Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi "Ümraniyespor"un yeni baş məşqçisi müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, Komanda Türkiyə millisinin sabiq üzvü Tuncay Şanlıya tapşırılıb. 42 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Qeyd edək ki, T.Şanlının son klubu "Sakaryaspor" olub.