• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fransa yığması Avropa çempionatının aşkar favoritidi! - “Üçrənglilər”in uğurlu çıxışına nə mane ola bilər?

AÇ

12-06-2024, 19:0

Fransa yığması sonuncu Avropa çempionatının 1/8 finalında acınacaqlı şəkildə mübarizəni dayandırdı.

"Football-plus.az" xəbər verir ki, ilyarım əvvəl keçirilən Qətər mundialında isə “üçrənglilər” finalda məğlubiyyətlə barışdı. Odu ki, Didye Deşamın rəhbərlik etdiyi komanda AÇ-2024-də nəyisə sübut etməlidi. Bəribaşdan vurğulayaq ki, bütün mütəxəssis fikirlərində və bukmeker kontorlarında Fransa qarşıdakı turnirin əsas favoritlərindən biri kimi göstərilir.

Fransa yığmasının heyəti
İyunun 7-si sifariş ərizələrini UEFA-ya təqdim etmək üçün son gün idi. Beləliklə, Fransa yığmasının turnirdə mübarizə aparacaq heyəti: qapıçılar – Alfons Areola (“Vest Hem”, İngiltərə), Mik Menyan (“Milan”, İtaliya), Bris Samba (Lans); müdafiəçilər – Jül Kunde (“Barselona”, İspaniya), Jonatan Kloss (Marsel), Benjamen Pavar (“İnter”, İtaliya), İbraima Konate (“Liverpul”, İngiltərə), Vilyam Saliba (“Arsenal”, İngiltərə), Dayo Upamekano (“Bavariya”, Almaniya), Teo Ernandes (“Milan”, İtaliya), Ferlan Mendi (“Real”, İspaniya); yarımmüdafiəçilər – Yussuf Fofana (Monako), Adrien Rabyo (“Yuventus”, İtaliya), Uorren Zair-Emeri (PSJ), Orelyen Çuameni, Eduardo Kamavinqa (hər ikisi “Real”, İspaniya), Antuan Qrizmann (“Atletiko”, İspaniya), N'Qolo Kante (“Əl-İttihad”, Səudiyyə Ərəbistanı); hücumçular – Bredli Barkola, Usman Dembele, Rendal Kolo Muani (hamısı PSJ), Kinqsli Koman (“Bavariya”, Almaniya), Olivye Jiru (“Milan”, İtaliya), Kilian Mbappe (PSJ), Markus Türam (“İnter”, İtaliya).

İştirak ərizəsi bəzi suallar doğurdu. Birinci, Deşam yalnız 25 futbolçuya dəvət göndərib. Halbuki siyahıya 26 nəfərin adını daxil edə bilərdi. Bu nədi? Arxayınlıq? Prinsipiallıq? Fransa yığmasının sonuncu dünya çempionatını necə keçidiyini nəzərə alsaq (xeyli futbolçu zədə almışdı), 26-cı oyundan imtina heç də uzaqgörən qərar sayılmamalıdı. İkincisi, milli komandaya dəvət alan futbolçularla bağlı da suallar var. Məsələn, Səudiyyə Ərəbistanında oynayan 33 yaşlı N'Qolo Kante yığmada nə gəzir? Avropada oynayan, özünü layiqincə göstərən futbolçular qala-qala. Və ya Kinqsli Koman... Vinger ötən mövsüm 125 günü və 21 oyunu boşa verib. Sonuncu zədəsini iyunun əvvəlində sağaldıb. Doğrudanmı, o, bu gün Fransa yığmasına lazım olan futbolçudu? Bəzi qəribəliklərə rəğmən, yığmanın iştirak ərizəsi yetərincə güclüdü və Deşamın çempionluq gözləntilərini tam doğruldur.

Fransa yığmasının əsas ulduzu
Burda əlavə söhbətə yer yoxdu. Artıq necə ildi ki, fransızların əsas ulduzu Kilian Mbappedi. Ancaq qarşıdakı turnirdə hər şey xüsusi olmalıdı. Axı forvard Almaniyaya artıq “Real”ın futbolçusu kimi yollanır. Mbappe həmişəki kimi yaxşı formadadı – ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 44 qol vurub və Liqa 1-də ardıcıl 6-cı dəfə “Qızıl top”u qazanıb. Kilianın həm də zəngin beyəlxalq turnir təcrübəsi var – 25 yaşında artıq dünya çempionudu, DÇ-nin finalında het-trik edə bilib, iki mundialda 12 qol vurub. Ancaq maraqlı məqam odu ki, AÇ-də indiyi qədər bir dəfə də fərqlənməyib. Ümumiyyətlə, AÇ seçmə mərhələləri də nəzərə alsaq, Kilianın rəqib qapısına yol tapa bilmədiyi yeganə beynəlxalq turnirdi. Deməli, o, Almaniya turnirinə inanılmaz motivasiya ilə qatılacaq.

Fransa yığmasının zəif yeri
Demək olar ki, ideal heyət, əfsanələr və hər mövqedə dünyanın ən baha futbolçuları, təceübəli məşqçi... Ancaq belə yığma ardıcıl iki böyük turnirdə necə çempion ola bilmədi? Yaxşı, Qətər mundialındakı məğlubiyyəti hesabdan silək – orda iş penalti seriyasına qədər uzundu, AÇ-2020-də isə sadə bir səbəbdən mübarizəni dayandırdılar. Bəli-bəli, intriqalar üzündən!

Fransa yığması elə həmin Versaldı. Hər şey bir adamın – Kilian Mbappenin ətrafında fırlanır. Ünlü forvard bəziləri ilə açıq-aşkar mübahisə edir, bəziləri ilə danışmır, bəziləri də onunla danışmır. Sonuncu dünya çempionatında bu məsələ az-çox həll olunmuşdu, ancaq “Real”ın yeni oyunçusu yeni böhranın katalizatoru olmayacaq ki? Özü də Mbappenin heç də yaxşı vidalaşmadığı PSJ-nin futbolçuları da yığmada çoxdu. Onların münasibətləri necə olacaq? Bəlkə də münasibətlər normal və işgüzar xarakter daşıyacaq. Ancaq ümumilikdə fransızlardan nə desən, gözləmək olar.

Qrupdakı rəqibləri
D qrupu tam “üçrəngilər”in “dişinə görədi”. Məsələn, burda yer alan Polşa yığması perspektivli komandası, ancaq AÇ-dəki son 14 oyunda iki qələbəsi var. “Ağ-qırmızılar”, çətin ki, fransızlara problem yarada bilər. Avstriya yığması başqa məsələdi. Bu komanda hazırda əla formadadı, yoldaşlıq oyunlarında və rəsmi matçlarda əka təsir bağışlayır, 2022-ci ilin noyabrından bəri cəmi bir məğlubiyyəti var. Pis deyil!

Bütün fransızlar üçün bu qrupun əsas təhlükəsi Niderlanddı. Hərçənd Fransa yığması bu təhlükəli rəqibi AÇ-2024-ün seçmə mərhələsində iki dəfə məğlub edib – 4:0 və 2:0. Ancaq “narıncılar”ı hesabdan silmək olmaz – Qətərdəki yaxşı çıxış və səviyyəli müdafiə xətti bu komandanın gücünüə dəlalət edir.

Təbii ki, bu məqam heç nədi dəyişmir – Fransa yığması nəinki qrupun, turnirin də əsas favoritidi. Didye Deşam hələ yanvarda belə demişdi: “Biz qarşıdakı Avropa çempionatının favoritlərindən biriyik və hətta bunu gizlətməyə çalışmırıq da. Avropa çempionatına ən böyük ambisiyalarla yollanmaq istəyirik”.

Təcrübəli baş məşqçi ilə mübahisə etmək çətindi.

Paylaş:
Digər xəbərlər

AÇ

30-05-2024, 19:0

AÇ-2024-ə hansı heyətlə yollanacaqlar?

DÇ 2026

20-12-2022, 21:0

Fransa 3-cü ola bilmədi

DÇ 2026

20-12-2022, 20:0

Fransa İtaliya ilə Braziliyanın rekordunu təkrarlaya bilmədi

Ölkə futbolu / Avropa Liqası

23-02-2024, 15:0

Avropa Liqasında 1/8 finalın püşkü atıldı

Dünya futbolu

11-06-2022, 12:0

Deşam Fransa yığmasının yeni rekordçusu oldu

Manşet / Çempionlar Liqası

25-08-2022, 20:0

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Bu gün, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Bu gün, 21:04
    "Araz-Naxçıvan" - "İmişli" oyununda "sülh", "Sabah" "Kəpəz"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Bu gün, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Bu gün, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Bu gün, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Bu gün, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Bu gün, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Bu gün, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Bu gün, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Bu gün, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Bu gün, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Bu gün, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Bu gün, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Bu gün, 14:55
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Bu gün, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Bu gün, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Bu gün, 13:22
    Amsterdamda qərar tutdu
  • Bu gün, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Bu gün, 12:30
    “Barselona”nı tərk etdi
  • Bu gün, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Bu gün, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Bu gün, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Bu gün, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Bu gün, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Oxunub: 98
"Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə