• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Millinin yeni heyətində diqqətçəkən dəyişikliklər var! - TƏHLİL

Yığma / Manşet

31-05-2024, 21:0

Bilindiyi kimi, ölkəmizin futbol yığmasının baş məşqçisiz günləri davam edir.

Nə hikmətdisə, AFFA noyabrın 22-dən bəri ötən müddətdə tələblərinə uyğun mütəxəssis tapmaqda çətinlik çəkir. Sanki baxtilə “özüm istefa verməyəcəyəm, burdayam, işimi davam etdirirəm, məni ancaq qovsalar, gedəcəyəm” deyən, sonradan arxasına belə baxmadan vətəninə yollanan italiyalı Canni de Byazi bu vəzifəyə qıfıl vurub. Növbəti ehtimallar isə ya təklif göndərilən mütəxəssislərin bundan imtina etməsidi, ya da bəzi iddiaların reallığı əks etdirməsi. O iddialar ki, guya AFFA-nın rəhbərliyi ciddi fikir ayrılığı yaşadığından eyni seçim ətrafında qərar verməkdə çətinlik çəkir. Hər halda, qurumun soyuq divarları arasında nələrin yaşandığı Allah bilir. Əsas odu ki, millimizin müvəqqəti rəhbəri Arif Əsədov işinin başındadı və artıq təlim-məşq toplanışına hansı futbolçuların dəvət edildiyini bilirik. Əvvəl xatırladaq ki, yığmamız iyunun 7-si Bakı vaxtıyla saat 21.00-da Albaniya, 11-i saat 18.00-da isə Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək. Təkrarçılıq olsa da, özünü göstərməsi üçün şans verilənləri də yada salaq: Şahruddin Məhəmmədəliyev, Rəşad Əzizli, Emil Səfərov, Rza Cəfərov, Emin Mahmudov, Mehdi Cənnətov, Elvin Bədəlov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov, Aleksey İsayev, Ceyhun Nuriyev, Qismət Alıyev, Amin Seydiyev, Elvin Camalov, Rahil Məmmədov, Anton Krivotsyuk, Coşqun Diniyev, Vüsal İsgəndərli, Emil Mustafayev, Mahir Emreli, Musa Qurbanlı, Ramil Şeydayev.

İndi ümumi heyətlə bağlı müəyyən dəyişikliklərə toxunmaq zamanıdı. 2023/24 “futbol ili” həm ölkə daxilində, həm də xarici klublarda çıxış edən futbolçular üçün yetərincə gərgin keçdiyindən məhz “FİFA-series Edition 2024” turnirində iştirak üçün çağırılan oyunçularımıza diqqət yetirməliyik. Həmin yarış çərçivəsində dəvət edilən, lakin indi “yada düşməyənlər” bunlardı: Səlahət Ağayev, Eddi İsrafilov, Filip Ozobiç, Ozancan Kökçü, Renat Dadaşov, Bəxtiyar Həsənalızadə, Murad Xaçayev, Rövlan Muradov, Orxan Əliyev, Rüfət Abdullazadə.

Həmin vaxt çağrılmayan, indi diqqət mərkəzində olan futbolçular isə Mehdi Cənnətovla Elvin Bədəlovdu.
Əlbəttə, heyətlə bağlı yeniliklər gözlənilən idi. Arif Əsədovun sözlərinə görə, Renat, Eddi və Ozobiç zədəli olduğu üçün kənarda qalıb. Muradın çağrılmamasının səbəbi isə Elvin Bədəlovun seçilməsidi. Ozancan isə Vüsalın sınanılması üçün dəvət almayıb. Bununla yanaşı, Orxan və Rüfətin son həftələrdə effektiv çıxış etmədiyi bəllidi. Bəs Səlahət? Axı 33 yaşlı qolkiper Rəşaddan geri qalmır! Muradın “hesabdan silindiyini” anlayışla qarşılamaq mümkündüsə, Rövlanın uğurlu mövsüm keçirdiyinə şübhə yoxdu. Bəs Bəxtiyar Həsənalızadə hardadı? Deyəsən, Sərtan Taşkın da yavaş-yavaş “qan itirir”. Hələ Namik Ələskərovu demirik. O, nəinki qarşıdakı, sonuncu təlim-məşq toplanışında da zədə üzündən bəxtsizlik yaşamışdı.

Yuxarıda diqqətçəkən məqamlarla tanış olduq. Bu barədə daha ətraflı məlumat almaq məqsədilə Arif bəylə əlaqə saxlasaq da, o, suallarımıza qısa cavab verdi: “Hər mövqeyə iki oyunçu çağrıldığından, bu dəfə başqalarına şans verməyi lazım bildik. Başqa səbəb yoxdu”.
Maraq üçün qeyd edək ki, Yusif İmanov, Cəlal Hüseynov və Nəriman Axundzadə iyunun 7-də Slovakiya ilə səfərdə keçiriləcək yoldaşlıq görüşündə 21 yaşadək futbolçulardan ibarət millimizin heyətində olacaq. Ehtiyac yaransa, Slovakiyayla qarşılaşmadan sonra əsas yığmaya cəlb ediləcəklər.

Beləliklə, futbolçularımız bugündən iyunun 1-nə kimi toplanışa qatılacaq. 2-si istirahət günü olacaq. Yığma 3-dən etibarən tam heyətlə təlim-məşq toplanışına başlayacaq. Ölkə kubokunun finalında oynayacaq “Qarabağ” və “Zirə”nin oyunçuları, eləcə də Krivotsyuk və Musa iyunun 3-də kollektivə qoşulacaq. Emil Bakıya tez gəlsə, bugündən məşqlərdə iştirak edəcək. Coşqun və Vüsal bir neçə gündü burdadı. Onlar məşqçilərin verdiyi əlavə məşq proqramı əsasında hazırlaşır.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

21-09-2022, 21:0

"Rəqibə necə çətinlik yaradacağımızı bilirik" - Canni De Byazi

Aktual / Yığma

31-03-2023, 12:0

De Byazi İtaliyada bayram qeyd edir, AFFA onun hesabatını dinlədikdən sonra qərar verəcək

Yığma / Manşet / Günün xəbəri

9-10-2022, 12:0

De Byazi seçim qarşısında: İtaliyalı üçün yeni siyahı hazırlanır

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • 5-08-2026, 19:0
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 106
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə