• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İtaliyanı səviyyəcə bir qədər aşağıda göstərməyi xoşlayıram” - Kyellini “kirikoço”ya aydınlıq gətirdi

Dünya futbolu

5-06-2024, 22:0

Corco Kyellini hazırda vətəni İtaliyadadı.

“Football-plus.az” xəbər verir ki, “Yuventusun sabiq müdafiəçisi “Sky Sport” telekanalına eksklüziv müsahibə verib. Şənbə günü onun üçün əlamətdar hadisə ilə yadda qalıb. Möhtəşəm karyerasını ötən il “Los Anceles”də başa vuran 39 yaşlı Avropa çempionu İtaliyada ilk dəfə keçirilən “Collect It” mərasimində iştirak edib. Əfsanəvi futbolçuya “Yuventus”un formasında çəkilən qızıl vərəqə təqdim olunub. Kyellini “Sky Sport”a müsahibəsində daha çox aktual sualları cavablayıb.

- Karyeranızın iki parlaq anını xatırlayın.
- Bunları seçirəm: birinci hadisə “Uembli”dəki finalda Avropa çempionatındakı qələbə və ikincisi “Real”la oyunda başımın yarıldığı anın fotoşəklidi.

- Yeri gəlmişkən, bu gün Çempionlar Liqasının finalı keçiriləcək. Matçın nəticəsi necə olacaq?
- Düzünü desəm, bir proqnozum var: matç o qədər də gərgin keçməyəcək. Hərçənd futbolda hərdən gözlənilməz hadisələr də baş verir. Nə desən, ola bilər, amma mənim proqnozum belədi: 99 faiz “Real” qalib gələcək, “Borussiya”nın qələbə ehtimalı isə 1 faizə bərabərdi. Turnirdə uzun illər idi belə balanslaşdırılmayan finala təsadüf edilmirdi. Bizi əla atmosferdə keçəcək yaxşı oyun gözləyir.

- Bəs İtaliya komandasının Çempionlar Liqasında qələbəsini nə vaxt görəcəyik?
- Fikrimcə, həmin hadisəyə çox da qalmayıb. Bu mövsüm “İnter”in bəxti bir qədər gətirmədi: milanlılar “Atletiko” üzərində qələbəyə layiq idilər. Nə etmək olar, bu turnirdə bəxt olmadan qalib gəlmək də olmur. Biz Çempionlar Liqasında mübarizəyə heç də favoritlər sırasında başlamırıq, buna baxmayaraq, turnirdə İtaliyanın hansısa komandasının çempion olacağına ümid edirik.

- Spallettinin başçılıq etdiyi İtaliya yığmasını necə görürsüz?
- İndi söhbət gənc komandadan gedir. Milli komandada nəsildəyişmə prosesi gedir. Bunu oyunçuların orta yaş göstəricisi də sübut edir. Amma yığmaya Spalletti kimi karyerasının zirvə dövrünü keçirən mütəxəssis başçılıq edir. Onda xüsusi nəsə və “skuadra adzurra”ya məhəbbət hissi var. Onun ağlagəlməz nəticyə nail ola biləcəyinə ümid var. Bu komandanın oyununu izləmək mənim üçün maraqlı və həyəcanlı olacaq.

- Amma Avropa çempionatının favoritləri kimi başqa komandalar göstərilir.
- Mən isə yığmamızın favoritlər sırasında olduğunu düşünürəm. Ən yaxşılar Fransa, Portuqaliya və İngiltərədi. Bu komandalardan başqa zəngin tarixə malik İspaniya və ev sahibi Almaniyanın da adını çəkmək istərdim. Əsas favoritlər məhz bu yığmalardı. İtaliyanı səviyyəcə bir qədər aşağıda göstərməyi xoşlayıram və bunda pis bir şey görmürəm. Əminəm ki, 1/8 finaldan başlayaraq heç bir rəqib İtaliya ilə qarşılaşmaq istəməyəcək.

- Əvvəlki qitə çempionatında sizinlə bağlı ən yaddaqalan epizodlardan biri kimi finalda Sakaya qarşı kobud hərəkətiniz göstərilir. Həmin anı necə xatırlayırsız?
- Əslində onda axmaq səhvə yol verdim: vəziyyəti düzgün dəyərləndirmədim, amma həmin şəraitə reaksiya vermək imkanım vardı. Onda ən gözəl şəkildə olmasa da, doğru hərəkət etdim. Mən belə oyunçuyam, zəriflik və üslubdan çox effektivlik haqda düşünürəm.

- Daha bir epizodu sizin penalti seriyası zamanı qışqırdığınız “kirikoço” sözü ilə ifadə edirlər... Bu söz necə dilinizə gəldi?
- Həmin söz Bentankur ilə Dibalanın sayəsində ortaya çıxıb. Onlar “Yuventus”un rəqiblərinin yerinə yetirdikləri penalti və cərimə zərbələri zamanı bu sözü qışqırırdılar: rəqiblərə normal zərbə endirməkdə mane olmağa çalışırdılar. Mən “kirikoço”nu onlardan götürmüşəm. Arabir rəqiblərə bu sözlə təsir etməyə çalışıram. Amma ingilislərlə penalti seriyasında bunun bizə elə bir xeyri olmadı. Yəqin ki, “Cicio” qışqırmaq lazım idi (yığmanın qapıçısı Canluici Donnarumma penalti seriyasında Ceydon Sanço ilə Bukayo Sakanın zərbəsini dəf edib – red.)...

- Kim yeni Kyellini ola bilər?
- Belə müqayisənin mənasız olduğunu düşünürəm. Özüm vaxtilə Kannavaro ilə birgə oynamışam, amma heç kim mənə “ikinci Kannavaro” adını verməyib. Heç özüm də ona bənzəməyə çalışmamışam. İndi ölkə futbolunda inkişafameyilli oyunçular var. Bastoni kifayət qədər təcrübəlidi, sözsüz ki, əvvəlki qitə çempionatında iştirakının ona çox faydası olub. Barella Jorjinyo kimi beynəlxalq arenada möhkəmlənib. Onlardan başqa komandamızda dünyanın ən yaxşı qapıçısı var: Donnarumma “skuadra adzurra” üçün əlavə dəyər sayılır.

- Bonuççi bir neçə gün əvvəl karyerasını başa vurduğunu elan etdi. Ona hansısa mesajı ötürmək istəyirsiz?

- O, bizim “trio”da (İtaliyada “Yuventus”da uzun müddət çıxış edən müdafiəçilər Barzalyi, Bonuççi və Kyellinidən ibarət “üçlük” məşhur BBC abbreviaturası ilə də tanınır – red.) meydanı tərk edən sonuncu oyunçu oldu. Hə, indi üçümüz də meydandan kənarda sayılırıq. Onunla birlikdə uzun illər ərzində oynamışam. Leonardoya lazımi məqamlarda nə istəmişəmsə demişəm. Onunla unudulmaz anları yaşamaq mənim üçün böyük şərəf olub.

- Necə düşünürsüz, ola bilər ki, BBC həm də Canluici Buffonla birlikdə nə vaxtsa yenidən bir araya gələr?
- Əla olardı. Ola bilsin ki, Bonuççi məşqçi, Barzalyi onun köməkçisi, Kyellini direktor, Buffon isə prezident kimi özünü ən yaxşı tərəfdən göstərsin. Amma bunlar reallaşması mümkün olmayan arzudan başqa bir şey deyil.

- Bəs özünüz gələcəkdə hansı işlə məşğul olmağı planlaşdırırsız?

- Yay sona çatandan sonra Turinə qayıdacağam. Hazırkı məqamda başqa planlarım yoxdu. Los Ancelesdə işləməyə başlamışam: ordakı işimi xoşlayıram, idarəetmə və biznes əlaqələri sahəsində hər şeyi həvəslə öyrənirəm.

- Kontenin “Napoli”yə gözlənilən gəlişi haqda nə düşünürsünüz?
- Ağımdan müsbət fikirlər keçir. Onun yeni komandadakı işlərinin yaxşı alınacağını düşünürəm. Neapolda nəyisə dəyişməli olacaq: bu, “Napoli” üçün bomba effekti verə biləcək əlaqə olacaq.

- Bəs Tyaqo Mottadan “Yuventus”da nə gözləyirsiz?

- O, vatilə meydanda olarkən özünü məşqçi kimi aparırdı. Məşqçi olacağı aydın idi. Son mövsümdə “Bolonya”da çox böyük iş görə bildi. Tyaqo uğur qazanmaq üçün hər cür keyfiyyətə malikdi. “Yuventus”dakı işlərinin yaxşı alınacağını düşünürəm.

- “Yuventus” son mövsümdə necə təsir bağışladı?
- Komanda bacardıqlarından maksimum istifadə etdi. Fikrimcə, hətta Qvardiola da bu komanda ilə daha artığına nail ola bilməzdi.

- Avropa çempionatında iştirak edəcək futbolçulara sözünüz nədi?
- Turnirdə baş verəcək hadisələrdən ləzzət alın. Təzyiq altında oynamamaq mümkün deyil. Turniri şərh edəcəyim “Sky”da görüşərik.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-01-2024, 12:0

Avropa çempionu məşqçi oldu

Dünya futbolu

26-04-2022, 12:0

Kyellini millidəki karyerasını başa vuracaq

Dünya futbolu

11-12-2023, 16:0

Avropa çempionu finişə yaxınlaşıb

Dünya futbolu

11-12-2023, 18:0

Avropa çempionu finişə yaxınlaşıb

Dünya futbolu

5-03-2023, 20:0

Kyellini MLS-də qol hesabını açdı

Aktual
Elvin də qol vurdu, Abbas da - “Qarabağ”dan böyükhesablı qələbə!
Elvin də, Abbas da oyuna çıxdı!
Turan Manafovla Paulo Quimbila hardadı? - klubdan açıqlama
“Sabah” çempionluğunu azarkeşlərlə Şamaxıda qeyd edəcək?
Kamranbəy Rəhimov "Neftçi" üçün xal ümididi!
“Mahir uşaq deyil, kifayət qədər yaşı, futbol və həyat təcrübəsi var” – “Kayzerslautern”dən getsinmi?
Son xəbərlər
  • Bu gün, 18:42
    “Bunu bacarmasalar, çempionluqları kölgədə qalacaq” - Mahmud Qurbanov niyə “Sabah” haqda belə dedi?
  • Bu gün, 18:11
    Saka son bir neçə ildəki ən pis mövsümünü keçirir - “Arsenal”ın vingeri niyə bu qədər geriləyib?
  • Bu gün, 17:40
    “Bavariya”dan növbəti möcüzə! - İCMAL
  • Bu gün, 17:19
    Hacinin yığmaya növbəti gəlişi nə vəd edir? - “O deyirdi ki, pley-offu keçməsəm, xəstələnə və ölə bilərəm”
  • Bu gün, 16:58
    Sarr "Şaxtyor"u 21-ci saniyədə məyus etdi - "Qarabağ"ı Avroliqanın rekordu ilə nə bağlayır?
  • Bu gün, 16:26
    “Əl-Nəssr” qalib gəldi, Merih Dəmiral əsəbləşdi - “Hamı onların çempion olmasını istəyir”
  • Bu gün, 15:55
    La Liqada hamını arxada qoydu
  • Bu gün, 15:24
    Mbappe nə vaxt qayıdacaq?
  • Bu gün, 14:53
    “Qarabağ”ın, yoxsa “Sabah”ın çempionluğu vacibdi?
  • Bu gün, 14:32
    Füzulidə qızlar üçün futbol festivalı keçirildi
  • Bu gün, 14:01
    Elvin də qol vurdu, Abbas da - “Qarabağ”dan böyükhesablı qələbə!
  • Bu gün, 13:40
    Mövsümü erkən başa vurdu
  • Bu gün, 13:19
    Tahir Gözəl "Sabah"ı təbrik etdi
  • Bu gün, 12:58
    Millimiz Belarusa qalib gəldi
  • Bu gün, 12:37
    "Sabah" və "Zirə" kubokun finalında əcnəbi hakimə razılıq verdi - AFFA hansı addımı atacaq?
  • Bu gün, 12:16
    Elvin də, Abbas da oyuna çıxdı!
  • Bu gün, 11:54
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı
  • Bu gün, 11:23
    ''Fənərbaxça''nın kapitanı bir illik futboldan kənarlaşdırıldı! - Edersonun da cəzası bəlli oldu
  • Bu gün, 10:52
    UEFA ona ağır cəza kəsdi
  • Bu gün, 10:31
    DÇ-2026-nın mükafat fondu artırılacaq
  • Bu gün, 10:00
    Rokkinin cəzalanması “İnter”i B seriyasına göndərə bilər
  • Bu gün, 01:02
    Arda Turan acı məğlubiyyətlə üzləşdi
  • Bu gün, 00:04
    9-cu çempion: "Sabah" - 18 ildə ilk
  • Dünən, 23:05
    “Sizdən bir xahişim olacaq: bu gün olarmı sual verməyəsiz?” – Yuri Vernidub
  • Dünən, 22:47
    “Həmişə çempion olası deyilik ki...” – Qurban Qurbanov
  • Dünən, 22:19
    "Neftçi" mövsümün ən böyükhesablı qələbəsini qazandı
  • Dünən, 21:54
    "Neftçi" "Zirə"ni arxada qoydu, "Sabah" çempion oldu - YENİLƏNİB
  • Dünən, 20:57
    AFFA rəhbərliyi FİFA-nın Konqresində
  • Dünən, 19:34
    "Neftçi" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:51
    Ferrara skudettonu əsas hədəf sayır - “Artıq dünyanın ən yaxşı oyunçularına malik deyilik”
  • Dünən, 18:20
    “İnter” 3, “Latsio” 7 ildən sonra finalda oynayacaq - İCMAL
  • Dünən, 17:59
    Məşqçilər üçün beynəlxalq seminar
  • Dünən, 16:58
    Turan Manafovla Paulo Quimbila hardadı? - klubdan açıqlama
  • Dünən, 16:27
    Binə stadionuna FİFA sertifikatı verildi
  • Dünən, 15:56
    Cüdoçularımızın ilk rəqibləri müəyyənləşdi
Daha çox
Oxunub: 296
QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! - Mirşahin Balaş Qasımovu yox, Rəşad Məcidi dəstəklədi
Oxunub: 191
Vernidub Abubakarla Sakonu komandadan qovub?! – o kobud səhvin əks-sədası…
Oxunub: 157
“Qarabağ”ın cərrahi müdaxiləyə ehtiyacı var! – Qurban Qurbanov neçə futbolçu qovacaq?
Oxunub: 130
“Kayzerslautern”in AFFA-nı və Emrelini aldatması... – bəs, Mahir niyə özünü aldadır?
Oxunub: 130
“Pul hər şeyi yox, çox şeyi həll edir” – “Şamaxı”dan cavab
Oxunub: 126
“AFFA-dan gələn yardımlar dayanıb” - daha bir bölgə klubu dağılmaq ərəfəsində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə