• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kimi aldadırsan, ay zalım oğlu? - KÖŞƏ

Manşet / Yazarlar

14-01-2024, 00:0

Bu qulaq nә qәdәr yalan yiyәcәk?
Verәn aldanacak, alan yiyәcәk.
Nә töksәn, onsuz da balan yiyәcәk,
Kimi aldadırsan, ay zalım oğlu?
(Məmməd İsmayıl)


Biri vardı, biri yoxdu, Ramil Şeydayev ad-soyadlı bir azərbaycanlı futbolçu var idi.

Azərbaycanda dünyaya gəlməsə də, bütün azərbaycanlılar onun gələcəyinə böyük ümidlər bəsləyirdi. Axı o, 1996-cı ilin bir mart günündə Sankt-Peterburqda doğulsa da, canı-qanı, kimliyi, davranışı, emosionallığı, bəzi hallarda isə hətta yöndəmsizliyi ilə özümüzkü idi, qanımız ona qaynayırdı, ən azı yığma səviyyəsində uğurlar qazanmağımıza yardım edə bilərdi. Kürdəmirli Teymur kişinin oğlunun başqa cür olması da mümkün deyildi. Hə, bu Ramil böyüdü, “Zenit”lə “Rubin”in heyətində özünü Rusiya publikasına göstərəndən sonr 20 yaşında Türkiyənin ən nəhəng klublarından birində - “Trabzonspor”da oynamaq imkanı qazandı, ardından “Jilina”, “Krılya Sovetov”, “Dinamo”, “Sabah” istiqaməti üzrə uzun yol qət edib, 2021-də “Qarabağ”ın düşərgəsinə - Qurban Qurbanovun sərəncamına döndü.

Bəli-bəli, məhz döndü, axı 2017/18 mövsümündə də qısa müddətdə ağdamlıların formasını geymişdi. Sadəcə, 2021-də verilən qərar artıq yetkin, dünyanın çox üzünü görmüş Şeydayevin qərarı idi.

…Yəqin ötən il mayın 28-də - “Azərsun Arena”da keçirilən mükafatlandırma mərasimində yaşanan mənzərə da yadınızdan çıxmayıb. Ramil Şeydayev Qurban Qurbanova sarılaraq göz yaşı axıdırdı. Müəllim tələbəyə, tələbə müəllimə minnətdarlıq edirdi. Əslində bu göz yaşlarında bir rəmzilik var idi. İki ay əvvəl 27 yaşını tamamlayan Ramil bəlkə də növbəti dəfə səhv seçim etdiyini, karyarasının çiçəklənən çağında heç kimin tanımadığı bir klubun – “Buriram Yunayted”in yolunu tutduğuna görə ağlayırdı. Karyera perspektivi, ən azı Avropa futbolunda ad çıxarmaq, iz qoymaq inadı asiyalıların puluna qurban verilmişdi. Daim Avropanın gözü önündə olan, qruplarda oynayan bir komandanı yalnız pula görə öz qitəsində belə sayılıb-seçilməyən Taylanda dəyişmək ağılsızlığın və məntiqsizliyin zirvəsi idi. Bundan sonra məntiqlə Ramilin karyerasında qürub yaşanmalıydı ki, elə yaşandı da. O, Taylandda, Buriram əyalətində xoşbəxt ola bilməyəcəyini çox tez anladı.

Bu hiss əsəblərini korladı, yaşıl meydanda elə bir davaya səbəbkar oldu ki, səs-sorağı Asiya Futbol Konfederasiyasının dəhlizlərinə yayıldı. Və cəmi 6 ay sonra Şeydayev ikiillik müqavilə bağladığı klubdan ayrıldı. Gözləmək olardı ki, Rami, heç olmasa, bu dəfə doğru qərar verəcək, potensialını tam açmağa, karyera yüksəlişinə nail olmağa imkan verən klub seçəcək. Amma yox, o artıq səhvlər zəncirində başını itirib. Həm də bəlkə növbəti dəfə pul gözünü tutub…

Şeydayev indi də “Buriram Yunayted”i “Kocaelispor”a dəyişir. Yəni elita təmsilçisindən gələn mövsüm superliqada oynayıb-oynamayacağı bilinməyən kluba, dünyada ən pis imicə malik üç-beş liqadan birinə keçir. Artıq iki-üç gündü Türkiyə və Azərbaycan mediasında Şeydayevin bu müqavilədən nə qədər qazanacağı müzakirə olunur. Yenə Ramilin futbolçu kimliyi, oyunu bir kənarda qalıb, pulu ön plana çıxıb. Bu artıq faciədi – həyatın, karyeranın önəmli anlarında, yolayrıclarında daim səhv qərarlar verən azərbayacanlı gəncin faciəsi.

Əlbəttə, pul əl çirki deyil, xüsusən də azərbaycanlı futbolçular üçün. Amma karyeranı pula qurban vermək, yolayrıcında qalanda gələcəyi yox, yalnız pulu düşünmək də yaxşı hal deyil. Daha dəqiqi, 27 yaşın içində olan futbolçu üçün yaxşı hal deyil. Ağlı başında olan istənilən futbolçu özünə yalnız ailəsinə pul qazanan adi varlıq, ailənin pul kisəsi kimi baxmamalıdı. Biz tam bir neçə il ərzində Ramil Şeydayevi Azərbaycanın futbol yığmasını keyfiyyətcə yeni səviyyədə qaldırmağa qadir olan bir şəxs, hətta bəlkə şəxsiyyət kimi gördük.

Yetişdiyi futbol mühiti, keçdiyi məktəb adamı ruhlandırırdı, Emin Mahmudovla yanaşı və ya onun ardından yığmanın heyətində yeni bir lider görəcəyimizlə bağlı ümidlər vardı, xəyallar, planlar qururduq. Heyf, min dəfə heyf! Ramil Şeydayev səhv seçimlərin və pulun cəlbedici parıltısının qurbanı oldu. Allah günahından keçsin!

P.S Yazı Ramil Şeydayevin "Kocaelispor"a keçidinin rəsmiləşmədiyi məqamda, lakin bu ehtimalın böyük olması ehtimalına əsasən qələmə alınıb.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

26-02-2023, 12:0

Ramil Şeydayevi yoldan çıxaran kimdi? – ÖZƏL

Aktual
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
"Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
Son xəbərlər
  • Bu gün, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Bu gün, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Bu gün, 18:58
    London klubunda yeni təyinat
  • Bu gün, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Bu gün, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Bu gün, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Bu gün, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Bu gün, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Bu gün, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Bu gün, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Bu gün, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
  • Bu gün, 15:34
    "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandı" - Cavid Hüseynov
  • Bu gün, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Bu gün, 14:45
    MS-ni tərk edə bilər
  • Bu gün, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Bu gün, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Bu gün, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Bu gün, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Bu gün, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Bu gün, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Bu gün, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
  • Bu gün, 12:16
    Federasiyada yeni komitə yaradıldı
  • Bu gün, 12:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:52
    Ozancan Türkiyə klubunda forma geyəcək
  • Bu gün, 11:39
    "Qarabağ"ın Avropa Liqasındakı rəqibi kim olacaq?
  • Bu gün, 11:36
    "Sabah"ın potensial rəqiblərinin sayı azaldı
  • Bu gün, 11:28
    Komandasının ilk oyununa hazırdı
  • Bu gün, 11:04
    "Sabah"ın rəqibi bu gün bəlli olacaq
  • Bu gün, 10:53
    Seneqal və Misirə ulduz qadağası
  • Bu gün, 10:32
    Mbina daha üç il "Sabah"da
  • Bu gün, 10:22
    "Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
  • Bu gün, 10:00
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Bu gün, 09:06
    Daha iki heç-heçə - DÇ səhəri
  • Bu gün, 00:57
    Avropa çempionu debütantla bacarmadı, Belçika - Misir oyununda heç-heçə - DÇ gecəsi
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 277
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 263
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 261
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 228
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə