Yığmamızın qapıçısı daha iki ölkədən təklif alıb

4.06.2024 15:57 185
İdman / Manşet
Millimizin futzalçısı Rövşən Hüseynlinin Qazaxıstan “Atırau”sundan ayrıldığını xəbər vermişdik.

İndi mövzu onun karyerasına hansı klubda davam edəcəyidi. Xatırladaq ki, çempion “Araz-Naxçıvan” ötən ilin mayında onu komandaya cəlb etmək istəsə də, sövdələşmə alınmadı.

Görəsən, qolkiper gələcəyi ilə bağlı qərar veribmi? Muxtar Respublika təmsilçisi başda olmaqla hansısa klubdan təklif alıbmı? Bu suallarla Rövşən bəyə müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:
“Düzü, təklif çoxdu. Litva, Latviya və Azərbaycan klublarından mənlə əlaqə saxlayıblar. Ad çəkməyim doğru olmaz. Həm də hazırda təklif dəyərləndirmək, karyera haqda düşünmək istəmirəm. Hamısına hələ ki dincəldiyimi demişəm”.

KƏNAN BAHADIR