UEFA Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Gürcüstan - Çexiya oyununun ən yaxşı futbolçusunun adını açıqlayıb.
“Football-plus.az” xəbər verir ki, bu nominasiyada Gürcüstan yığmasının qapıçısı Giorgi Mamardaşvili qalib gəlib. Onun matçda bir neçə seyv etməklə komandasının xal qazanmasında böyük rol oynadığı qeyd edilib.
Matç 1:1 hesabı ilə başa çatıb.