Kun Kastels karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
31 yaşlı belçikalı qapıcı yeni mövsümdən yüksək liqada mübarizə aparacaq “Əl-Kadisiyə” ilə anlaşıb. Kastels yeni klubu ilə 2,5 illik müqavilə imzalayıb. O, bu günlərdə 2015-ci ildən formasını geydiyi “Volfsburq”dan ayrılıb.
Qeyd edək ki, Tibo Kurtuanın yoxluğunda Kastels Avroa çempionatında Belçika yığmasının əsas qapıçısı olacaq.