Estoniya millisinin kapitanı Konstantin Vasilyev Millətlər Liqasının C1 qrupunun Azərbaycana qarşı keçiriləcək oyunlarında (11 oktyabr və 16 noyabr) iştirak etməyəcək.
“Football-plus.az” xəbər verir ki, buna səbəb 39 yaşlı yarımmüdafiəçi milli karyerasını başa vurmasıdı. Təcrübəli futbolçu bununla bağlı özü açıqlama verib.
2006-cı ildən Estoniya millisində oynamış Vasilyev 157 matça 26 qol vurub.