Sofiya və Şəms ölkəmizi Rusiyada təmsil edəcək

24.06.2024 16:45 287
İdman
Ölkəmizi Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya uşaqları” 8-ci Beynəlxalq İdman Oyunlarının bədii gimnastika üzrə yarışında təmsil edəcək nümayəndə heyətinin tərkibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, yarışda ölkəmizi məşqçi Nəzrin Cəfərzadənin rəhbərliyi altında Şəms Ağahüseynova və Sofiya Məmmədova təmsil edəcək. Hakim kimi isə Səbinə Hacıyeva iş başında olacaq.

Qeyd edək ki, “Asiya uşaqları” 8-ci Beynəlxalq İdman Oyunları iyunun 26-da başlayıb, iyulun 6-da yekunlaşacaq.