Bundestimin “qapısında” yenə gərginlik var.
DÇ-2006-dan öncə Almaniya yığmasında qapıçı mövqeyi ilə bağlı yaranmış problem az qala ölkə hüdudlarını da aşmışdı. O vaxt doğma vətəndə keçirilən mundial üçün məşqçilər korpusunun qərarı ilə Yens Lemann əzəmətli Oliver Kanndan üstün sayılmışdı. 18 ildən sonra Almaniya yenə öz torpaqlarında nəhəng turnir – bu dəfə Avropa çempionatını qəbul edir. Maraqlıdı ki, yenə də bundestimdə ən çox müzakirə olunan mövqe qapıdı. “Bavariya”lı Manuel Noyer ilə “Barselona”lı Mark-Andre ter Ştegen arasında illərdi davam edən ədavət belə görünür ki, məhz AÇ-2024 ərəfəsində zirvə nöqtəsinə çatıb.