• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” təzminat ödəyə bilmədiyindən Ramil gələ bilmədi!” - Şeydayevin agentindən inanılmaz açıqlama

Premyer-liqa / Manşet

27-05-2024, 22:0

“Qarabağ”ın unudulmaz futbolçularından biri də Ramil Şeydayevdi.

O Şeydayev ki, tam bir il əvvəl “köhlən atlar”ın çempionluq mükafatını aldığı gün Qurban Qurbanovla göz yaşları içində vida etdi. Futbolçu yoldaşlarları arasında nüfuz sahibi, komandanın ən çox qol vuran hücumçusu idi. Azarkeşlər də onu bu müsbət keyfiyyərinə görə dəyərləndirirdi. Fərqli ölkələrdə legioner həyatı yaşayan Ramil 2017/18 mövsümündə də qısa müddətdə ağdamlıların formasını geymiş olsa da, sadəcə, 2021-də yenidən ora qayıtmaqla kariyerasının zirvəsini yaşadı. Amma vinger səhv seçim edərək “Buriram Yunayted”ə üz tutdu. Bunu ötən mövsüm anlayan 28 yaşlı futbolçu yanvarda Taylanddan  “Kocaelispor”a keçdi. Yəni elita təmsilçisindən 1-ci liqa klubuna gəldi. Hələ transfer xəbəri yayılanda hər kəs onu “karyerasını pula qurban verdi” deməklə ittiham etdi. Bunlar azmış kimi, bu gün də türkiyəli azrkeşlər onu, necə deyərlər, yıxıb-sürüyür. Gözlədiyi performansı ondan görə bilməyən türkiyəli azarkeşlər ən sərt şəkildə reaksiya bildirməkdən çəkinmirlər. Türkiyə mediası bəzən hansısa futbolçunu yerə-göyə sığdırmasa da, bəzən də onu göydən-yerə çırpmır. Sonuncu dəfə superliqaya yüksəlmək üçün pley-offda əldən verdiyi fürsətlərdən sonra Ramilin ünvanına tənqidlər daha da artdı. Bəs bütün bunlardan sonra yığma üzvünün planları nədi?

Son vaxtlar başverənlərlə bağlı reaksiyasını öyrənmək, eləcə də qaranlıq suallara aydınlıq gətirmək üçün Şeydayevin agenti Jelko Dekiçlə əlaqə saxladıq.

- Ramil Şeydayev bu gün Türkiyə çempionatında özünü necə hiss edir? Özünü “Kocaelispor”un bir parçası sayır, yoxsa hələ tam uyğunlaşmayıb?
- Ramil “Kocaelispor”a uyğunlaşmanı başa çatdırıb. İndi orda oynayır, ora aiddi. Komandada xoşbəxtdi, hər kəs tərəfindən sevilir.

- Heç kimə sirr deyil ki, Ramil Türkiyə klubuna transfer olunarkən azarkeşlər və bir çox azərbaycanlı futbol adamları tərəfindən tənqid olundu. Çoxları “Ramil karyerasını pula qurban verdi, gələcəyi yox, pulu seçdi” dedi. Bəs bütün bunlara münasibəti necə oldu, onların heç birinə məhəl qoymadı, yoxsa özündə günah görürdü?
- Düzdü, Ramil “Kocaelispor”u seçdi. Çünki “Buriram Yunayted” transferini gecikdirdi. “Qarabağ” təzminat ödəyə bilmədiyindən Ramil Ağdam klubuna gələ bilmədi! Onu qınamağa ehtiyac yoxdu, çünki Ramil Azərbaycanı və bütün “Qarabağ” azarkeşlərini sevir. Ramil peşəkardı və peşəkar kimi də hərəkət edir.

-Transfer olunandan sonra Ramillə danışa bilmədik. Necə oldu ki, “Kocaelispor”a getdi, ümidləri doğruldu, yoxsa gözləmədiyi vəziyyətlə qarşılaşdı?
- Baş məşqçisi Ərtoğrul Sağlam onunla müqavilə imzalamaq və onu Kocaeliyə aparmaq üçün hər şeyi etdi. Ramilə çox güvənir, Ramil də ona güvənir. Şübhəsiz, Sağlam ən yaxşı türk məşqçilərdən biri və gözəl insandı...

- “Qarabağ”da oynayanda hamı onun ölkə çempionatında, kubokunda avrokuboklarda çıxışından danışırdı, indi isə birinci liqada eynisini görə bilmirik. Keçmiş komandasının bu mövsüm Avropada yaxşı çıxış etdiyini gördükdən sonra burda olmadığına görə təəssüflənir?
- Bunu ondan soruşmaq lazımdı. Amma bildiyimə görə, “Qarabağ”dan və keçmiş nəticələrindən razıdı.

- Türkiyəli azarkeşlərin "Tayland liqasından oyunçu alınarmı" kimi sözlərlə bu transferi xoş qarşılamadığı aydındı. Ramil belə fikirlərin necə qarşılayır?
- Bir qədər əvvəl dediyim kimi, Ramil peşəkardı və tənqidlə problemi yoxdu. Tənqid futbolun ayrılmaz hissəsidi.

- Türkiyə mətbuatında klubdan gedəcək futbolçuların siyahısını hazırlanıb, Ramilin adı orda yoxdu. Şərhlərdə futbolçunun “Kocaelispor”da qalması ilə bağlı tənqidi fikirlər yer alıb...
- Bu sualı onlara vermək lazımdı. Klubun planlarını bilmirəm, sadəcə, bunu deyim ki, Ramil orda xoşbəxtd. İndi hər şey yaxşıdı.

- Superliqaya yüksəlmək üçün pley-off matçında əldə etdiyi fürsətlərdən istifadə edə bilmədi. O, özünü bu yöndə nə qədər günahkar hesab edir?
- Bəli, günahkar hiss edir. “Kocaelispor”un superliqaya yüksəlməməsi ona da mənfi təsir etdi. Amma onun heç bir günahı yoxdu. İşini çox yaxşı yerinə yetirdi və peşəkarcasına.

- Ramil komandanın ən çox maaş alan oyunçularından biridi və Duqlas Tankenin buna etiraz edərək komandadan ayrıldığı iddia olundu. Bəs bu  keçid onun karyerasına necə təsir etdi?
- Tanke gələn təklifi dəyərləndirərək transfer üçün Yaponiyaya getdi. Mənim bildiyim bu qədərdi, Ramilin bununla heç bir əlaqəsi yoxdu. Ramillə Tanke yaxşı anlaşırdı, hər ikisi təcrübəli futbolçudu.

- Şeydayev ötən mövsüm"Qarabağ"ın bombardiri olsa da, "Kocaelispor"un heyətində 16 matçda cəmi bir qol vura bilib. Futbolçunun performansının yaxşılaşmasına əngəl nədi?
- Yeni mühitə, fərqli futbol tərzinə alışmaq asan deyil. Uyğunlaşmaq üçün zaman lazımdı. Hər şey yaxşı olacaq.

- Bir agent kimi necə düşünürsüz, sizcə, Ramil indiki vəziyyətində düzgün yerdədimi? Son bir ilin hadisələrini necə təhlil edərdiz?
- Ramilin əla vəziyyətdə olduğunu deyə bilərəm. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı klublarının Ramili istədiyini açıq şəkildə iddia edirəm. Bu onun keyfiyyətli oyunçu və yaxşı insan olduğunu göstərir. Sadəcə, “Kocaelispor” Şeydayev üçün iki milyon avro istəyir. Onu istəyənlər arasında superliqa klubları da var. Adını açıqlaya bilməyəcəm. Hadisələrin axarına uyğun qərar veriləcək.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Aktual

22-07-2023, 19:0

Ramil "Buriram Yunayted"də debüt oyununa çıxdı

Premyer-liqa / Manşet

23-05-2023, 18:0

Şeydayev nə üçün "Qarabağ"dan ayrılmaq eşqinə düşüb?

Aktual

9-07-2023, 10:0

Ramil Şeydayev rəsmən Tailand klubunda

Dünya futbolu

17-01-2024, 16:0

“Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım”

Ölkə futbolu / Manşet

17-01-2024, 14:0

Ramil Şeydayev "Kocaelispor"un düşərgəsində - FOTOLAR

Manşet / Yazarlar

14-01-2024, 00:0

Kimi aldadırsan, ay zalım oğlu? - KÖŞƏ

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Bu gün, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 213
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 196
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 154
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə