"Zirə"nin qolkiperi Tyaqo Silva komandasının bu mövsümkü çıxışından yazıb.
"Football-plus.az" xəbər verir ki, instaqram hesabında paylaşım edən portuqaliyalı qolkiper "Zirə"nin premyer-liqada ən az qol buraxan komanda olmasını da xüsusi vurğulayıb:
"Heç vaxt unudulmayacaq mövsüm keçiririk:
Premyer-liqada ikinci pillə;
Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə;
36 oyuna 22 qol buraxmaqla, çempionatın ən yaxşısı müdafiə xəttinə sahib olmaq;
17 matçda qol buraxmamaq;
Azərbaycan kubokunun finalı;
Necə də gözəl hekayədi. Amma hələ heç nə bitməyib. İyunun 2-də ölkə kubokunu qazanmağımıza kömək etmək üçün azarkeşlərimizin dəstəyinə ümid edirik!".