• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qvardioladan dərs alan italiyalı - Mareska “Çelsi”ni zirvəyə necə çıxara bilər?

Dünya futbolu

10-06-2024, 23:0

Bir neçə gün əvvəl “Çelsi”də baş məqşçi problemi yoluna qoyulub.

“Football-plus.az” xəbər verir ki, gözlənildiyi kimi, paytaxt komandasını növbəti mövsümdən Entso Mareska çalışdıracaq. Onunla 5 il müddətinə nəzərdə tutulan müqavilə imzalanıb. 2023-cü ildən “Lester”i çalışdıran italiyalı yeni komandasında istefaya göndərilən Maurisio Poçettinonun yerini tutub. “Çelsi” rəhbərliyi son günlər Mareskanın təzminatıyla bağlı “Lester”lə də danışıqlar aparırdı. Hələ ki, İngiltərə klublarının hansı məbləğə razılaşmasına aydınlıq gətirilməyib.

Niyə məhz Mareska?
London klubu Poçettinonun yerinə Çempionlar Liqasında (ÇL) qalib gələn təcrübəli almanlar Hans-Diter Flik ilə Tomas Tuxel və gənc italyanlar Roberto De Zerbi ilə Mareskanı görmək istəyirdi. Namizədlərin siyahısında bir ara Kiran Makkennanın adı da hallanmışdı. Lakin “zadəganlar” son mövsümdə premyer-liqaya çıxardığı “İpsviç”dən əvvəl “Mançester Yunayted”in yeniyetmələrdən ibarət komandalarına başçılıq etmiş gənc ingilisə təklif irəli sürməyi lazım bilmədilər. Flik “Barselona”ya üstünlük verdi, Tuxeli Londona qaytarmaq mümkün olmadı və nəticədə “Stemford Bric”də Mareska peyda oldu.

Başqa sözlə, premyer-liqanın növbəti mövsümündə Mikel Artetadan (Arsenal) sonra Xosep Qvardiolanın daha bir keçmiş köməkçisi iş başında olacaq. İspaniyalı Arteta “topçular”ın bazasının bütün giriş və çıxış qapılarının yerinə bələd idi. Ona görə ki, futbolçu karyerasının son 5 ilini (2011-16) ağ-qırmızı formada keçirmişdi. Deməli Todd Boeli “Yuventus” və “Sevilya”nın sabiq yarımmüdafiəçisinə üstünlük verməklə bir qədər riskli gediş edib. Yeri gəlmişkən, “Çelsi”nin həmsahibi kluba gəlişindən sonra Tuxelə qapını göstərib. Ona xələf seçdiyi Qrehem Potteri də qovub. Sonuncunun yerinə təyinat verdiyi “Çelsi”nin əfsanəsi Frenk Lemparda da lazımi qədər işləmək imkanı verməyib.

Ümumiyyətlə, Boeli paytaxt klubuna rəhbərlik etdiyi qısa müddətdə məşqçilərə münasibətdə hövsələsiz davranışı ilə tanınıb. O, hətta son mövsümün həlledici mərhələsində uğurlu nəticələrlə komandanı avrokuboka çıxarmağı bacaran Poçettino ilə də erkən vidalaşmağı lazım bildi. Və Marskanı təyin etdi. O məşqçini ki, “Lester”i premyer-liqaya qaytarmasına baxmayaraq, yerli fanatların sevgisini tam şəkildə qazana bilməyib.
İndi İngiltərə çempionatının yüksək liqasında dazbaş mütəxəsislərin sayı ötən mövsümlə müqayisədə çoxdu. “Liverpul” özü getmək qərarını verən Yürgen Kloppun yerinə niderlandlı Arne Slotu təyin edib. Qvardiola MS-də qalır, Erik ten Haq böyük ehtimalla MY-dəki fəaliyyətini davam etdirəcək. Mareska isə yaşca özündən böyük həmkarlarının sırasına qoşulacaq.

O, vacib oyunların ustası deyil
Bəli, “Lester” birillik fasilədən sonra yenidən elit liqada yarışacaq. Komanda çempionşipdə mövsümü 46 oyuna 97 xalla lider kimi başa vurub. “Tülkülər” 32-ci turdan sonra “Lids”i 12 xal qabaqlayırdılar. 10 tur sonra 2-ci yerdə olan “İpsviç” ilə aradakı xal fərqi yalnız 3-ə bərabər idi. Marskanın komandası “Lids”ə hər iki oyunda məğlub oldu. Maraq üçün lidslilərin sonda müntəzəm çempionatda 3-cü yeri tutub mübarizəni pley-offda davam etdirdiklərini və finalda “Sauthempton”a uduzduqlarını (0:1) qeyd edək. Fanatları Mareskadan narazı salan digər nəticələr “Milluoll”a və “Plimut”a məğlubiyyətlər oldu.

İtalyan çalışdırıcının əsas problemi ideyalarını matçda baş verənlərdən daha vacib saymasıdı. Bəxtsizlikdən “Lester” Liqa kubokunun 1/16 finalında “Liverpul” ilə qarşılaşmalı oldu. Ötən il sentyabrın 29-da “Enfild”də hesabı erkən açmasına baxmayaraq, sonda 1:3 uduzan “tülkülər” bir neçə aydan sonra qarşılarını turnirin gələcək qalibinin kəsdiyini bildilər. “Çelsi”yə qarşı oyun onlar üçün dramatik alındı. İngiltərə kubokunun 1/4 finalının martın 17-də Londonda keçirilən oyununun əsas vaxtının nəticəsi 2:2 hesablı “sülh” oldu. Lakin Mareskanın komandası hakimin əlavə etdiyi dəqiqələrdə iki cavabsız top buraxaraq mübarizəni dayandırdı. Premyer-liqa təmsilçisinə səfərdə 2:4 hesablı məğlubiyyətə görə “tülkülər”i qınamaq olmur. Amma Mareskaya ölkə futbol ictimaiyyətində mərkəzi və vacib oyunların ustası olmamaq kimi damğa vurulub.

Əsas odu ki, Boeli “Lester”in sərgilədiyi oyunu çox bəyənib. Hərçənd “Çelsi” kubok matçında rəqibini qapıya dəqiq zərbələr planında 8:1 hesabıyla üstələmişdi. Mareska həm də yalnız bir oyun üslubuna sadiq qalmasına görə tənqid olunur. “Lester” mövsüm ərzində topa hər oyuna orta hesabla 62,2 faiz nəzarət etsə də, hücum xəttinin effektivlik göstəricisi elə də yüksək deyil. Maraqlıdı ki, “tülkülər” belə yüksək nəticə fonunda çempionşipdə ən az (41) top buraxan komanda olub. 89 qol vuran “Lester”in yalnız “İpsviç”dən (92) geri qaldığını da bildirək.

Boeli həmişə problem yaşayacaq
Potter, Lempard, Poçettino və Mareska müxtəlif oyun üslublarına üstünlük verən məşqçilərdi. Onlar Roman Abramoviçdən sonra gələn rəhbərliyin dövründə yeni futbolçuların transferlərinə 1 milyard funt sterlinq xərclyən klubu uğura daşımağa məhkum ediliblər. Boeli KİV-ə açıqlamalarında məşqçilərin işinə müdaxilə etmədiyini dəfələrlə vurğulasa da, bütün vacib qərarların arxasında dayandığı çoxları üçün sirr deyil.
Son iki mövsümdə saya-hesaba gəlməyən problemlərlə üzləşən komandaya Mareskanı təyin etmək premyer-liqada “Arsenal”a təyinatı zamanı təcrübəsiz olan Artetaya güvənən Sten Kronkedən sonra daha bir amerikalı biznesmenin uğur qazanmaq cəhdidi. Arteta 2019-cu ildən çalışdırdığı komandası ilə bir dəfə ölkə kubokunu, iki dəfə isə İngiltərə superkubokunu qazanıb. Göründüyü kimi, böyük uğurlara nail ola bilməyib. Mareska üçün də “Çelsi” ilə böyük titul qazanmaq çətin olacaq. Bu yerdə bir maraqlı məqamı xatırladaq. Aşağı liqada ardıcıl iki məğlubiyyətdən sonra “Lester”də komanda iclasına baş məşqçi yox, veteran futbolçu Ceymi vardi başçılıq etmişdi. 44 yaşlı Mareska Zinəddin Zidan kimi böyük adı daşımadığından futbolçulara kritik məqamlarda klubun əsas futbol adamı kimi təsir etmək xüsusiyyətinə malik olmayıb. Təsadüfə bax ki, “Çelsi”də son vaxtlar məhz xarizmatik liderin yoxluğu aşkar hiss olunur. Doğrudu, komanda mövsümün bəzi oyunlarında çox yaxşı görünüb. Gənc Koul Palmerin futbolçu kimi inkişafına zərif xarakterli Poçettinonun mənfi təsiri olmayıb. Amma argentinalı mütəxəssisin Entso Fernandes, Moyses Kaysedo, Mixail Mudrik və Nikolas Cekson kimi digər gənc oyunçularından maksimumu ala bilmədiyi dəqiqdi.

Hücum futbolunu xoşlayan məşqçi
2020/21 mövsümündə “Maçester Siti”də Qvardiolanın köməkçilərindən biri olan Mareskanın müəllimi kimi hücum futbolunu xoşlaması aydın məsələdi. Ondan başqa cür oyun da gözləmək olmazdı. Bu yay “Çelsi”nin heyətində universallığı ilə seçilən cinah müdafiəçisinin peyda olacağı gözlənilir. Belə oyunçu MS və “Arsenal”da olduğu kimi yeri gələndə meydanın mərkəzinə meyl edəcək. Ris Ceyms ilə Mark Kukurelyanın belə funksiyanın öhdəsindən gələ biləcəyi ehtimal olunur. Mareskanın komandası üç müdafiəçili sxemə hibrid şəklində keçid də edə bilər.

Kaysedo Rodrinin MS-də yerinə yetirdiyi rolu üzərinə götürə bilsə, ekvadorlu hücum zamanı müdafiəyə çəkilməyə də hazır olmalıdı. Yox, bu, onda alınmasa, Ceyms və ya Kukurelya mərkəzə çəkiləcək, ikinci cinah oyunçusu isə orta xətdə lazımi funksiyanı yerinə yetirməli olacaq. Bir sözlə, Mareska “Siti”də yaxşı məktəb keçib. O, yaxşı bilir ki, indi müdafiə həndəsi fiqurlarla oynanılan oyundu. Xavbek və ya cinah müdafiəçisi meydanın dərinliyindən “sığortalanar”sa, üçbucaq düzülüşü alınacaq. 4-2-3-1 sxemində Kaysedo ilə Fernandes meydanın dərinliyində oynasalar, “Çelsi” kvadrat düzülüşünün sayəsində müdafiə olunacaq. Virtual künclər uzanacağı halda meydanda trapesiya alınacaq. Nəhayət, müdafiənin dərin fazasında beşguşəli qısa blok formalaşacaq.

Mareska nəzəri cəhətdən fərasətli mütəxəssis olduğunu artıq sübut edib. Ümumiyyətlə, Qvardiolanın digər şagirdləri Arteta ilə Kompani də istedadlıdılar. Lakin “Bavariya”, “Çelsi” və Qvardiolanın məşqçilik akademiyasının daha bir üzvü Xavinin çalışdığı “Barselona” inanılmaz dərəcədə toksik klublardı. Bu komandaların son vaxtlar yaşadığı əsas problemlərin mənbəyini məşqçilər deyil, bosslar təşkil ediblər. Boelinin artıq “Barselona”dan qovulan Xaviyə təklif irəli sürə biləcəyi haqda xəbər doğru çıxmadı. Mareska ispaniyalı ilə müqayisədə ingilis dilini bilir. İtaliyalı Poçettinonun komandasının mövsümün son matçlarındakı uğurlu çıxışını davam etdirə bilər. Onun əsas çətinliyi klub tərəfindən uzun müddət dəstək alıb-almayacağı ilə bağlı olacaq. Başqa sözlə, mövsümə əla start Mareska üçün heç nəyə təminat verə bilməz. Unutmayaq ki, Boeli komandanı ÇL-də qələbəyə daşıyan Tuxelə belə güzəşt etməyib...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-06-2024, 20:0

“Çelsi”də gözlənilən təyinat

Dünya futbolu

31-05-2024, 21:0

“Çelsi” axtardığı məşqçini tapdı

Dünya futbolu

28-05-2024, 23:0

“Lester”i “Çelsi”yə dəyişə bilər

Dünya futbolu

17-06-2023, 18:0

İngiltərə klubunda yeni təyinat

Dünya futbolu

11-04-2023, 19:0

“Lester”i o, xilas etməyə çalışacaq

Dünya futbolu

6-05-2024, 15:0

Premyer-liqaya vəsiqə qazandılar

Aktual
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
Son xəbərlər
  • Bu gün, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Bu gün, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Bu gün, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Bu gün, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Bu gün, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Bu gün, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Bu gün, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Bu gün, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Bu gün, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Bu gün, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Bu gün, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Bu gün, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Bu gün, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Bu gün, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Bu gün, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Bu gün, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Bu gün, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Bu gün, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Bu gün, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Bu gün, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Bu gün, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Bu gün, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Bu gün, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Bu gün, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Bu gün, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Bu gün, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 239
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə