• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ üçün 15-ci kubok, Mbappe üçün 15-ci titul

Dünya futbolu

29-05-2024, 23:0

Barışmaz rəqiblər olan PSJ ilə “Lion”un mübarizəsi hələ komandalar meydana çıxmamış başladı.

“Football-plus.az” xəbər verir ki, rəqib fanatlar oyundan əvvəl böyük qalmaqal törətdi. A1 avtomagistralında onları Lillə səfər zamanı müşayiət edəcək polisin gəlişini gözləyən PSJ-nin ultrası münaqişədən qaça bilməyib. Toqquşma nəticəsində “Lion” azarkeşlərinin avtobusu ziyan görüb, nəqliyyat vasitərlərində biri yanıb. Trass hər iki istiqamətdə bağlanıb, polis münaqişənin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub. Ölkə prezidenti Emmanuel Makron da bu hadisəyə biganə qalmayıb:

“Bu yarışdı, idman və məmnunluq hökm sürməlidi. Zorakılıq elementlərini qətiyyətli şəkildə pisləyirəm”.

Yaşı meydanda yaşananlara gəlincə, çempion ilk dəqiqələrdən təşəbbüsü ələ alaraq bir neçə təhlükəli vəziyyət yaratdı. Dembele – Beraldo – Mbappe kombinasiyasının ardından sonuncunun zərbəsi qapıdan azca aralı keçdi. “Şirlər” buna Benrahmamım qeyri-dəqiq zərbəsi ilə cavab verdi, top toru üstdən silkələdi. Parisi major notda tərk etmək istəyən Mbappe qol vurmaqdan ötrü alışıb-yanırdı. Ancaq onun zərbələlərində dəqiqlik çatmadı. PSJ ilk yarının ortalarında irəli çıxdı. Mendeşin sol cinahdan asmasından sonra Dembele qapıçı meydançasının küncü üzərindən başla qapıya dəqiq zərbə vurdu. Bir qədər sonra paytaxt təmsilçisi fərqi artırdı. Bu dəfə də qolda əsas rolu Dembele oynadı. Onun asmasından sonra Ruis iki cəhddə qapıya düşə bildi. “Lion” 2-ci hissənin əvvəlində O'Brayenin vurduğu qol sayəsində oyuna döndü. Donnarumma oyunun sonrakı bölümündə də tər tökməli oldu. PSJ-nin qapıçısı Talyafikonun baş zərbəsindən sonra gözəl seyvlə yadda qaldı. Donnarummanın həmkarı Perri də də boş dayanmırdı, parislilərin zərbələrini dəf etməli olurdu. Nəticədə qələbə hesabını qoruyan PSJ mövsüçü üç titulla bitirdi.

Lion – PSJ 1:2
Lion: Perri, Mata (Meytlend-Nayls, 73), O'Brayen, Çaleta-Sar, Talyafiko, Matiç (Balde, 86), Şerki (Nuama, 67), Kakere, Tolisso (Manqalya, 74), Benrahma (Fofana, 74), Lakazett.
PSJ: Donnarumma, Hakimi, Markinyos, Beraldo, Mendeş, Zair-Emeri, Vitinya, Ruis, Dembele (Asensio, 90+2), K.Mbappe, Barkola (Li Kan İn, 85).
Qollar: Dembele, 22 (0:1). Ruis, 34 (0:2). O'Brayen, 55 (1:2).
Vərəqələr: Çaleta-Sar, 45+2. Dembele, 88. Talyafiko, 88 – sarı.
Hakim: Fransua Letesye (Bordo).
25 may. Lill. “Pyer Morua” stadionu.

Faktlar
* PSJ 15-ci dəfə ölkə kubokunun qalibi oldu. Parislilər 2021-ci ildən bəri ilk dəfə bu titula qazandı. Kubokda 15 qələbə Fransa rekordudu. Bu göstəricidə 2-ci olan “Marsel”in 10 titulu var. PSJ daha 5 dəfə finalda uduzub.
* PSJ trebl etdi. Komanda Luis Enrikenin rəhbərliyi altında keçirdiyi ilk ilkdə həm çempion oldu, həm Fransa kuboku ilə Superkubokunu qazandı. Parislilər sonuncu dəfə mövsümü ən azı iki titulla 2020-ci ildə bitirmişdilər. Həmin il onlar yuxarıda adı çəkilən üç turniri, eləcə də artıq ləğv olunan Liqa kubokunu qazanmışdılar.
* Kilian Mbappe PSJ-nin heyətində titul sayını 15-ə çatdırdı. Gənc ulduz 6 dəfə ölkə çempionu olubsa, 4 dəfə ölkə kubokunu, 3 dəfə Fransa Superkubokunu, daha 2 dəfə Fransa Liqa kubokunu başı üzərinə qaldırıb.
* Mbappe PSJ-nin 21-ci əsrdəki ən faydalı futbolçusudu. Gənc hücumçu bu komandanın heyətində keçirdiyi 308 oyunda 352 məhsuldar heyətlə yadda qalıb. O, 256 qol vurub (klub rekordudu) və 96 məhsuldar ötürmə verib. Edinson Kavaninin hesabında “qol+ötürmə” sistemi üzrə 236 (200+36), Zlatan İbrahimoviçin hesabında isə 210 (156+54) xal var. Mbappe 2017-ci ildən şərəfini qoruduğu PSJ-nin heyətində şənbə günü sonuncu oyununu keçirdi.
* PSJ Fransa Superkuboku uğrunda oyunda “Monako” ilə qarşılaşacaq. Bu oyun avqustun 11-də Pekində keçiriləcək. Parislilər bu oyunda ölkə çempionu və kubokun sahibi, “knyazlar” isə gümüş mükafatçı kimi çıxış edəcək. PSJ Fransa Superkubokunu hamıdan çox – 12 dəfə qazanıb, “Monako”nun belə oyunlarda 4 qələbəsi var. PSJ ötən il Superkubok uğrunda oyunda “Tuluza”nı 2:0 hesabıyla məğlub edib.

Reaksiya
Kilian Mbappe, PSJ-nin hücumçusu:
“Biz bu mükafatı iki və ya üç il idi qazanmırdıq. Bu titul bizimdi, bizə - oyunçulara və azarkeşlərə əzizdi. Bu turnirin rekordçusuyuq. Əla seriya idi, demək olar ki, bütün böyük komandalarla oynadıq və inamlı qələbə qazandıq. Əla mövsümdəki əla gecə idi. Ümid edirəm ki, uşaqlar bundan sonra da PSJ-nin oyunlarına baxmağa davam edəcəklər. Biz uşaqları cəlb etməyə, gənclərin PSJ-nin heyətində özünü göstərməsinə çalışdıq. Ümid edirəm ki, daha çox gənc özünü burda göstərmək niyyəti ilə yaşayır. Son bir neçə il haqqında çox düşünmüşəm. Hər şeyi bitməsi ilə bağlı düşüncələrdən ürəyim parçalanır. Burda olan şeyləri başqa heç yerdə tapmayacam. Ancaq irəlidə də məni fantastik macəralar gözləyir”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-01-2024, 23:0

PSJ 12-ci dəfə Superkuboku qazandı

Dünya futbolu

16-04-2024, 22:0

“Lion” qələbə topunu 90+15-ci (!) dəqiqədə vurdu - TURUN İCMALI

Dünya futbolu

11-12-2023, 20:0

Obameyanq “Lion”u darmadağın etdi

Dünya futbolu

6-03-2024, 21:0

Mbappe yenə əvəzləndi, PSJ xal itirdi – TURUN ŞƏRHİ

Dünya futbolu

6-03-2024, 15:0

Makron Mbappe ilə nədən danışıb?

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Bu gün, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Bu gün, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Bu gün, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Bu gün, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Bu gün, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Bu gün, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Bu gün, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Bu gün, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Bu gün, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Bu gün, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Bu gün, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Bu gün, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Bu gün, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Bu gün, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Bu gün, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Bu gün, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
Daha çox
Oxunub: 197
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 137
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə