• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Millətlər Liqasında daha yaxşı milli görəcəksiz” - Elvin Camalov Santuşun gəlişini necə qarşıladı?

Yığma / Manşet

18-06-2024, 21:0

Azərbaycan yığması Albaniya və Qazaxıstan ilə yoldaşlıq oyunlarının ardından vətənə döndü.

Arif Əsədovun rəhbərliyi altında sonuncu dəfə oynayan millinin artıq Fernando Santuşa tapşırıldığı da bəllidi. Həm Macarıstan səfəri, həm də son hadisələrlə bağlı yığma üzvü Elvin Camalovun fikirlərini öyrəndik.

- Son oyununuz Qazaxıstan millisinə qarşı oldu. Görüş necə keçdi, həm rəqibin, həm də öz komandanın oyunu haqda nə deyərdin?

- Düzdü, qapımızda erkən qol gördük. Əzmkarlıq göstərərək geridönüş etməyi bacardıq. Bütün komanda olaraq, hər oyunçu əlindən gələni etdi. Düşünürəm ki, geridönüşlə qazanılan qələbə ikiqat qiymətlidi. Buna görə də bizə dəstək olan hər kəsi, qələbəmizdə rol oynayan bütün məşqçilər heyətini, futbolçuları təbrik edirəm.

- Bəli, geridönüş edərək qələbə qazanmağı bacardız.
Oyundan əvvəl belə çətin qarşılaşma olacağını gözləyirdin? Nəzərə alsaq ki, baş məşqçi dəyişikliyi edən bir komandaya qarşı oynayırdız. Rəqib də son illər inkişafdadı.

- Geridönüşlə qazandığımız qələbə hər birimizin sayəsində oldu. Sona qədər əzmkarlıq göstərdik və əziyyətimizin qarşılığını gördük. Əlbəttə, Qazaxıstan millisi güclü rəqiblərdən biridi. Zəif rəqib yoxdu. Ancaq biz ilk növbədə özümüzə, komanda yoldaşlarımıza, məşqçilərimizə inanandan sonra hər şey öz əlimizdədi. İnam olandan, əzmkarlıq göstərdikdən sonra istənilən rəqibə qalib gəlmək olur.

- Bəs Albaniya ilə oyunda  komandanı qələbədən uzaqlaşdıran nə oldu? Rəqib amili, istədiyiniz oyunu ortaya qoya bilməmək, yoxsa...
- Albaniya ilə oyunda da topa daha çox nəzarət edən tərəf biz idik. Çox qol imkanımız oldu. Sadəcə, fərdi səhvlərin hesabına məğlub olduq. Amma həmin oyunda da komanda yaxşı çıxış etdi. Fərdi səhvlərin ucbatından qələbə qazana bilmədik. İstəyirdik ki, hər iki matçda qalib gələrək vətənə dönək. Və bizi izləyən hər kəsi sevindirək. Amma qismət belə oldu.

- Sanki hər iki oyunda meydanda tam başqa milli gördük. Təbii ki, əsasən nəticəyə görə belə düşünmək, fərqli yanaşmaq olar. Sən necə düşünürsən, performansınızı necə qiymətləndirərdin?
- Düzdü, hər iki oyunda fərqli nəticə oldu. Sadəcə, birinci oyuna yaxşı başlamadıq. Sonradan nəyisə duzəltməyə çalışdıq və fərdi səhvlərə görə buraxdığımız qolların əziyyətini çəkdik. İkinci oyunda isə meydandan yaxşı nəticə ilə ayrılmağı bacardıq. Bu futboldu, bəzən belə ola bilir.

- Oyunçuların tam formada olmadığı ilə bağlı fikirlər var idi. Bu kimi amillər sən daxil digər oyunçulara da nə dərəcədə çətinlik yaratdı?
- Futbolçuların tam formada olmadığını demək mübahisəli olar. Çünki çempionat yeni bitib, hamı formadadı. Sadəcə, psixoloji təsir ola bilər. Əlbəttə, hər oyunçunun, elə mənim də borcumuzdu ki, nə vaxt dəvət etsələr, millimizi layiqincə təmsil edək. Sadəcə, mövsümun sonu idi. Ola bilər ki, yorğunluq amili vardı. Amma çox şükür, ikinci oyunda qələbə qazanaraq əziyyətimizin bəhrəsini gördük.

- Doğrudanmı, indi yığma tarixinin ən güclü heyətinə malikdi?
- Fikirlər müxtəlifdi. Hər kəs fərqli düşünə bilər. Şəxsi fikrim belədi ki, milli komanda futbolçu üçün ən üst səviyyədi. Ora dəvət alan oyunçu öz adını və Azərbaycan milli komandasını təmsil edir. Nəsilləri müqayisə etmək istəməzdim. Çünki ildən-ilə müəyyən fərq ola bilər. Ancaq millidəyiksə, hər birimiz ən yaxşısını edərək bu komanda üçün vuruşmalıyıq. Azərbaycan adını daha da yuxarılara qaldırmaq üçün əlimizdən gələni etməliyik.

- Arif Əsədovun rəhbərliyi altında son oyuna çıxdız. Onun məşqçi keyfiyyətləri barədə nə düşünürsən?
- Mən əvvəllər də Arif müəllim rəhbərliyi altında U-17, U-19 yığmalarında oynamışam. Nə istədiyini çox yaxşı bilirəm. Əsas millidə də Arif müəllim təcrübəsini bizimlə paylaşırdı. Biz isə çalışırdıq ki, onun göstərişlərini tam şəkildə yerinə yetirək. Həmçinin də məşqdən kənarda nizam-intizama əməl etməyə çalışırdıq.

- Yığmanı bundan sonra Fernando Santuş çalışdıracaq. Yeni baş məşqçi ilə bağlı gözləntilərin?
- Bu suala cavab verməyim bəlkə də düzgün olmaz. Çünki biz futbolçuyuq, işimiz tapşırıqları yerinə yetirməkdi. Bundan sonra yeni baş məşqçinin nəzarəti altında oynayacağıq. Əlbəttə, hamıya tanış olan simadı. Əsas odu ki, millimiz üçün yeni uğurlar, daha yaxşı nailiyyətlər qazanmaq baxımından hər birimiz üçün xeyirlisi olsun. Buna inanıram.

- Albaniya və Qazaxıstan ilə oyunlarda hansı təcrübəni qazandın? Bu görüşlərin Millətlər Liqasında əhəmiyyəti olacaqmı?
- Təbii ki, Albaniya və Qazaxıstan milliləri kimi güclü komandalara qarşı oynamaq bizim üçün çox yaxşı təcrübə oldu. Düşünürəm ki, bu təcrübəni dəyərləndirib, səhvlərimizdən nəticə çıxararıq. Millətlər Liqasında daha yaxşı milli görəcəksiz.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

7-06-2024, 12:0

“Ən azı bizləri maraqlı oyun gözləyir” - Ağasəlim Mircavadov

Manşet / Müsahibə

13-06-2024, 16:0

“Bəzən çox elementar qollar buraxır və əlimizə düşən fürsətləri dəyərləndirə bilmirik” – Bəhlul Mustafazadə

Yığma

6-06-2022, 12:0

"Azərbaycan və Qazaxıstan Belarusdan da güclü olacaq"

Yığma

27-05-2024, 22:0

Millinin məşqçiləri bəlli oldu

---

24-09-2022, 19:0

"İstərdik ki, bizə də hörmət etsinlər" - Qazaxıstanın futbolçusu

Yığma / Dünya futbolu

31-05-2022, 16:0

"Azərbaycan millisinin ciddi rəqib olduğunu düşünürəm" - "Zenit"in müdafiəçisi

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Bu gün, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Bu gün, 17:06
    Fransaya qayıtmayacaq
  • Bu gün, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Bu gün, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Bu gün, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Bu gün, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 235
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə