• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ötən mövsüm “Sabah”ın oyun keyfiyyəti çox yüksək səviyyədə idi” - Musayev Kadinin “Qarabağ”a keçidi haqda nə dedi?

Ölkə futbolu / Manşet

29-05-2024, 16:0

“Sabah” avrokuboklara vəsiqəni yalnız son turda təmin edə bildi.

Qış fasiləsindən bir qədər sonra rusiyalı mütəxəssis Murad Musayevin istefası 7-ci sırada olan komandanın gələcəyi barədə bədbin düşünməyə əsas verirdi. Amma Masazır təmsilçisi mövsümün sonunda belə düşünənləri səhv çıxarmağı bacardı. “Neftçi” ilə oyunda, həm də rəqibin sabiq futbolçusu Namik Ələskərovun yeganə qolu sayəsində. Bəli, Namik bu oyunun qəhrəmanı oldu.

Gerçəklik budu ki, “Sabah”ı ilk 20 oyuna Murad Musayev, son 11 oyuna isə Krunoslav Renduliç çıxardı. Xorvatiyalı mütəxəssisin “mən gələndə komanda 7-ci pillədə idi, söz verdim və bu gün avrokuboklara qatılanlardan biriyik” deməsini bəziləri Musayevin əməyinə kölgə salmaq kimi şərh etdi. Bəs rusiyalı mütəxəssis, hazırda “Krasnodar”ı çalışdıran Musayev bu məsələ ilə bağlı nə düşünür?

- Sabiq komandanız “Sabah” avrokuboklara vəsiqə qazandı, mövsümü 3-cü yerdə bitirdi. Komandadan kimləsə təbrikləşdizmi? Təəsüratlarınızı bilmək istərdim.
- Təbii ki, “Neftçi”- “Sabah” oyunu başa çatandan sonra rəhbərliyi əla nəticəyə görə təbrik etdim. Bu cür gənc klubun ardıcıl 2-ci mövsüm avrokuboklara vəsiqə qazanması, medalçılar sırasına düşməsi böyük uğurdu. Eyni zamanda klubun bir çox futbolçuları və işçiləri ilə söhbət etmişəm, qarşılıqlı şəkildə bir-birimizi təbrik etdik. Onlar məni “Krasnodar”ın 2-ci yeri tutması, mən də onları 3-cu yeri tutaraq avrokuboklara vəsiqə qazanmaları münasibətilə təbrik etdim. Sizin qəzet vasitəsilə “Sabah”ın bütün fanatlarını da təbrik edirəm. Bilirəm ki, həmişə komandanın yanındadılar, böyük dəstək verirlər. Onlar üçün də bu, mühüm hadisədi. Ona görə də bütün ''Sabah'' ailəsini təbrik edirəm.

- Ümumiyyətlə, son vaxtlarda komandanın çıxışını, eləcə dı “Neftçi” ilə oyununu necə qiymətləndirirsiz?
- “Sabah”ın oyunları ilə bağlı fikir söyləyə bilmərəm. Çünki son üç ayda başım öz işimə qarışmışdı. Təbii ki, oyunların icmalına baxırdım. Amma oyunlara tam baxmadan fikir bildirmək peşəkarlığa zidd hərəkət olar.

- Ötən il komandanın Avropada mərhələ keçməsinə səbəb ola biləcək penaltini Namik Ələsgərov boşa verdi. Hətta belə fikirlər var idi ki, mövsümün əvvəlində bu səbəbdən ona daha az şans verirsiz. Komandanı bu il avrokuboklara çıxaran həlledici qolu məhz Namik vurdu. Bu barədə nə deyə bilərsiz?
- Namik Ələsgərov heç vaxt məni məyus etməyib. Penalti qaçırmasına gəlincə, bu, hətta dahi futbolçuların da başına gələ bilir. Yəni bu baxımdan heç bir problem yoxdu. Biz qalib gələndə də, məğlub olanda da bunu komanda şəklində edirdik. Namikə həmişə güvənmişəm. Səviyyəsi həm futbolçu, həm də insan kimi yüksəkdi. Şadam ki, mövsümün həlledici məqamında, demək olar, “qızıl qol”u vurmaq məhz ona nəsib oldu.

- “Sabah”ın ötən il Kaşuk, Mikels kimi futbolçuları itirəndən sonra zəiflədiyi deyildi. Bəs indiki məqamda eyni sözləri demək olar?
- Bir qədər təxribatçı sualdı, mənə ünvanlamağınız doğru deyil. Amma eybi yoxdu, cavablayacam. Ötən mövsüm “Sabah”ın oyun keyfiyyəti çox yüksək səviyyədə idi. Komanda həm daha yuxarı yeri tutmuşdu, həm də daha çox xal toplamışdı. Amma mövsümlər bir-birindən fərqlənir. Ötən mövsüm mənim üçün bir məşqçi kimi nümunəvi alınmışdı. Komanda dəyişir, futbolçular ayrılır. Təbii ki, hər mövsüm fərqli məcrada keçir. Amma bu mövsüm də “Sabah” əla nəticə qazandı. Ona görə də belə müqayisələr yersizdi. Komanda bu mövsüm çox yaxşı işlər gördü.

- Sizin gedinişə üzülənlər, əməyinizin əvəzolunmaz olduğunu düşünüb klubu günahlandıranlar oldu. Bəs bu gediş Murad Musayevə, onun karyerasına necə təsir etdi?
- Məşqçilərin istefası və ya təyinatı futbolun ayrılmaz hissəsidi. “Sabah”da ümumilikdə 2 il 3 ay keçirdim. Həmin dönəmi həmişə çox xoş hisslər və sevgi ilə xatırlayıram. Məşqçi kimi orda böyüdüyümü deyə bilərəm. Orda özümə çoxlu yeni dost tapdım, yaxşı insanlarla qarşılaşdım. Ona görə də “Sabah” və Azərbaycan həmişə qəlbimdə xüsusi yerə malik olacaq.

- Kadi Borgesin “Qarabağ”a dönüşü müzakirə olunur. Bir baş məşqçi kimi Kadi və onun Azərbaycana mümkün dönüşü ilə bağlı nə deyə bilərsiz?
- Kadi mövzusunda danışmaq istəmirəm. Çünki əvvəlcə klubun rəsmi açıqlaması olmalıdı. Şayiə tipli mövzuları isə şərh etməyə hazır deyiləm.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

1-02-2024, 11:0

Murad Musayev istefa verdi

Premyer-liqa / Manşet

5-04-2023, 16:0

Ramin Quliyev: “Murad Musayev çox perspektivli komanda yaradıb”

Ölkə futbolu / Manşet

12-04-2023, 12:0

Murad Musayev premyer-liqada ən çox qırmızı vərəqə alan şəxsdi - ARAŞDIRMA

Dünya futbolu

14-03-2024, 10:0

Murad Musayev baş məşqçi təyin olundu

Aktual
“Sabah”ın rəqibindən böyükhesablı qələbə
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
Son xəbərlər
  • Bu gün, 16:35
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 16:04
    Rövşən Nəcəfdən ölkəmizdə keçiriləcək DÇ ilə bağlı açıqlama
  • Bu gün, 15:33
    Fransaya qayıtmayacaq
  • Bu gün, 15:02
    “Sabah”ın rəqibindən böyükhesablı qələbə
  • Bu gün, 14:31
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 14:00
    UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
  • Bu gün, 13:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 13:18
    "Araz-Naxçıvan" kapitanla vidalaşdı
  • Bu gün, 12:57
    Keyta "Qəbələ" ilə yeni müqavilə imzaladı
  • Bu gün, 12:26
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 11:55
    Çüdoçularımızın rəqibləri məlum oldu
  • Bu gün, 11:30
    Sərgən Yalçın ''Beşiktaş''ı yıxıb-sürüdü - ''Komanda bu gedişlə hara gedir?''
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
Daha çox
Oxunub: 275
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 256
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 210
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 205
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 199
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə