• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Liqalararası keçid: adi məsələ, yoxsa ağrılı problem? - AÇIQLAMALAR

Ölkə futbolu / Manşet

27-05-2024, 20:0

Artıq növbəti mövsüm yüksək liqalarda mübarizə aparacaq klubların adına aydınlıq gəlib.

Belə ki, 2-ci liqada çempionluğu rəsmiləşdirən “Baku Sportinq” 1-ci liqada, bu liqada çempion olan “Şamaxı” isə birillik fasilədən sonra yenidən elitada oynayacaq. Həmçinin Region Liqasının qalibi “Kürmüx Qax”ı əvəz edəcək, finalçısı isə “Şəfa” ilə pley-off matçları keçirəcək. 2-ci liqanın ikincisi “Cəbrayıl” da 1-ci liqanın doqquzuncusu “Difai Ağsu” ilə pley-off oyunlarına çıxacaq. Xülasə artıq komandaların keçidləri dəqiqləşib, bir qismi də dəqiqləşəcək. Görəsən, liqalarını dəyişəcək klublar yüksəldikləri çempionatda loru dildə desək, “qapazaltı” olmayacaq ki? Axı ölkə kubokunda 1-ci liqanın ən cəsur komandaları belə 1/8 finl mərhələsindən o yana gedə bilmədi. Dünən premyer-liqaya yüksələn “Şamaxı” elitanın adi komandalarından olan “Səbail”dən 6 cavabsız top gördü. Yaxud da 2-ci liqadan 1-ci liqaya yüksələcək “Baku Sportinq”i götürək. Komanda burda nə qədər iddialı ola biləcək? Ümumiyyətlə, indiki durumda liqalar arasındakı fərq və komandaların bir üst liqada mübarizə aparacağı halda ordakı rəqiblərlə mübarizədə dayanıqlılığı maraq doğurur. Bu mövzu haqqında danışmaq üçün təcrübəli mütəxəssislərə tribuna verdik.
Əfqan Talıbov:

“Ümumilikdə sevindirici haldı ki, liqalarda canlanma baş verib, komandaların sayı artıb. 17-19 yaş arası futbolçular əvəzedicilər liqasında göz önündədi. Yəni klublar imkan daxilində bütün liqaları nəzarətdə saxlayır, perspektivli gənclərə də yol açılır. Bu proses daha da inkişaf edəcək, klubların sayı artırılacaq. Yeni rəhbərliyin bu haqda açıqlama verməsi də sevindirici haldı. Nə qədər liqaların sayı artırılsa, klubların baza-stadionlarının şəraiti yaxşılaşdırılsa, sponsorlar cəlb olunsa, ölkə futbolu adına çox yaxşı olar. Belədə komandalar, futbolçular arasında rəqabət də olacaq. “Qapazaltı” məsələsinə gəlincə, bu fikirlə razı deyiləm. Çünki “Araz-Naxçıvan” da 1-ci liqadan yüksəldi, ancaq heç də “qapazaltı” olmadı. Həm də 7 legioner oyunçu limitinin olması önəmlidi. Komandalar heyətinə legioner futbolçular cəlb edəcəksə, onda “qapazaltı” olmayacaqlar. Dövlətin ayırdığı vəsait və sponsorların cəlb edilməsi imkan verir ki, komandanı yaxşı komplektləşdirəsən, rəqabətədavamlılığı artırmaq üçün düzgün strategiya seçəsən. “Şamaxı”nın yüksək liqaya gəlməsində heç bir problem görmürəm. “Qarabağ”ı çıxmaq şərtiylə qalan komandalarımız aşağı-yuxarı eyni səviyyədədi. Həmçinin bu, 1-ci liqaya da aiddi. “Baku Sportinq” 1-ci liqaya çıxmağı bacardısa, burda daha da güclənəcək. 1 və 2-ci liqalar arasında elə bir ciddi fərq görmürəm. Sadəcə, 1-ci liqada legionerlərin olması komandalara müəyyən üstünlük qazandırır. Müşahidəmə görə getdikcə güclənən rəqabət fonunda bütün komandalar güclənəcək. Çünki rəqabət yenicə başlayıb. 2-ci liqanın yaradılması da onu göstərir ki, yüksək liqada özünə yer tapa bilməyən oyunçular bura cəlb ediləcək. Müəyyən qədər maaşları da yaxşılaşacaq. Düşünürəm ki, yeni rəhbərlik də sponsorların cəlb edilməsi yolunda önəmli addımlar atacaq. MOİK-lə “Qaradağ Lökbatan” kubokda rəqabət gücünü göstərdi. “Karvan” da, “İmişli” də legionerlərə üstünlük verir. Belədə isə komanda daha da güclənir. Kəsəsi, inkişaf etməkdə olan aşağı liqa klublarının daha “qapazaltı” olmayacağını düşünürəm. Lakin hələ ki onlar üçün ölkə kubokunu qazanmaq və ya finala, yarımfinala yüksəlmək tezdi”.

Aslan Kərimov:
“Təbii ki, liqalar arasında fərqlərin olduğunu düşünürəm. Amma 2-ci liqadan 1-ci liqaya yüksələn komandanı, yəni “Baku Sportinq”i götürsək, arada elə də fərq olacağını düşünmürəm. Baş məşqçiləri Cavid Hüseynovu çox yaxından tanıdığım, məşqlərində iştirak etdiyim “Cəbrayıl”ı götürsək, məşq prosesi hətta premyer-liqaya yüksələ biləcək səviyyədədi. İndiki infrastrukturları, imkanları icazə verir ki, komanda 1-ci liqada mübarizə aparsın. Yəni aşağı liqalardakı komandaların keçidlərinin çox da çətin olmayacağını və bunun öhdəsindən gələ biləcəklərini düşünürəm. Ən çətin məqam isə 1-ci liqadan premyer-liqaya keçiddi. Çünki burda həm heyət, həm də maliyyə aşkar şəkildə fərqlənir. Kuboka gəlincə, yalnız İngiltərədə ola bilər ki, hansısa aşağı dəstə təmsilçisi yarımfinal və ya finala çıxsın. Bizdə fərqli liqaların klubları arasında maliyyə uçurumu var. Bu üzdən də nisbətən çətin olacaq. Yəni indiki durumda “Şamaxı” üçün əlindəki heyətlə premyer-liqada mübarizə aparmaq çox çətindi. Məcburdular ki, heyətlərinin 70 faizini gücləndirsinlər. Bu da daha çox maddi durumla bağlıdı. İnfrastruktur baxımından şəraitləri normaldı, premyer-liqa təcrübələri də var. Məncə, aşağı yaş qruplarını da təşkil edə bilərlər. Ancaq maliyyə baxımından götürsək, fikrimcə, bir klub üçün ayrılan illik 3 milyon manat yetərli deyil. Yalnız bu məbləğ olacaqsa, həddən artıq çətinliklərlə üzləşəcəklər. Ən azı rəqabətədayanıqlı olmaq üçün 5 milyon manat da əlavə büdcəyə ehtiyac var. Təbii ki, bu ortalama hesablamalardı. Kəsəsi, bizdə ən çətini 1-ci liqadan premyer-liqaya keçiddi. Elə götürək “Şamaxı”nı. Komandanın 1-ci liqada oynayan heyətinin 70 faizi kənarda qalacaq. Əziyyət çəkən oyunçular premyer-liqaya yüksələndən sonra “Şamaxı”ya lazım olmayacaq. Ona görə də belə halların yaşanmaması üçün premyer-liqaya yüksələ biləcək aşağı liqa klublarının maliyyəsi aşağı-yuxarı elita səviyyəsində olmalıdı. Bura həmçinin komandanın heyətindəki oyunçular da daxildi. Yəni premyer-liqaya çıxmaq istəyirsənsə, yaxşı fuitbolçuları cəlb edib, bunu təməlini qoymaq məcburiyyətindəsən. Məsələn, “Şamaxı”da premyer-liqada oynaya biləcək səviyyədə Emin Zamanov kimi 3-4 futbolçusu var. Həmin oyunçular komandada qalacaq. Lakin qalan 70 faizlə yolları ayırmalı olacaqlar ki, bu da düz gəlmir”.

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

6-05-2024, 14:0

Region Liqasının qalibi 2-ci liqaya yüksələcək

2-ci liqa / Manşet

4-09-2023, 18:0

2-ci liqada ilk oyun gününə yekun vuruldu

2-ci liqa

28-08-2023, 22:0

2-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

Ölkə futbolu / Manşet

20-05-2024, 11:0

Pley-offa hansı komanda vəsiqə qazanacaq? - YENİLƏNİR

Liqalar

16-08-2023, 11:0

2-ci Liqada komandaların sayı artırıldı

2-ci liqa / Manşet

19-05-2024, 12:0

“Ən pis halda mövsümü 3-cü pillədə tamamlayacağıq”

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Bu gün, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Bu gün, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Bu gün, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Bu gün, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Bu gün, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Bu gün, 16:33
    Milli komandaya qayıtdı
  • Bu gün, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:31
    Şimali Amerikaya yollandı
  • Bu gün, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Bu gün, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Bu gün, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Bu gün, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Bu gün, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Bu gün, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Bu gün, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Bu gün, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Bu gün, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Bu gün, 10:36
    Milli komandaya qayıtdı
  • Bu gün, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Bu gün, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Bu gün, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • Dünən, 23:56
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • Dünən, 23:20
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
  • Dünən, 22:41
    “Bizim sirrimiz yox idi” – “Payde”nin baş məşqçisi
  • Dünən, 22:04
    Holann və Yamalın dəyəri rekord həddə çatdı - Vozinya, nəhayət, özünə klub tapdı
  • Dünən, 21:31
    "Sumqayıt" "Şamaxı"ya qalib gəldi
  • Dünən, 21:08
    ÇSKA - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 20:43
    "Xankəndi" ev oyunlarını Xankəndidə keçirəcək
  • Dünən, 20:20
    Yeni mövsümün startını buraxacaq
  • Dünən, 19:59
    "Dinamo-Minsk" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Dünən, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 125
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə