• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

300-cü oyunda 3 qol və əzmkar qələbə! - REPORTAJ

Yığma

13-06-2024, 23:0

Maraqla gözlənilən oyun rəqibin ciddi təzyiqiylə başladı.

İlk dəqiqədə künc zərbəsi qazanan komanda ilk cəhddə uğursuz oldu. Daha dəqiq desək, Amin topu meydandan çıxardı. Belədə ikinci dəfə şans qazanan rəqib fərqləndi. Tagıbergenin cərimə meydançasına göndərdiyi topu Voroqovski baş zərbəsiylə qapıdan keçirdi. “Cavab atəşi” üçün dərhal hərəkətə keçən millimizin ilk təhlükəli hücumu özünü çox gözlətmədi. Burda Elvinin qapıya zərbəsi qeydə alındı ki, Zarutski operativ müdaxiləylə hesabın bərabərləşməsinə mane oldu. Ruhdan düşmədən irəli atılan yığmamızın növbəti tutarlı hücumunun qolla nəticələnməsinə isə tir imkan vermədi. Belədə Ramilin ötürməsindən sonra “çərçivə”ni nişan alan Emin məyusluq yaşadı. Bəxtini sınayan digər futbolçu Toral oldu. Onun 8-ci dəqiqədəki zərbəsini Zarustki zərərsizləşdirdi. Hadisələrin axarı yığmamızın oyuna nəzarəti ələ almaq və “1 nömrə” kimi çıxış etmək istəyinin oyun tərzinə yansımasıyla müşayiət olundu. Lakin bizimkilərin həlledici məqamlarda gah qeyri-dəqiq olması, gah da təkbətək mübarizələrdə məğlubiyyəti başverənlərin özünü nəticədə göstərməsinə şərait yaratmırdı. Bu ərəfədə Samorodovun uğursuz zərbəsini izlədik ki, burda Şahurddinin işi çətin olmadı. Ardından Tagıbergenlə Orazovun fərqi artırmaq cəhdləri puç oldu. Alekseyin qapını uzaqdan nişan aldığı epizod isə statistikadan başqa nəyəsə xidmət etmədi. Millimizin ciddi təzyiqiylə üzləşən rəqib xoşbəxtliyi əks-hücumlarda axtarmağa başladı ki, istəyinə 28-ci dəqiqədə çatdı. Alekseyin qeyr-dəqiq ötürməsi üzündən topu ələ keçirən Sadıbekov Aymbetova, o isə Samorodova çatdırdı ki, sonuncu fərqi artırdı. Bundan sonra, Emin, Anton və Ramilin cəhdlərinə şahidlik etsək də, nəticə istənilən kimi olmadı. Nəhayət, fərqi minimuma endirən futbolçu Mahir oldu. O, Eminin 42-ci dəqiqədə cərimə meydançasına göndərdiyi topu tora qovuşdurdu. Birinci hissənin sonuna qədər daha bir neçə qol epizodu ələ düşsə də, dəyərləndirmək mümkün olmadı. Yenə də millimiz geridönüş edə biləcəyinin mesajını verdiyindən bundan sonra daha həyacanlı dəqiqələrə şahidlik edəcəyimiz bəlliydi.

İkinci yarıda ilk təhlükəli vəziyyət Tagıbergenin uğursuz zərbəsiylə tamamlandı. Ardından Toralla Mahirin hədəfə çatmayan cəhdləri qeydə alındı. 50-ci dəqiqədə Kuatın Emreliyə qarşı kobud oyunu penaltinin təyin edilməsiylə nəticələndi. Cərimə zərbəsini Emin yerinə yetirdi ki, millidəki qollarının sayını 14-ə çatdıraraq Qurban Qurbanovun rekorduna şərik oldu. Dərhal hesabı dəyişmək istətəyən qazaxlar isə Orozovun qeyr-dəqiqliyinə üzüldü. Növbəti anlarda Musa, Ramil və Elvinin cəhdləri fayda vermədi. Ruhdan düşməyən millimiz tutarlı hücumlarının sayını artırdı ki, əzmkarlıq qələbə qolunu çox gözləməyimizə imkan vermədi. Kasım fərqlənmək üçün irəli atılan Ramili kobud müdaxiləylə yerə yıxdığından qapıdan bir qədər uzaqda cərimə zərbəsi təyin edildi. Burda bəxtini sınayan Toral birbaşa qapını nişan aldı və millimizi 73-cü dəqiqədə önə çıxardı. Artıq iş ya hesabı qorumaq, ya da növbəti qola imza atmaq idi. Yığmamız müdafiə olunmağa üstünlük verməklə uğurlu çıxışını sona qədər davam etdirdi. Beləliklə, Arif Əsədovun rəhbərliyi altında sonuncu dəfə meydana çıxan komanda tarixindəki 300-cü oyunu qələbə ilə bitirdi. 0:2 geridə olduğumuz oyunu çevirmək isə qələbəni daha da gözəlləşdirdi!

Gözdən qaçmadı
* Hər iki komanda AFFA-nın təşəbbüsüylə meydana Üzeyir Hacıbəyovun bəstəsi “Uvertüra”nın sədaları altında çıxdı.
* Qazaxların yeni baş məşqçisi Stanislav Çerçesov da oyunu izləyənlər arasında idi.
* Matçı barmaqla sayılacaq qədər azərbaycanlı və qazaxıstanlı azarkeş izlədi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

19-05-2024, 23:0

“Bozqurd” çempiona “diş göstərdi”, amma xal “qopara” bilmədi - REPORTAJ

Premyer-liqa

7-05-2024, 21:0

Zirə” Avropaya bir addım da yaxınlaşdı - REPORTAJ

Premyer-liqa / Reportaj

14-05-2024, 18:0

Ninqa “Sumqayıt”ı Avropaya bir addım da yaxınlaşdırdı - REPORTAJ

Premyer-liqa

21-05-2024, 21:0

“Sumqayıt” Masazırdan yenə əliboş qayıtdı - REPORTAJ

Premyer-liqa / Reportaj

9-04-2024, 22:0

Renduliç ardıcıl ikinci oyunda uduzdu - REPORTAJ

Yığma / Manşet

28-03-2024, 23:0

Samir Əliyevin komandası ümid vermədi - REPORTAJ

Aktual
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
Son xəbərlər
  • Bu gün, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Bu gün, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Bu gün, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Bu gün, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Bu gün, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
Daha çox
Oxunub: 712
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 247
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 153
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə