“İlk iki setdən sonra komandada arxayınlıq yarandı”

4.06.2024 17:29 181
İdman / Manşet
Qadın voleybolçulardan ibarət yığma Qızıl Avropa Liqasında son oyununu keçirib.

Faiq Qarayevin komandası evdə Avstriyaya uduzub - 2:3 (25:22, 25:19, 23:25, 16:25, 8:15). Görəsən, qələbə qazanmaq üçün nə çatmırdı? Rəqib nə dərəcədə güclü idi? Bu suallarla millinin üzvü Raziyə Əliyevaya müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:
"Avstriya ilə oyuna üstün başlasaq da, ilk iki setdən sonra komandada arxayınlıq yarandı. Düşünürəm ki, bu da uduzmağımıza səbəb oldu. Məncə, rəqiblə gücümüz bərabər idi. Sadəcə, biz daha çox səhv etdik. Xüsusilə də top qəbulunda və blokda. Qızıl Avropa Liqasında pis çıxış etdiyimizi düşünmürəm. Lakin daha da yaxşısını edə bilərdik".


GÜNAY SÜLEYMANOVA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul