• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Xəzər Lənkəran”dan sonra burda başqa klub yaratmaq bir az ağır gəlir” - Sakin Məmmədzadə

Ölkə futbolu / Manşet

12-06-2024, 21:0

Ölkə futbolunun köhnə simalarından olan, hazırda isə Cənub Regional Futbol Federasiyasının prezidenti vəzifəsini icra edən Sakin Məmmədzadənin 64 yaşı tamam oldu. Fürsətdən istifadə edib onunla bəzi aktual mövzular ətrafında söhbətləşdik.

- Müstəqilliyin ilk illərində AFFA-da çalışanlardan birisiz. O dönəmdəki qurumla indiki arasında hansı fərqlər var?
- AFFA təsis olunandan bəri onun konfranslarında iştirak etmişəm. Təbii ki, o dövrdə struktur yenicə formalaşırdı. Yəni o AFFA ilə bugünkü arasında çox fərq var. Həmin dönəmdə federasiyada 3-4 şöbə var və yaxud da qurum var idisə, indi maşallah, saymaqla bitməz.

- Azərbaycanın başqa bölgələriylə müqayisədə cənubda futbolun durumu necədi?
- Sözsüz, cənub futbolu həmişə diqqət mərkəzində olub. O cümlədən, indi də cənub bölgəsində, Lənkəranda böyük futbolun yaranmasıyla bağlı gündəmdə bəzi məsələlər var. Əlbəttə, ölkəmizinin bütün guşələrində futbol olmalıdı. Xüsusən də cənub bölgəsində futbola sevgi, məhəbbət daha çoxdu. Bu baxımdan da hesab edirəm ki, burda da strukturun formalaşmasında, futbolun inkişafında regionumuzun töhfələri olar. Hazırda milli komandamızda vaxtlə “Xəzər Lənkəran”ın formasını geymiş və onların yetişməsində mənim də məşqçiliyim, rolum olmuş Toral Bayramov, Nəriman Axundzadə kimi futbolçular çıxış edir. Onlara elit məşq qrupunda dərs keçmişəm. Uşaq yaşlarından isə onların məşqçisi Röyal və Xəyal Abbasov əkiz qardaşlarının məşqçi kimi formalaşmasında bir az təvazökarlıqdan uzaq olsa da, böyük əməyim olub. Doğrudu, onlar futbol oynayırdı. Ancaq məşqçi kimi onları mən dəvət etmişəm. Onlar da sağ olsunlar ki, bu əməyimi itirməyiblər.

- Regionlarda futbolun inkişafı üçün hansı addımlar atılmalıdı?
- Hesab edirəm ki, AFFA-nın strukturunda ciddi dəyişikliklər olmalıdı. Sözsüz, yarandığı gündən bəri federasiya inkişaf etməkdədi. Maşallah, dünya strukturu səviyyəsində olan bütün qurumlar bu gün AFFA-da formalaşır. Sadəcə, istərdim ki, bu struktur işlək olsun. Bunun işlək olması üçün isə regionlarda strukturlar qurmaq lazımdı. Məsələn, AFFA-nın binasında yığışıb nəsə təşkil etmək əvəzinə yaxşı olardı ki, belə qurumları, strukturları regionlarda yaradaq. Əlbəttə, asan proses deyil. Məsələn, hansısa regionda bunu eksperiment kimi sınaqdan keçirib, başlamaq lazımdı ki, sonra da inkişafa doğru irəliləyək.

- Yenə “Xəzər Lənkəran”ın geridönüş xəbərləri gündəmdədi. Klub fəaliyyətini dayandırandan sonra müəyyən zaman kəsiklərində tez-tez belə xəbərlər görmüşük. Ancaq reallıqla yanaşsaq, hələ də bu zamana kimi heç bir xəbər təsdiqini tapmayıb. Bu dəfə necə düşünürsüz?
- “Xəzər Lənkəran”ın bərpası, yaşıl meydanlara dönüşü haqda mediadan eşidirəm, görürəm. Nəinki təkcə cənubun, ümumiyyətlə, Azərbaycan futbolunun inkişafını istəyən hər kəs yeni bir klubun yaranmasını və ya bərpasını alqışlayar. Xüsusən də cənub bölgəsində futbolu çox sevirlər. Burda özünəməxsus futbol ənənələri var. Məlumat üçün bildirim ki, dostum Hüseyn Cəbrayıloğlu ilə birlikdə “Cənubda futbolun inkişaf tarixi” kitabını yazmışıq. Ümid edirəm ki, həmin kitabın 2-ci cildini yazmaq da bizə müyəssər olar. Əlbəttə, futbolumuz inkişafa doğru gedir. Sadəcə, nəticələr üçün çox tələsirik. Həmin nəticələri qazanmaq üçün, yəni Avropa, dünya futboluna inteqrasiya etmək üçün müəyyən işlər görülməlidi. Buna da zaman lazımdı. Məsələn, Gürcüstan millisinin AÇ-2024-ün final mərhələsinə vəsiqə qazanmasına çox sevindim. Onların AÇ-da iştirakı, düşünürəm ki, bizim üçün də rəqabət yaradacaq. Futbolçularımızda da bir hiss yaranacaq ki, niyə biz yox? Belə istək olmalıdı. Həmçinin buna görə müəyyən işlər görülməlidi. Ən azı bu istiqamətdə bir sıra işlərin görüləcəyinə inanıram.

- Rəhbəri olduğunuz Cənub Regional Futbol Federasiyası hazırda nə işlər görür? Yəni yeni layihələr, planlar, futbolun inkişafı üçün tərtib olunan müəyyən proqramınız var?
- Bəli, təkliflərim var. Artıq AFFA-ya təkliflər göndərmişəm ki, orda olan struktur regionlarda da yaradılsın. Məsələn, regionlarda hakim-inspektor, hakimlər, AFFA nümayəndəsi kimi mütəxəssislər, məşqçilər yetişdirilsin. Məşqçilərin formalaşması üçün heç də Bakıya getməyə ehtiyac qalmasın. Elə həmin seminarların öz yerlərində keçirilməsi daha yaxşı olar. Futbol geniş bir sahədi. Bax, bu strukturu yaratmaq üçün bütün regionlarda bu işləri başlatmaq lazımdı. Sözsüz, bir dəfəyə hamısını etmək mümkün deyil. Amma mərhələ-mərhələ bu addım atılmalıdı.

- Uzun illərdi ölkə futbolundasız. Başa çatan mövsümü necə dəyərləndirirsiz?
- Bu mövsüm komandaların səviyyəsi tədricən inkişaf edib. Bunu hamımızın sevdiyi “Qarabağ”ın timsalında görmək olar. Lakin yalnız bir klubla Avropada rəqabətə tab gətirmək olmaz. Futbolun inkişafı üçün ən azı “Qarabağ” kimi 4-5 klubumuz olmalıdı. Bununla bağlı da bir sıra işlər görülməlidi. Bu gün qərar verək, komandaların sayını artıraq - bu asan məsələ deyil. Bunun üçün müəyyən struktur qurulmalıdı. O yerlərdə ki, futbol yaranıb, onun müasir tələbatlara cavab verən strukturu, bazası, azarkeşi, ümumiyyətlə, futbol təsərrüfatı olmalıdı. Hələ elitada çıxış edən elə klublarımız var ki, onların infrastrukturu istənilən səviyyədə deyil. Bu gün yüksək liqada mübarizə aparan komandaların hər birinin strukturu formalaşmalıdı. Bu yöndə klublarımızı inkişaf etdirmək, onlar arasında rəqabət yaratmaq lazımdı.

- Cənub bölgəsini elitada və ya 1-ci liqada təmsil edən heç bir komanda yoxdu. Bu məqam regionun futboluna nə dərəcədə təsir göstərir?
- Cənub bölgəsindən elitada çıxış edən komanda yoxdusa, demək olmaz ki, bu bölgədə futbol yoxdu. Bu gün həm Region Liqasında, həm də 2-ci liqada cənub regionundan komandalar var. Hesab edirəm ki, cənub bögəsindən olan komandaların bütün liqalarda çıxış etməsi istiqamətində işlər getməlidi.

- Bir neçə il öncə “Xan Lənkəran” futbol klubu təsis edilmişdi. Həmin komanda Region Liqasında çıxış etdiyi müddətdə hətta söz-söhbət də var idi ki, klub “Xan”ı “Xəzər”lə dəyişəcək. Və “Xəzər Lənkəran” adı altında mübarizə aparacaq. Hazırda nə “Xan” var, nə də “Xəzər”.
- Son illərdə cənub zonasında yeni yaradılan çox klub var. Mən də öz növbəmdə hər birinə bacardığım qədər dəstək oluram. Bunu alqışlayıram. Asan məsələ deyil ki, regionda köklü klub yaradasan. Xüsusiylə də “Xəzər Lənkəran”dan sonra burda başqa klub yaratmaq bir az ağır gəlir. Çünki azarkeşlər bunu həzm eləmir. Ən azı “Xəzər Lənkəran” səviyyəsində bir komanda görmək istəyirlər. Bu üzdən də ümid edirəm ki, Lənkəranda yenidən strukturu olan səviyyəli bir komanda görə bilərik.

- Bir məqam da var ki, AFFA prezidenti Rövşən Nəcəf Hesabat-seçki Konfransında dedi ki, “Xəzər Lənkəran” ən aşağı dəstədən başlayıb, mübarizə apararaq elitaya qədər yüksələ bilər. Lakin bəzi azarkeşlər bu fikirlə razı deyil. Bu haqda nə düşünürsüz?
- Heç olmamaqdansa, hardansa başlamaq daha yaxşıdı. O güc, qüvvə, azarkeşlər olacaqsa, həmin maliyyə vəsaiti ayrılacaqsa, əlbəttə, komanda harda olur-olsun, gəlib öz yerini tutacaq. Çünki “Xəzər Lənkəran” yeni yaranan klub olmayacaq. Artıq bu klubun yaxşı bazası var. Həmin bazanı bir balaca əl gəzdirib, daha yaxşı vəziyyətə gətirmək olar. Yəni həmin bazaya görə heç bir klub “xəzər Lənkıran”la rəqabət apara bilməz. Bu komandanın ikinci üstünlüyü də odu ki, dəli kimi sevən azarkeşləri var. Klubun yaradılmasına gəlincə, hardan yaradırlar- yaratsınlar, pillə-pillə irəliləyib sonda öz yerini tutacaq və ölkə futboluna xidmət edəcək.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

İdman

1-08-2022, 18:0

Sakin Məmmədzadə daha 5 il federasiyaya rəhbərlik edəcək

Ölkə futbolu / Manşet

23-10-2022, 19:0

Höccət Hacıyev AFFA-nın komandanı diviziona buraxacağına ümid edir

Ölkə futbolu / Manşet

15-05-2022, 16:0

“Qobustan” “Xan Lənkəran”a varislik vermək üçün hüquqi işlərə başlayıb - MÜSAHİBƏ

Ölkə futbolu / Layihə / Manşet

17-12-2023, 23:0

“Xəzər Lənkəran”ın sabiq rəsmisi: “Ölkənin ən böyük tribunası futbolsuz qalıbsa...” - LAYİHƏ

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Bu gün, 21:44
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Bu gün, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Bu gün, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Bu gün, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Bu gün, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
Daha çox
Oxunub: 210
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 102
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə