N 8. Avstriya – Fransa 0:1 (0:1)
13. Patrik Pents
16. Filipp Mvene
(8. Aleksandr Prass, 88)
2. Maksimilian Veber
(3. Gernot Trauner, 59)
4. Kevin Danso
5. Stena Poş
9. Marsel Zabitser (k)
6. Nikolas Zayvald
10. Florian Qrilliç
(23. Patrik Vimmer, 59)
19. Kristof Baumqartner
20. Konrad Laymer
(18. Romano Şmid, 90)
11. Mihael Qreqoriç
(7. Marko Arnautoviç, 59)
Ehtiyat oyunçular
1. Haynts Lindner
12. Niklas Hedl
14. Leopold Kverfeld
15. Filipp Linhart
21. Flavius Danilyuk
17. Florian Kaynts
22. Mattias Zaydl
24. Andreas Vaymann
25. Maksimilian Entrup
26. Marko Qryull
Baş məşqçi: Ralf Ranqnik
16. Mayk Menyan
22. Teo Ernandes
17. Vilyam Saliba
4. Dayo Upamekano
5. Jül Kunde
14. Adrien Rabyo
(6. Eduardo Kamavinqa, 71)
13. Nqolo Kante
7. Antuan Qrizmann
(19. Yussuf Fofana, 90)
15. Markus Türam
10. Kilian Mbappe (k)
(9. Olivye Jiru, 90)
11. Usman Dembele
(12. Randal Kolo Muani, 71)
Ehtiyat oyunçular
1. Bris Samba
23. Alfons Areola
2. Banjeman Pavar
3. Ferlan Mendi
24. İbraima Konate
8. Orelyen Çuameni
18. Uorren Zair-Emeri
20. Kinqsli Koman
21. Jonatan Kloss
25. Bredli Barkolya
Baş məşqçi: Didye Deşam
Qol: M.Veber, 38-öz qapısına.
Vərəqələr: M.Veber, 16. F.Mvene, 34. U.Dembele, 56. K.Baumqartner, 79. K.Laymer, 84. K.Mbappe, 90. K.Danso, 90+3 – sarı.
Hakimlər: XESUS XİL MANSANO, Dieqo Barbero Sevilya, Anxel Nevado Rodriges (hamısı İspaniya).
VAR hakimləri: Xuan Martines Munuera, Alexandro Xose Ernandes Ernandes (hər ikisi İspaniya), Tyaqo Martinş (Portuqaliya).
17 iyun. Düsseldorf. “Merkur Şpil Arena”. 46425 tamaşaçı (54000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 9 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Nqolo Kante.
oyunun statistikası
7 (3) qapıya (“çərçivə”yə) zərbə 14 (3)
18 qayda pozuntusu 10
6 künc zərbəsi 2
0 ofsayd 1
5 (0) sarı (qırmızı) vərəqə 2 (0)
51 topa sahibolma (faizlə) 49
487 (419) ötürmə (dəqiq) 450 (393)
119,4 məsafə (km) 112,6
Niderlandla Polşanın da olduğu qrupda hər xalın dəyəri böyükdü. Bunu komandaların ikisi də anlayır və bir-birinə qətiyyən güzəşt etmək istəmirdi. Qarşılıqlı hücumlar şəraitində keçən ilk yarıda ən real qol vəziyyətlərini Mbappe ilə Baumqartner boşa verdi. Hər halda, Kilian hissənin sonunda özünü göstərdi. Onun cərimə meydançasının küncündən qapı önünə ötürməsi zamanı Veber uğursuz toxunuşla topu öz qapısına göndərdi. Avstriyalılar bu qoldan sonra da ruhdan düşmədi, xüsusən də 2-ci hissədə təzyiqi artırdı. Həm Fransa 2-ci qolu vura, həm də Avstriya hesabı bərabərləşdirə bilərdi. Amma 1:0 hesabı sona qədər dəyişmədi. “Xoruzlar” Deşamın rəhbərliyi altında 100-cü qələbəsini qazansa da, Danso ilə toqquşmada burnu sınan Mbappeni ən azı qrup mərhələsinin sonuna qədər itirdi. Düsseldorf xəstəxanasında müayinə olunan ulduza ən azı 15 gün meydana çıxa bilməyəcəyi deyildi.
Reaksiyalar
Ralf Ranqnik:
“Qol vəziyyətləri yaratdıq. Əlbəttə, Fransa da yaratdı. Qapıçımız Pents əla çalışdı. Oyunçularıma iradım yoxdu. Onlar heç də həmişə düzgün qərar qəbul etmədi, ancaq rəqibin kim olduğunu da unutmayaq. Təmiz danışaq: Fransanın qol şansı daha çox idi, rəqib qələbəni haqq etdi. Ancaq son dəqiqəyə qədər meydanda gücümüzü qoyduq. İrəli baxmalı və Polşa yığmasına qalib gəlməyə çalışmalıyıq”.
Didye Deşam:
“Qrup turnirinin ilk oyununda atletik və pressinq tətbiq edən rəqibə qalib gəlmək çox vacib idi. Hesabı açsaq da, təəssüf ki, üstünlüyümüzü möhkəmləndirə bilmədik. Daha bir neçə epizodda doğru qərar verə bilmədik. Belədə dəyanət göstərdik, yaxşı müdafiə olunduq. Bugünkü nəticədən çox razıyam”.
Rəqəmlər və faktlar
* Deşam milli komandanın baş məşqçisi kimi 100-cü qələbəsini qazandı. Fransa yığmasının tarixindəki qələbələrin 22 faizi məhz onun dönəminə təsadüf edib. 55 yaşlı mütəxəssis isveçli Lars Laqerbeki (99) arxada qoymaqla Avropa yığmalarının baş məşqçiləri arasında 2-ci pilləyə yüksəldi. Bu göstəricidə rekord isə Almaniya yığması ilə 124 qələbə qazanan Yoahim Lövə məxsusdu. Başqa qitələrə gəlincə, Uruqvay yığması ilə 106 qələbə qazanan Oskar Tabares liderliyi qoruyur.
Xatırladaq ki, Deşam 2012-nin iyulundan yığmaya rəhbərlik edir.
* Meydana 37 yaş 261 günlüyündə çıxan Jiru Fransa yığmasının tarixinə AÇ-də çıxış edən ən yaşlı futbolçu kimi düşdü. Bu göstəricidə 2-ci yerdə Bernar Lama (AÇ-2000 – 37 yaş 75 günlük), 3-cü yerdə Lilian Türam (AÇ-2008 – 36 yaş 164 gün) qərarlaşıb.





