almaniya).
21 iyun. Leyptsiq. “Red Bull Arena” stadionu. 38531 tamaşaçı (40000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Nqolo Kante.

oyunun statistikası
8 (4) qapıya (“çərçivə”yə) zərbə 16 (3)
13 qayda pozuntusu 8
3 künc zərbəsi 6
4 ofsayd 0
1 (0) sarı (qırmızı) vərəqə 0 (0)
42 topa sahibolma (faizlə) 58
397 (353) ötürmə (dəqiq) 664 (613)
107,3 məsafə (km) 105,5

Leyptsiqdə D qrupunun favoritləri arasında keçirilən oyunu gözləməyə dəyərdi. Maraqlıdı ki, Niderland və Fransa seçmə turnirdə bir qrupda çıxış etmiş, fransızlar əsas rəqibini hər iki matçda məğlub edərək (4:0, 2:1) qitə çempionatına qrup lideri kimi vəsiqə qazanmışdılar. Hər iki komanda Avropa çempionatına qələbə ilə başlamışdı: Niderland ilk turda Polşaya 2:1, Fransa isə Avstriyaya 1:0 hesabı ilə qalib gəlmişdi. Deməli, ikinci qələbəyə nail olacaq komanda 1/8 finala vəsiqəni təmin edəcəkdi.

Fransızların start heyətində Mbappe yox idi. Komandanın əsas qol ümidi Avstriya ilə matçın son dəqiqələrində burnundan xəsarət almışdı. Didye Deşam onun adını oyun üçün iştirak ərizəsinə daxil etsə də, Kilianı meydana buraxmağı lazım bilmədi. Əlbəttə, onun yoxluğu Niderland üçün göydəndüşmə fakt sayılırdı.

Fransızların arxa xəttinin də güclü olduğunu nəzərə alarkən matçın heç-heçə nəticələnmək ehtimalı artmışdı. Amma tanış rəqiblər ilk dəqiqələrdə bir qədər ehtiyatlı oyuna üstünlük verdilər. Tədricən üstünlüyə yiyələnən fransızlar Mbappesiz də böyük hücum potensialına malik olduqlarını göstərməyə çalışırdılar. Amma onların həmlələri rəqibin sıx müdafiə olunması səbəbindən hədəfə çatmırdı. Matçda intensivlik yüksək səviyyədə olsa da, fasiləyə qədər hesabı açmaq heç bir tərəfə müyəssər olmadı.

Məşqçilər fasilədə heç bir oyunçunu dəyişməyi lazım bilmədilər. Görünür, həm Ronald Kuman, həm də Deşam komandasının ilk yarıdakı çıxışından razı qalmışdı. Fransa yığmasının topa daha çox nəzarət etməsi gözlənilən idi. “Üçrənglilər” qapıya zərbələr üzrə rəqibini iki dəfə üstələdilər: 16:8. Buna baxmayaraq, Niderland oyun ərzində qapıya dəqiq zərbələr panında 4:3 hesablı üstünlüyə malik oldu. 7 zərbənin hamısını qapıçılar dəf etdilər. Deşamın komandası daha çox təhlükəli vəziyyət yaratsa da, rəqibin yaxaladığı epzodlar da yaddaqalan oldu. Belə məqamlardan biri sona yaxın baş verdi. Menyan ayağı ilə Depayın zərbəsini dəf etdi, Simons isə topu tora göndərdi. Lakin niderlandlıların qol sevincini VAR-dan gələn göstəriş heçə endirdi. Hakimlər Menyana yaxın olan Dyumfrisin qapıçıya topa müdaxilə etməkdə mane olduğu qənaətinə gəldilər. Komandalar qalan vaxtdakı cəhdləri də bir nəticə vermədi. Beləliklə, “Red Bull Arena”dakı görüş AÇ-2024-ün başladığı hesabla sona çatan ilk matçı kimi tarixə düşdü.

Qeyd edək ki, bu nəticə Avstriyaya uduzan (1:3) Polşa yığmasının turnirdəki aqibətini müəyyən etdi. Bu komanda 3-cü turun nəticələrindən asılı olmayaraq, qrupu 4-cü yerdə başa vuracaq. Polşanın qitə çempionatında mübarizəni erkən dayandıran ilk komanda olduğunu da bildirək.

1. Niderland 2 1 1 0 2-1 4
2. Fransa 2 1 1 0 1-0 4
3. Avstriya 2 1 0 1 3-2 3
4. Polşa 2 0 0 2 2-5 0


Faktlar
* Niderland – Fransa matçı AÇ-2024-ün ilk qolsuz oyunu oldu.
* Avropa çempionatında keçirilən son 51 oyunda ilk dəfə qapılara qol vurulmadı. Turnidə əvvəlki qolsuz heç-heçə AÇ-2020-nin İngiltərə - Şotlandiya matçında qeydə alınmışdı.
* Fransa yığmasının oyunçuları cari turnirdəki ikinci matçda da qapıya yol tapa bilmədilər. Xatırladaq ki, ilk turun Avstriya ilə oyununda rəqib müdafiəçi Maksimilian Veberin avtoqolu fransızlara qələbə gətirmişdi.
* Niderland yığması son 36 oyununda ikinci dəfə qol vura bilmədi. Maraqlıdı ki, “narıncılar” yenə fransızların qapısına yol tapa bilmədilər. Onlar qitə çempionatının 2023-cü ilin martında keçirilən seçmə oyununda bu rəqibinə 0:4 hesabı ilə uduzmuşdular.
* Fransa yığması Mbappenin start heyətində meydana çıxmadığı ardıcıl 7-ci oyunda da qələbə qazana bilmədi.

Oyundan sonra
Ronald Kuman, Niderland yığmasının baş məşqçisi:

“Nəticə bir az məyusedicidi, amma bütövlükdə oyuna baxsaq, bəzi məqamlarda topa nəzarəti itirdik. Bu isə olmamalı idi. Xətlərimiz arasında çox boşluqlar yaranırdı və ikinci hissədə daha yaxşı çıxış edə bilərdik. Belə oyunu qələbəyə layiq çıxış adlandırmazdım. Biz bura qol vurmaq və qələbə qazanmaq üçün gəlmişik. Fransa kimi komandaya qarşı oynamaq həmişə çətin olub. Onu da deyim ki, rəqib də bizi kimi nəticədən razıdı. Biz öz futbolumuzu oynamaq və cəsarətli olmaq istəyirik. Amma bugünkü qədər topu itirə bilmərik. Meydanda başverənlərə daha sürətli reaksiya verməli və ön xətdə daha çox şans yaratmalıyıq. Biz hələ də böyüməyə ehtiyacı olan bir komandayıq. Simonsun qaydalar çərçivəsində qol vurduğunu düşünürəm. Yaxşı, Dyumfris ofsaydda idi, amma epizoda diqqətlə baxın. O, qapıçıya mane olmurdu. Yaxınlıqda rəqib oyunçunun olması həmin andakı vəziyyəti dəyişmirdi. Simons zərbə endirərkən Menyan qola mane olmaq üçün heç nə edə bilmirdi”.

Didye Deşam, Fransa yığmasının baş məşqçisi:

“Yeganə təəssüfləndiyim məqam effektli ola bilməməyimizdi. Təəssüf ki, qol vura bilmədik. Matç çox intensiv alındı. Niderland yığması həmişəkindən daha ehtiyatlı oynadı. Rəqibimizlə müqayisədə bizim ilk matçdan sonra bərpa üçün 36 saat az vaxtımız olmuşdu. Buna baxmayaraq, atletizmimizi nümayiş etdirdik. İstənilən halda yaxşı futbol oynadıq. Maksimum nəticə qazanmaq üçün mümkün olan hər şeyi etdik. Ümid edirəm ki, növbəti turda qalib gələcək və istəyimizə çatacağıq. Kilian Kiliandı, onu başqa oyunçu ilə müqayisə etmək fikrimiz yoxdu. Barkola müəyyən keyfiyyətləri olan oyunçudu, məşqlərdə yaxşı təsir bağışlayır, buna görə də indi komandamızdadı. Amma bu turnirə qədər milli formanı yalnız bir dəfə geyib. Bu səbəbdən belə yüksək səviyyəli turnirdə özünü göstərməsi elə də asan deyil. Onu son dəqiqələrdə də meydana buraxmaq istəmədim. Çünki komandamız balanslaşdırılmış oyun sərgilədi, həm yaxşı qol vəziyyətləri yaratdıq, həm də yaxşı müdafiə olunduq. Kante bu turnirdə də parlaq oynayır, bu, bizim üçün müsbət haldı. Sərəncamımda, xüsusilə orta xətdə start heyətində oynamağa layiq olan çox futbolçu var. Amma Kante özünü ən yaxşı tərəfdən göstəmək üçün maraqlı keyfiyyətlərə malikdi”.

Paylaş:
Digər xəbərlər

AÇ

23-06-2024, 12:0

Niderlanddan çətin qələbə - REPORTAJ

Dünya futbolu / AÇ

3-06-2024, 16:0

AÇ-2024-ə hansı heyətlə yollanacaqlar?

AÇ

30-05-2024, 19:0

AÇ-2024-ə hansı heyətlə yollanacaqlar?

DÇ

11-11-2022, 16:0

Niderlandın DÇ-2022 üçün heyəti açıqlandı

AÇ

23-06-2024, 22:0

Çətin və vacib qələbə - REPORTAJ

AÇ

12-06-2024, 19:0

Fransa yığması Avropa çempionatının aşkar favoritidi! - “Üçrənglilər”in uğurlu çıxışına nə mane ola bilər?

Aktual
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Ayxan Abbassov Elvinə görə Qurban Qurbanova "savaş açdı"! - bəs, "Qarabağ" nə edəcək?
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
Son xəbərlər
  • Bu gün, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
  • Bu gün, 13:16
    Əziz Yıldırımın rəqibi ''bombaları partlatdı'' - Luis Suares, Merih Dəmirəl...
  • Bu gün, 12:45
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:15
    Ayxan Abbassov Elvinə görə Qurban Qurbanova "savaş açdı"! - bəs, "Qarabağ" nə edəcək?
  • Bu gün, 11:54
    UEFA ona ağır cəza kəsdi
  • Bu gün, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Bu gün, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Bu gün, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
Daha çox
Oxunub: 222
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 210
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Oxunub: 143
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə