• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Sautqeyt 1-ci, Sanyol 24-cü yerdədi - yığmaların baş məşqçiləri nə qədər qazanırlar?

Dünya futbolu

12-06-2024, 23:0

Cümə günü start götürəcək Avropa çempionatı ərfəsində iştirakçı komandalarla bağlı bir sıra göstəricilər maraq doğurur. Məsələn, baş məşqçilərin nə qədər qazandıqları diqqəti cəlb edən deatallar sırasındadı.

"Football-plus.az" xəbər verir ki, bu məsələyə “Finance Football” nəşri aydınlıq gətirib. Beləliklə, qitə çempionatına komanda çıxaran məşqçilərin illik qazancı ilə bağlı maraqlı məqamlara göz gəzdirək.

* Bu planda Qaret Sautqeyt bütün həmkarlarını arxada qoyur. İngiltərə yığmasının çalışdırıcısı yerli futbol qurumundan ilə 5,8 milyon avro maaş alır. Qeyd edək ki, onun müqaviləsi sonuncu dəfə 2021-ci ildə yenilənib. Bu isə səbəbsiz deyil. Milli komanda koronavirus pandemiyası səbəbindən bir il gecikmə ilə baş tutan qitə çempionatında finala qədər irəliləmiş və son matçda penalti seriyası ilə İtaliyaya məğlub olmuşdu. Maraq üçün Sautqeytin əvvəlki müqaviləsinə görə 3,5 milyon avro məvacib aldığını da xatırladaq. Hazırkı sözləşməsinin müddəti isə 2024-cü ilin sonuna qədər nəzərdə tutulub.
Yeri gəlmişkən, Sautqeyt bu müddətin sonuna qədər postunda qalmaya bilər. Hər halda “The Independent” qəzeti bu ehtimalın baş tuta biləcəyini istisna etmir. Belə ki, onun “Mançester Yunayted”in maraq dairəsində olduğu vurğulanır. Xəbərdə klubun artıq bir neçə həftədi gözləmə mövqeyində olduğu bildirilir. Sautqeyt yığmadakı gələcəyini yalnız qitə çempionatından sonra müəyyən etmək istəyir. Ona görə ki, məlum söhbətin nəhəng turnir ərəfəsində komandanın diqqətini yayındıra biləcəyindən çəkinir. İndi MY rəhbərliyinin Erik ten Haqı istefaya göndərməyə nə üçün tələsmədiyi məlum olur. Bilindiyi kimi, komanda premyer-liqada mövsümü 8-ci yerdə başa vurub. İngiltərə kubokunu qazanan “qırmızı şeytanlar” gələn mövsüm Avropa Liqasında çıxış edəcəklər. Əlbəttə, belə nəticə fonunda Ten Haqın baş məşqçi vəzifəsində qalması böyük ölçüdə doğru olmaz. Amma dərd orasındadı ki, MY-nin başbilənləri artıq məlum səbəbdən hazırda 53 yaşlı Sautqeyt ilə danışıq aparmaq imkanına sahib deyillər. Onlar, yəqin ki, milli komandanın qitə çempionatında uğursuzluğa düçar olmasını arzulayırlar. Axı belədə0 Sautqeytin istefası qaçılmaz olacaq və MY dərhal onunla təmas quracaq.
* Ukraynalı Sergey Rebrov sonuncu qitə çempionatının yarımfinalında oynayan İspaniya yığmasının çalışdırıcısı Luis de la Fuente ilə eyni maaşı - 1,25 milyon avro alır. Maraqlıdı kı, sonuncu bir il əvvəl milli komandanı Millətlər Liqasında qələbəyə daşısa da, illik məvacibi o qədər də yüksək deyil. Halbuki qitənin digər aparıcı komandalarının baş məşqçiləri ilə azı 3 milyon avro qazanırlar. Görünür, İspaniya Kral Futbol Federasiyasının rəhbərliyi bu planda qənaət etməyi lazım bilib.
* Villi Sanyol seçmə turnirdə Gürcüstan yığması ilə ən böyük uğurun müəllifi olub. Amma onun illik məvacibi yalnız 200 min avroya bərabərdi. Fransalı qitə çempionatına komanda çıxaran ən az maaş alan mütəxəssisdi. Yeri gəlmişkən, milli komandanın sabiq müdafiəçisi, hazırda paytaxt Tbilisinin meri olan Kaxaber Kaladze bir neçə ay əvvəl baş məşqçinin aya 20 min avro qazandığını açıqlamışdı. Ona inansaq, Sanyolun illik əmək haqqısı 240 min avroya bərabərdi. Amma “Finance Football” nəşri bu məsələni diqqətlə araşdıraraq oxucularına dəqiq məlumat verib. Kaladze isə yığmanın baş məşqçisinin işə peşəkar yanaşdığını və “Pul Sanyol üçün heç vaxt ön planda olmayıb” fikrini də səsləndirib. Əlbəttə, Gürcüstan futbolunda dövran edən maliyyənin həcmini də nəzərə almaq lazımdı. Kim bilir, milli komanda qitə çempionatında az-çox uğurlu çıxış edərsə, Sanyolun məvacibi artırıla bilər.
* Diqəti cəlb edən bir göstərici də var. Portuqaliya yığmasını AÇ-2016-da qələbəyə daşıyan Fernando Santuşun illik məvacibi 2 milyon avrodan bir qədər çox idi. Komandanın hazırkı çalışdırıcısı Roberto Martines isə ondan təxminən iki dəfə çox qazanır. Onu da əlavə edək ki, sonuncunun Belçikadakı qazancı 1,2 milyon avro idi. İspaniyalı Martines komandasını dəyişməklə yaxşıca irəli düşüb.

AÇ-2024 iştirakçısı komandaların baş məşçilərinin illik maaşı
məşqçi komanda qazanc
1. Qaret Sautqeyt İngiltərə 5,8
2. Yulian Naqelsmann Almaniya 4,8
3. Roberto Martines Portuqaliya 4
4. Didye Deşam Fransa 3,8
5-6. Ronald Kuman Niderland 3
5-6. Luçano Spalletti İtaliya 3
7. Vinçentso Montella Türkiyə 1,8
8. Murat Yakın İsveçrə 1,6
9-11. Ralf Ranqnik Avstriya 1,5
9-11. Domeniko Tedesko Belçika 1,5
9-11. Zlatko Daliç Xorvatiya 1,5
12. Draqan Stoykoviç Serbiya 1,4
13-14. Luis de la Fuente İspaniya 1,25
13-14. Sergey Rebrov Ukrayna 1,25
15. Kasper Hyulmann Danimarka 1,15
16. Silvinyo Albaniya 0,75
17. Mixal Probej Polşa 0,56
18. Stiv Klark Şotlandiya 0,55
19. Françesko Kaltsona Slovakiya 0,54
20-21. Marko Rossi Macarıstan 0,30
20-21. Matyaj Kek Sloveniya 0,30
22. İvan Qaşek Çexiya 0,25
23. Edvard Yordanesku 0,24
24. Villi Sanyol Gürcüstan 0,20
Qeyd: məvacib milyon avro ilə göstərilib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-11-2023, 14:0

AÇ-2024: mükafat fondu artırılıb

DÇ

9-11-2022, 20:0

Sautqeyt risk etmədi

DÇ

21-11-2022, 20:0

Sautqeyt Ramsini geridə qoydu

Dünya futbolu

10-04-2023, 19:0

Aparıcı liqalarda hakimlər nə qədər qazanırlar?

Aktual
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
Son xəbərlər
  • Bu gün, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Bu gün, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Bu gün, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Bu gün, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Bu gün, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Bu gün, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Bu gün, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Bu gün, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Bu gün, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Bu gün, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Bu gün, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Bu gün, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Bu gün, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Bu gün, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Bu gün, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 238
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə