Belə ki, 48 yaşlı mütəxəssisin qeyri-leqal bukmeker kontorlarında mərc etməsinə dair şübhələr var idi. Hətta UEFA-nın bu məsələ ilə bağlı araşdırma aparılması üçün AFFA-ya tapşırıq verməsi məsələnin ciddiyyətini xeyli artırdı. Nəhayət, iyunun 20-si AFFA İntizam Komitəsi məşqçiylə bağlı rəsmi qərarı açıqladı: “Misli Premyer Liqasında sonuncu dəfə “Araz-Naxçıvan” klubunda məşqçi işləmiş 29.09.1976-cı il təvəllüdlü Məmmədov Xaqani Nürəddin oğlu “Oyunların toxunulmazlığı” Komissiyasının təlimatını pozduğuna görə 2 il müddətinə şərti cəzalandırılsın. Sınaq müddəti 24 ay təyin edilsin (maddə 105, 32).
Bəs Məmmədov 2 il ərzində futbolla məşğul ola bilməz? Bu məqamı aydınlaşdırmaq üçün AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynova müraciət etdik:
“O adam iki il ərzində futbol sahəsində fəaliyyət göstərə bilər. Amma 24 ay ərzində hər hansı xəta törədərsə, həmin müddət də onun cəzasının üzərinə gələcək. Yəni 2 il diqqətli olmalıdı ki, problem yaşamasın”.
RÖYANƏ OĞUZ



